Modern.az

Atalarının adlarını daşıyan ŞƏHİD ÖVLADLARI - FOTOLAR  

Atalarının adlarını daşıyan ŞƏHİD ÖVLADLARI - FOTOLAR   

Qarabağ

1 Yanvar 2018, 16:16

Aida Eyvazlı


Damağımda 2016-cı ilin aprel ayının dadı qalıb. Yanağımda həmin günlər  sevincdən axıtdığım göz yaşlarının izi qalıb. Vətənimizə Qalibiyyət yaşadan, bir gecənin içərisində qəhrəmanlıqları ilə dünyanı silkələyən “Aprel şəhidləri”nin, həmin şanlı tarixdən sonra Vətən uğrunda qəhrəmanlıqla həlak olan “Fevral şəhidləri”nin izindən-soyundan yeni ot, çiçək göyərdi. İndi o göyərmişlərin haqqında yazmaq istədim. Uzun sözün qisası, ərz etmək istəyirəm ki, şəhadətə yüksələn şəhidlərimizin ailələrində övladlar gəldi dünyaya. Onlar bu il bizimlə  Dünya Azərbaycanlılarının Həmrəyliyi gününü bayram etdilər və Yeni ili qarşıladılar.


Dünyaya, bizi sevməyənlərə səslənərək deyirəm ki, bu vətəni babalarımız, əcdadlarımız nahaqdan “Odlar yurdu” adlandırmayıblar. “Ötükən və Kür Şad “ dastanımda yazdığım məqamdır:

Biz yanıb törəyib, oddan çıxmışıq,
Boz qurdun gözündə yanan işığıq.
Yüz min düşmən gəlsə geri durmarıq.
Səninçün gəlmişik cahana Vətən…


Bu Vətənin anaları qəhrəmanlar doğurlar. Bu Vətənin oğulları ana torpaq üçün “uf” demədən, arxada qoyub gəldikləri körpələrini belə unuduraq, candan keçməyi bacarırlar. Çünki bu torpaq, bu Vətən onlarındır. Bizim yad torpaqlarında heç zaman gözümüz olmadı.


Yeni Qalibiyyətimizin yolu yaxın olsun. Vətən torpaqlarını geri qaytarmaq, atalarının qisasını düşməndən almaq bu körpələrə borc olmasın.


O şəhidlərimizdən sonra dünyaya onların adlarını daşıyan və yollarını, ideallarını davam etdirən körpələr, vərtəndaşlar gəldi dünyaya.


Modern.az saytı atalarının adlarını daşıyan şəhid övladlarını təqdim edir:


“Aprel şəhidi” Qabil Orucəliyev şəhid olmazsdan üç gün əvvəl oğlu Qabil gəldi dünyaya:


“Aprel şəhidi” Səyyar Quliyev şəhadətə yüksələndən 6 ay sonra qızı Zeynəb doğuldu:



“Aprel şəhidi” Toğrul Fərəczadə şəhid olandan sonra bacısının oğlu gəldi dünyaya, o, indi Toğrulun adını daşıyır.

 


“Aprel şəhidi” Sərxan Bayramov şəhadətə yüksələndən sonra, qardaşının oğlu doğuldu. O da Sərxandır. Əmisinin adını daşıyır. 




“Aprel şəhidi” Elmidar Səfərovun şəhadətindən sonra qardaşı Elzibarın oğlu gəldi dünyaya, o da əmisi Elmidarın adını daşıyır.

 


Xüsusi Təyinatlıların əfsanəsi Pəncəli Teymurovun şəhadətindən sonra bacısının oğlu doğuldu. O da Pəncəlinin adını daşıyır.


“Aprel şəhidi”, 19 yaşlı Nurlan Qasımlıının şəhadətindən 1 il sonra bacısı Fidan  doğuldu.


2017-ci ilin fevralında şəhadətə ucalan baş leytenant Tural Haşımlının da oğlu dünyaya gəldi. Atasının adını daşıyır.

 


Elə həmin günü şəhid olan Şahlar Nəzərovun əkiz övladları doğuldu. Onlardan biri atası Şahların adını daşıyır.




Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi