Modern.az

Deputatların “bazar günü”: Xanım deputatlar yemək bişirib süfrə hazırlayırlar

Deputatların “bazar günü”: Xanım deputatlar yemək bişirib süfrə hazırlayırlar

31 Dekabr 2017, 11:56

Həftənin istirahət vaxtı bazar gününə təsadüf etdiyindən insanlar zamanını ailəyə, yaxınlarına sərf edir. Çünki bazar günü bir çox qurumlar işləmir. Bütün təhsil ocaqları bağlı olur. Deməli, bazar gününü hər kəs bir cür keçirir. Kimi evdə oturmağa, kimi də açıq səmada olmağa üstünlük verir.

Bəs Milli Məclisin çalışqan deputatları bazar gününü necə keçirir?

 

Modern.az saytı “Deputatların bazar günü” rubrikasını təqdim edir.

 

111 saylı Zaqatala - Balakən seçki dairəsindən seçilən xanım Kamilə Əliyeva bugünkü bazar gününün daha fərqli olduğunu düşünür.

“Öncə, bugünkü bayram və həryəlik günü münasibətilə cənab prezidentimiz başda olmaqla, xalqımızı təbrik edirəm. İkincisi, “deputatların bazar günü” rubrikasında bayram günü qonaq olduğum üçün sevinirəm. Bugünkü bazar günüm əvvəlkilərdən fərqlənir. Bu gün həm də bayram günüdür. Artıq səhərdən başlayaraq mətbəxdəyəm. Axşam üçün hazırlıqlar görürəm. Ailəm, yoldaşım, uşaqlarım üçün bayram süfrəsi hazırlayıram. Mənə elə gəlir ki, bu əziz bayram günündə hər bir azərbaycanlı xanım ailəsi üçün qolunu çırmayıb nəsə hazırlayır. Axı, bayramlar həm də bütün insanları bir araya toplayır. Mən də çalışıram ki, bu bayram günündə evimdə milli yeməklərimizi hazırlayım. Axşama qonaqlarım da gələcək. Amma mən bayram günü evdən heç yerə çıxmıram. Çalışıram ki, evdə ailəmin yanında olum. Bir sözlə, bugünkü günümü daha məhsuldar hesab etmək olar”.

 

16 saylı Yasamal ikinci seçki dairəsindən seçilən xanım Aytən Mustafazadə deyir ki, bazar günü bayrama təsadüf etdiyindən günə fərqli başlayıb.

“Adətən həftənin bazar günü gələndə çalışıram ki, istirahət edim. Çünki digər günlərdə çox işlərimiz olur. Amma bu bazar hamı kimi mənim üçün də fərqlidir. Bu gün həm də bayram günüdür. Mən də səhərdən süfrəni bəzəyirəm. Çünki bayramlarımız bəzəkli süfrəsiz olmur. Bu gün mətbəxdə bəzi təamları özüm hazırlayacam. İki nəvəm var. Hər ikisi xaricdədir. Amma bu gün bayram olduğundan nəvələrim yanıma gələcək və biz bir yerdə yeni ilimizi qarşılayacağıq.Mən də çalışacam ki, qohumlarımla bayramlaşım. Artıq qohumlarda olan uşaqlar üçün hədiyyələr də almışam. Bilirsiz ki, uşaqlar hədiyyələri çox sevir. Axşama çoxlu qonaqlarım olacaq. Bu da onu göstərir ki, bayramlaşmaq həm də insanlarla, doğmalarla bir yerdə olmaq deməkdir”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir