Modern.az

2017-ci ilin ən yaxşı universiteti hansıdır... - Təhsil mütəxəssislərindən maraqlı CAVABLAR

2017-ci ilin ən yaxşı universiteti hansıdır... - Təhsil mütəxəssislərindən maraqlı CAVABLAR

30 Dekabr 2017, 15:23

Azərbaycandakı universitetlər yola saldığımız 2017-ci il ərzində bir sıra istiqamətlərdə irəliləyişə nail oldular. Bunu təhsil ekspertləri deyirlər.

Maraqlıdır, bəs onda təhsil ekspertlərinin fikrincə, 2017-ci ildə ən yaxşı universitet hansı oldu?

Modern.az saytı bu suala cavab almağa çalışıb.

“21-ci Əsr Təhsil Mərkəzi”nin rəhbəri Etibar Əliyev bildirdi ki, ən yaxşı universiteti seçmək üçün müxtəlif yanaşmalar ola bilər: 

“Ən yüksək bal toplayan tələbələrin oxuduğu Bakı Ali Neft Məktəbinin adını çəkə bilərəm. Bundan başqa, ali məktəblərin QS reytinqinə görə Bakı Dövlət Universitetinin adını qeyd etmək olar. Bakı Dövlət Universiteti bu siyahıda 95-ci yerdədir. 

Və təbii ki, Azərbaycan Dövlət İqtisad Universitetinini (UNEC) vurğulamaq lazımdır. İstər  təhsilin keyfiyyətinin yaxşılaşdırılması, istər təhsillə elmin inteqrasiyası prosesində UNEC bu il digər universitetlərdən öndə oldu. Qısa bir zamanda universitetdə sıçrayışlı irəliləyişlər baş verib, artıq dünyada tanınmağa başlayıb. Və ən əsas məqam ondan ibarətdir ki, 17 prezident təqaüdçüsü bu ali məktəbi seçib”.


Etibar Əliyevin fikrincə, UNEC-in özünün ən yaxşı universitet olduğunu iddia etməsi haqlıdır: “ Azərbaycan Dövlət İqtisad Universiteti bunu idda etməsə də, ictimai rəy və eyni zamanda medada yazılanlar, universitetdə aparılan islahatlar açıq şəkildə görünür. Əlbəttə, onların özü də bunu iddia edə bilərlər. UNEC-in keçirdiyi islahatların necə uğurlu olduğu ilə bağlı kifayət qədər yazılar, məqalələr dərc olunub. Bu da onların iddia irəli sürməyinə əsas verir”.


QHT sədrinin sözlərinə görə, bütün universitetlərin qarşısında xeyli vəzifələr durur və ali məktəblər tədqiqat universitetlərinə çevrilmək üçün xeyli işlər görməlidir.

Etibar Əliyev 2018- ci ildə universitetlərarası rəqabət mühitinin artmasını arzuladığını bildirdi.


Milli Məclisin deputatı Tahir Mirkişilinin
 fikrincə, Azərbaycanda 2017-ci ilin ən yaxşı ali məktəbləri ADA Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetidir:

“Üçüncü isə İdman Akademiyasıdır. Buna əsas səbəblər olaraq bu universitetlərdə tədris materiallarının müasir olmasını, təlim prosesində innovasiyaların tətbiqini və təhsildə informasiya-kommunikasiya texnologiyalarının geniş istifadə edilməsini qeyd edə bilərəm”.

Tahir Mirkişilinin sözlərinə görə, seçim edərkən  universitetlərimizin beynəlxalq reytinqlərdə tutduğu yerlər də önəm daşıyır, çünki bu reytinqlər beynəlxalq təhsil agentlikləri tərəfindən müəyyən edilir.


Təhsil eksperti Kamran Əsədov
 bildirdi ki, Azərbaycanda hal-hazırda 54 ali təhsil müəssisəsi fəaliyyət göstərir. O, bu ali məktəblər arasında UNEC-i daha öndə gördüyünü vurğulayıb: 

“Azərbaycanda tələbələrinin yüksək keyfiyyətinə görə, 2017- ci ildə ictimaiyyətə açıq, daha çox tədbirlər keçirən, tələbələrin beynəlxalq konfrans və təşkilatlarda iştirakını yüksək səviyyədə quran birinci unuversitet kimi rahat şəkildə Azərbaycan Dövlət İqtisad Universitetinin adını qeyd edə bilərəm. Bu ali məktəb tələbələrin bütün semester məsələlərini, müraciətlərini, layihələrini daha çox elektron formada həyata keçirir” .

Təhsil ekspertinin sözllərinə görə, UNEC özünü ən yaxşı universitet kimi görməkdə təmamilə haqlıdır: “ 2017-ci il ərzində Azərbaycan Dövlət İqtisad Universiteti kifayət qədər həm yerli, həm beynəlxalq tədbirlər gerçəkləşdirib. Fəaliyyətinə baxanda da görünür ki, bu ali məktəb 2017-ci ilin ən yaxşı universitetidir”.


Kamran Əsədov qeyd etdi ki, o, ən yaxşı ikinci və üçüncü universitet kimi müvafiq olaraq ADA Universiteti və Baki Ali Neft Məktəbini qeyd edə bilər.

“2017- ci il ərzində hər iki universitet kifayət qədər aktiv fəaliyyət göstərib, təkcə standart tədbirlər deyil,eyni zamanda tələbələr üçün əhəmiyyətli aksiyalar həyata keçiriblər”.


Əbülfəz Kərimov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq