Modern.az

Ordumuzla bağlı yeni qanun hazırlanacaq

Ordumuzla bağlı yeni qanun hazırlanacaq

1 Yanvar 2018, 12:32

2018-ci ildə Milli Məclisin komitələrində bir neçə yeni qanun layihələri hazırlanacaq. Modern.az-ın məlumatına görə, parlamentin Elm və təhsil komitəsi bu il ilk dəfə “Orta təhsil haqqında” qanun layihəsi hazırlayacaq.

Bundan əlavə Müdafiə, təhlüksəizlik və korrupsiya ilə mübarizə komitəsi tərəfindən “Azərbaycan Ordusu haqqında”, Sosial siyasət komitəsi tərəfindən isə “Turizm haqqında” yeni qanun layihələri hazırlanacaq.

“Turizm haqqında” yeni qanun layihəsinin üzərində işlər yekunlaşmaq üzərədir. Qanun layihəsi Milli Məclisin 2018-ci il yaz sessiyasında müzakirə ediləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu