Modern.az

“27 ildir deputatam, hələ heç bir xarici ölkəyə getməmişəm” - Hacı Madər

“27 ildir deputatam, hələ heç bir xarici ölkəyə getməmişəm” - Hacı Madər

Parlament

30 Dekabr 2017, 10:43

“Mən 27 ildir ki, deputatam. Bu müddət ərzində Azərbaycanda olan bütün vəzifəli şəxslərlə görüşmüşəm”.

Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin 10 saylı Binəqədi üçüncü seçki dairəsinin deputatı Madər Musayev deyib.

Deputat indiyə kimi heç bir xarici ölkədə olmadığını da bildirib.

“Mən indiyə kimi heç bir ölkəyə səfər etməmişəm. Heç bir ölkəyə səfər etməyi də xoşlamıram. Mənim üçün ən doğma yer vətənimiz Azərbaycandır. Ölkə hüdudları daxilində isə bütün vəzifəli və rəhbər şəxslərlə görüşmüşəm”.

 

Qeyd edək ki, seçicilərinin Hacı Madər olaraq tanıdığı Madər Musayev ilk dəfə 1990-cı ildə 12-ci çağırış Azərbaycan Respublikası Ali Sovetinə deputat seçilib. Bundan sonra isə 1995, 2000, 2005, 2010, 2015-ci illərdə dalbadal Milli Məclisə deputat seçilib.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür