Modern.az

Azərbaycanlı politoloqdan çağırış: “İranda yaşayan azərbaycanlıların taleyinə biganə qala bilmərik”

Azərbaycanlı politoloqdan çağırış: “İranda yaşayan azərbaycanlıların taleyinə biganə qala bilmərik”

31 Dekabr 2017, 12:57

İranda üçüncü gündür davam edər aksiyalar əvvəlcə qiymət artımına qarşı başlasa da, tezliklə dövlət hakimiyyətinə qarşı tammiqyaslı mitinqlərə çevrilib.

 

Birinci nümayiş dekabrın 28-də Məşhəd şəhərində keçirilib. Ardınca aksiya Tehran, İsfahan, Yəzd və ölkənin digər iri şəhərlərini əhatə edib. Ardıcıl çıxışlar polis ilə toqquşmalara gətirib çıxarıb ki, nəticədə onlarla insan saxlanılıb.

 

KİV-in məlumatına görə, iki nümayişçi güllələnib.

 

Modern.az saytı xəbər verir ki, “Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahin oğlunun İranda baş verənlərə münasibətini belə ifadə edib.

 

 

İran təxminən hər 8-10 ildən bir qaynayır, bu ölkədə kiçik və böyük təlatümlər baş verir. Budəfəki etirazlar müqədəs Məşhəd şəhərindən başladı və ildırım sürətiylə başda paytaxt Tehran olmaqla digəri şəhərlərə yayıldı. Güneydəki şəhərlər də artıq hərəkə gəlib. Artıq 2 nəfərin öldürüldüyü xəbəri gəlib. İrandakı etirazın arxasında ilk baxışdan sosial narazılığın olduğu görüntüsü var. Ancaq bu həqiqətən elə görüntüyə oxşayır. Yürüşlərdə siyasi şüarlar da səsləndirilir, hətta Tehranın Qüds və Suriya məsələsində fəallığı əleyhinə şüarlar eşidilir. Demək məsələ daha ciddidir. İran rəsmiləri sosial sahədə problemlərin olduğunu etiraf etsələr də, yürüşlərin arxasında xarici qüvvələrin və daxili düşmənlərin olduğunu iddia edir, hətta qətlə yetirilən 2 nəfərin xarici kəşfiyyat orqanlarının işi olduğunu bildirirlər. Mən istisna etmirəm ki, işin içində həqiqətən İranın regional siyasətindən narazı qalan ABŞ, Səudiyyə Ərəbistanı və İsrail var. Əgər İsrail kəşfiyyatı İranın daxilində nüvə çalışmaları aparan alimləri neytrallaşdıra bilibsə, bu ölkənin işində narazılıq yaratmaq kimi planı da hərəkətə gətirə bilərdi”.

 

Politoloq qonşu ölkədə baş verənlərə Azərbaycanın qarışmadığını vurğulayıb.

“Əlbəttə, Azərbaycan İranın daxili işlərinə qarışmır və qonşu dövlətdə sabitliyin tərəfdarıdır. Ancaq birincisi, İranda yaşayan azərbaycanlıların taleyinə biganə qala bilmərik, ikincisi də Tehranın Ermənistanla yaxınlığı, işğalçı dövlətə nəfəslik verməsi də bizi narahat edir. Odur ki, İranda gələcək dəyişikliklərin bu ölkənin xarici siyasətinə təsir etməsini arzulayırıq. Əlbəttə, bu o demək deyil ki, İranda bu gün baş verənlər məntiqi sonluqla nəticələnəcək. İran rejimi böyük ehtimalla mitinq və yürüşlərin qarşısını alacaq və insanları zorla da olsa küçələrdən yığışdıracaq. Ancaq bu hadisələr İran hakimiyyətinə növbəti ciddi mesajdır və yaxın zamanda təkrarlanmayacağına zəmanət yoxdur”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub