Modern.az

Azərbaycan Rəqabət Məcəlləsini bu il qəbul edəcək  

Azərbaycan Rəqabət Məcəlləsini bu il qəbul edəcək   

1 Yanvar 2018, 14:45

“Biz çalışdıq ki, Milli Məclisin 2017-ci il payız sessiyasının gündəliyinə Rəqabət Məcəlləsini daxil edək. Dedilər ki, Prezident Administrasiyasında bu məsələyə baxılır”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Deputat bildirib ki, ona verilən məlumata görə, Rəqabət Məcəlləsi 2018-ci ildə parlamentin iclasının gündəliyinə daxil ediləcək.

“2018-ci ildə Azərbaycanda Rəqabət Məcəlləsi qəbul ediləcək. Rəqabət yaradacaq məhsulların davamlı istehsalını təmin etmək, ixrac yönümlü məhsulların istehsalını təşkil etmək üçün mütləq Məcəllə qəbul edilməli, inhisarçılıq aradan qaldırılmalıdır. Rəqabət Məcəlləsi bütün dünyada qəbul olunub”.

Qeyd edək ki, Rəqabət Məcəlləsi 2006-cı ildə prezident tərəfindən Milli Məclisə təqdim edilib. Bu qanun layihəsi iki oxunuşdan keçsə də, hələ ki 3-cü oxunuşa təqdim edilməyib. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi