18 yanvar 2018, Cümə axşamı
Ana Səhifə - ÖLKƏ - Cümhuriyyət parlamentinin verdiyi ilk qərar - Məhbuslar əfv edildi
Cümhuriyyət parlamentinin verdiyi ilk qərar - Məhbuslar əfv edildi
29.12.2017, 23:56

Gələn il Azərbaycan Cümhuriyyətinin elan olunmasının 100-cü ildönümüdür. Bu böyük tarix dövlət səviyyəsində qeyd olunacaq.

 

Gələn il həm də Cümhuriyyət parlamentinin 100 illik yubileyidir. Modern.az ADR-lə yanaşı, onun parlamenti barəsində də ara-sıra yazılara toxunacaq…

 

Gəlin, Cümhuriyyət parlamentinin əsasının qoyulduğu ilk günə nəzər salaq. Doğrudur, parlamentin ilk və son  iclası barəsində 7 dekabr tarixində - yəni, parlamentin yarandığı gündə nəsə yazmışıq. Amma bu dəfə həmin  gün yaşanan bayram əhvalını daha çox qabardacaq və parlamentin bu bayramla səsləşən ilk qərarını çatdıracağıq:

 

Parlamanın açılış mərasimini hadisələrin şahidi olan  bir professor belə nəql edirmiş: “Dekabrın 7-də bazar günü idi… Baxmayaraq ki, cümə günü deyildi, amma  parlamanın açılışı münasibəti ilə bütün dükanları bağlamışdılar; məktəblərdə də dərs keçmirdilər. Bayram elan olunduğundan müəssisələr də işləmirdi. Səhər-səhər parlaman olan küçəyə bir neçə zirehli avtomobil gəlir. Binanın qabağında, küçənin o tayında, qarşı səkilərdə çoxlu adam toplaşıb, hərə bir söz deyirdi. İstiqbaldan, hürriyyətdən danışırdılar, keçmiş istibdaddan, gələcək istiqlaldan söhbət edirdilər. Arabir belə atmacalar da eşidilirdi: “Bu hürriyyətin hamısı Oktyabr inqilabının bərəkətindəndir... Onun qələbəsinin nəticəsidir...”. Başqası təsdiq edir: “Əlbəttə, Leninin zərbdəstindəndir, yoxsa müsəlman hara, parlaman hara...”.

 

Bir nəfər mollanüma adam kənardan onlara acıqlanır. Yarızarafat, yariciddi tənbeh edir.  Adamlar hırıldayır, höccətə, zarafata keçir.

 

Poluxin küçəsinə qədər ingilis və Azərbaycan əsgərlərindən, binanın qabağında isə ancaq Azərbaycan əsgərlərindən ibarət mühafizə dəstələri durmuşdular. Şəhadətnaməsi olmayanları içəri buraxmırdılar. Damda ucalan üç rəngli bayrağı külək oynadırdı. Dəvətnamə vərəqəsini göstərib içəri girdim. Qapıdan salona qədər pillələrdə gözəl geyimli azərbaycanlı əsgərləri fəxri qaraulda durmuşdular. Lojalara xırda bayraqlar sancılmışdı. İçəridə kübar xanımlar da vardı. Diplomatik elçilər üçün ayrılmış yerdə İran, Dağıstan və Gürcüstan nümayəndələri əyləşmişdilər. Hümmət təşkilatından Səmədağa Ağamalı oğlu, Əliheydər Qarayev, Camalbəyov, Əbilov, Şeyxülislamov və başqaları sol tərəfdə oturmuşdular. Saat ikinin yarısında Azərbaycan parlamanının ilk iclası açıldı; bu münasibətlə əfvi-ümumi elan edib siyasi məhbusları azad etmək təklif olundu. Hamı əl çaldı, təklif qəbul edildi. Nümayəndələrdən bir nəfər təbrik teleqramlarını oxudu. Milli şuralar və təşkilatlar tərəfindən də bu tarixi günü qeyd edib sevinc duyğuları izhar olundu, parlamana xalq və millətlər mənafeyi naminə müvəffəqiyyətli fəaliyyət arzulandı.

Çıxışlarda cari və vacib məsələlərdən danışıldı. Saat beşdə parlamanın iclası qurtardı”.

 

E.Nihad


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
18.01.2018, 11:56

"NAZ-Lifan” istehsalı dayandırıb? - Direktor danışmaq istəmədi  

Tanınmış yazıçı Nahid Hacızadə vəfat edib   
18.01.2018, 11:47

Tanınmış yazıçı Nahid Hacızadə vəfat edib  

Ermənistan ordusunun hərbçisi yaralandı
18.01.2018, 11:46

Ermənistan ordusunun hərbçisi yaralandı

Vergilər nazirinin birinci müavini də GÖNDƏRİLİR  
18.01.2018, 11:32

Vergilər nazirinin birinci müavini də GÖNDƏRİLİR  

Magistr imtahanlarında nə yenilik var? - Məleykə Abbaszadə AYDINLIQ GƏTİRDİ
18.01.2018, 11:19

Magistr imtahanlarında nə yenilik var? - Məleykə Abbaszadə AYDINLIQ GƏTİRDİ

Dəhşətli qəza: 52 nəfər diri-diri yanaraq öldü
18.01.2018, 11:16

Dəhşətli qəza: 52 nəfər diri-diri yanaraq öldü

Azərbaycanlı tenor “Don Karlos” operasında baş rolda çıxış edəcək
18.01.2018, 11:09

Azərbaycanlı tenor “Don Karlos” operasında baş rolda çıxış edəcək

Mirzə Fətəli Axundzadə və ERMƏNİLƏR: Hacı Qara düz deyirmiş...   
18.01.2018, 11:08

Mirzə Fətəli Axundzadə və ERMƏNİLƏR: Hacı Qara düz deyirmiş...  

Azərbaycan xaricdən eşşək almaqdan imtina edib   
18.01.2018, 11:04

Azərbaycan xaricdən eşşək almaqdan imtina edib  

Sabah Bakı məktəblərində ilk dərslər 20 Yanvara həsr ediləcək
18.01.2018, 10:58

Sabah Bakı məktəblərində ilk dərslər 20 Yanvara həsr ediləcək

Dövlət İmtahan Mərkəzi nəzarətçi-müəllimlər üçün seminarlara başladı
18.01.2018, 10:53

Dövlət İmtahan Mərkəzi nəzarətçi-müəllimlər üçün seminarlara başladı

Magistraturaya qəbulla bağlı sınaq imtahanı keçiriləcək
18.01.2018, 10:52

Magistraturaya qəbulla bağlı sınaq imtahanı keçiriləcək

Anna Netrebko və Yusif Eyvazov Moskva Filarmoniyasında konsert proqramı ilə çıxış edəcəklər
18.01.2018, 10:45

Anna Netrebko və Yusif Eyvazov Moskva Filarmoniyasında konsert proqramı ilə çıxış edəcəklər

2017-ci ilin fəal deputatları: nəticələr açıqlandı - SİYAHI
18.01.2018, 10:04

2017-ci ilin fəal deputatları: nəticələr açıqlandı - SİYAHI

Ermənistan atəşkəsi 126 dəfə pozub
18.01.2018, 09:58

Ermənistan atəşkəsi 126 dəfə pozub

Bakıda “Azpetrol”un maşını aşdı - FOTO
18.01.2018, 09:50

Bakıda “Azpetrol”un maşını aşdı - FOTO

Bakıda iki məhkum xəstəlikdən öldü
18.01.2018, 09:42

Bakıda iki məhkum xəstəlikdən öldü

“Bizimkilər” - 9 ildə 9 iş yeri dəyişən aparıcı televiziyadan radioya keçməyi arzulayır - FOTOLAR   
18.01.2018, 09:35

“Bizimkilər” - 9 ildə 9 iş yeri dəyişən aparıcı televiziyadan radioya keçməyi arzulayır - FOTOLAR  

Milli Məclis yaz sessiyasına xeyli yeni qanun layihəsi çıxarır - SİYAHI
18.01.2018, 09:32

Milli Məclis yaz sessiyasına xeyli yeni qanun layihəsi çıxarır - SİYAHI

Qərb Azərbaycanda “KQB” arxivlərinin açılmasını istəyir - Deputatdan şok AÇIQLAMA
18.01.2018, 09:26

Qərb Azərbaycanda “KQB” arxivlərinin açılmasını istəyir - Deputatdan şok AÇIQLAMA

YAP-çı deputatın işi antikorrupsiya idarəsində
18.01.2018, 09:18

YAP-çı deputatın işi antikorrupsiya idarəsində

Ötən gün axtarışda olan 27 nəfər saxlanıldı
18.01.2018, 09:08

Ötən gün axtarışda olan 27 nəfər saxlanıldı

Fəxri ad alanların hansı güzəştləri var...
18.01.2018, 09:06

Fəxri ad alanların hansı güzəştləri var...

Manat və dolların bugünkü MƏZƏNNƏSİ
18.01.2018, 08:57

Manat və dolların bugünkü MƏZƏNNƏSİ

ABŞ hərbi qüvvələri Suriyada qalacaq
18.01.2018, 00:59

ABŞ hərbi qüvvələri Suriyada qalacaq

Türkiyə sərhədlərində terrorçu ordunun yaradılmasına imkan verilməyəcək
18.01.2018, 00:47

Türkiyə sərhədlərində terrorçu ordunun yaradılmasına imkan verilməyəcək

Qızılcadan ölənlərin sayı artır
18.01.2018, 00:31

Qızılcadan ölənlərin sayı artır

Paytaxtda 21 yaşlı oğlan qız üstündə bıçaqlandı
18.01.2018, 00:15

Paytaxtda 21 yaşlı oğlan qız üstündə bıçaqlandı

Avstriyanı 4,2 ballıq zəlzələ titrətdi
17.01.2018, 23:58

Avstriyanı 4,2 ballıq zəlzələ titrətdi

Ev almağa gedərkən bütün pulunu itirdi - Video
17.01.2018, 23:43

Ev almağa gedərkən bütün pulunu itirdi - Video

Azərbaycan nefti bir qədər də ucuzlaşdı
17.01.2018, 23:27

Azərbaycan nefti bir qədər də ucuzlaşdı

Leyla Əliyeva Aleksey Beqovun sərgisinin açılışında iştirak edib - Fotolar
17.01.2018, 23:13

Leyla Əliyeva Aleksey Beqovun sərgisinin açılışında iştirak edib - Fotolar

İki azyaşlını vuran sürücü hadisə yerindən qaçdı
17.01.2018, 23:00

İki azyaşlını vuran sürücü hadisə yerindən qaçdı

Avtomagistralda 50-dən çox maşın toqquşdu
17.01.2018, 22:43

Avtomagistralda 50-dən çox maşın toqquşdu

Ombudsman Aparatı ilə MEK arasında  Memorandum imzalandı
17.01.2018, 22:31

Ombudsman Aparatı ilə MEK arasında  Memorandum imzalandı

ARXİV
SORĞU
Aylıq məvacibinizi ən çox nəyə xərcləyirsiniz?
- Ərzağa(54.4%)
- Geyimə(3.44%)
- Müalicəyə(5.36%)
- Kommunal xidmət haqlarına(13.4%)
- Təhsilə(2.29%)
- İstirahətə(1.14%)
- Kitaba(1.14%)
- Rüşvətə(4.21%)
- Əyləncəyə(0.76%)
- Digər şeylərə(13.7%)