Modern.az

Gürcüstan parlamentinin deputatı: “Azərbaycanla Gürcüstanın dostluğunu pozmaq istəyənlər var”

Gürcüstan parlamentinin deputatı: “Azərbaycanla Gürcüstanın dostluğunu pozmaq istəyənlər var”

31 Dekabr 2017, 10:45

 

Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür.

 

Modern.az xəbər verir ki, bu gün dünyada 50 milyondan çox azərbaycanlı yaşayır. Azərbaycanlılar minilliklər boyu özlərinin tarixi torpağı olan Azərbaycan ərazisində yaşayaraq, bəşər sivilizasiyasına böyük töhfələr veriblər. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanıb, azərbaycanlıların bir qismi yurd-yuvalarından didərgin salınıb, deportasiyalara məruz qalıb, iş tapmaq, təhsil almaq məqsədilə doğma Vətəni tərk edərək başqa ölkələrdə məskunlaşıblar.

 

Dünyanın bir çox ölkələrində olduğu kimi, Gürcüstanda yaşayan azərbaycanlılar həmrəylik gününü böyük sevgilə qeyd edirlər.

Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputat Mahir Dərziyev bayram günündə Modern.az-a verdiyi açıqlamada azərbaycanlıların həmrəy olduğunu xüsusi qeyd edib.

 “Açığı bir gündə iki bayram qeyd etmək hər xalqa xas deyil.  Mərhum prezidentimiz Heydər Əliyevin qoyduğu məhz 31 dekabrı həmrəylik günü kimi qeyd etməsi dünyada yaşayan azərbaycanlıları xüsusilə sevindirir. Bu gün Azərbaycanla Gürcüstan arasında iqtisadi, siyasi mədəni əlaqələr mövcuddur. Bu əlaqələr yüksək xətlə inkişaf edir. Məhz 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmiryol xəttinin istifadəyə verilməsi iki ölkə arasında əlaqələri daha da möhkəmləndirdi. Düzdü, müxtəlif tərəflərdən bu dostluğu pozmaq istəyirlər. Amma bacarmayacaqlar. Çünki bu dostluğun kökü qədimdir. Gürcüstan ərazisi bizim tarixən yaşadığımız torpaqdır. Bu gün Gürcüstanda Azərbaycan icması yetərincə inteqrasiya etmiş icmadır. Təbii ki, bu inteqrasiya prosesi davam edir.

Həm Yeni ilin gəlişi, həm də Dünya Azərbaycanlılarının Həmrəylik Günü Gürcüstanın Marneuli, Rustaveli, Bolnisi kimi ərazilərində müxtəlif tədbirlər keçirilir. Azərbaycanlıların kontakt yaşadığı bölgəyə bu bayram günündə də baş çəkirik. Xalqımızın övladlarını təbrik edirik. Bir daha bütün Azərbaycan xalqını həmrəylik və yeni il münasibətilə təbrik edirik. Bayramınız mübarək!”

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı