22 sentyabr 2018, Şənbə
Ana Səhifə - TƏHSİL - Pedoqoji Universitetin rektoru tələbələrə əlçatandırmı...  
Pedoqoji Universitetin rektoru tələbələrə əlçatandırmı...  
01.01.2018, 17:09

Dünya təhsil sistemində universitet rektorları ilə tələbələr arasında olduqca səmimi münasibət mövcuddur. Bu faktı xaricdə, xüsusən də Avropa ölkələrində təhsil alan azərbaycanlı tələbələr də təsdiq edirlər. Rektorların tələbələr üçün əlçatan olması isə təhsilin inkişafına təsir edən amillər sırasına daxildir desək, yəqin yanılmarıq.

Görəsən Azərbaycan universitetlərində rektorların tələbələrlə münasibəti necədir? Və onların şikayətləri necə həll olunur? Onlar tələbələr üçün əlçatandırlarmı? Tələbələr öz rektorları ilə görüşə bilirlərmi?

 

Modern.az-ın “Tələbələr rektor barədə” rubrikasında ayrı-ayrı universitetdə təhsil alan tələbələrin öz rektorları barədə fikirlərinə yer verilir.

 

Ötən dəfə tələbələr Neft və Sənaye Universitetinin rektoru barədə fikirlərini bölüşdülər.


İndi isə Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) tələbələri arasında sorğu keçirdik.


ADPU-nun hal hazırki rektoru Cəfər Cəfərov ölkə başçısının 23 iyun 2016-cı il tarixli sərəncamı ilə bu vəzifəyə təyin edilib.


Riyaziyyat və İnformatika fakültəsinin tələbəsi Elnur Babayev
rektorları ilə şəxsən ünsiyyətdə olmayıb:

“Bizə şəxsən heç bir məsələdə köməkliyi dəyməyib. Azərbaycan Dillər Universitetinin rektoru əlavə qrupları və yay məktəblərini pulsuz edib. Amma bizdə əksidir. Fənlərin çoxu davamlıdır, kredit sayları çoxdur. 1 kredit 22 manatdır. İmtahan biletlərinin dəyişilməsinə icazə yoxdur. Tələbələrin buna etiraz etdiyini bilir və susur. Nəzarətçilər də imtahanlarda çox sərt davranırlar. Bunları bilə-bilə heç bir tədbir almayıb. Ona görə də rektordan razı deyiləm”.

Filologiya fakültəsinin tələbəsi Nərmin Baratlıya görə isə Cəfər Cəfərov keçmiş rektorlarına nisbətən çox yaxşıdır:

“Cəfər müəllimin bizim universitetə gələndən sonra ali məktəbdə qayda-qanunlar, görünüş, şərait çox dəyişib. Əvvəlki universitetdən əsər-əlamət yoxdur. Onunla şəxsən ünsiyyətdə olmamışam və kömək istəməmişəm. Amma əminəm ki, kömək edərdi. Sonunca dəfə 20 gün əvvəl qrupumuzun dərsinə gəlib və o zaman ünsiyyətdə olmuşam.
O, rektor gələndən sonra imtahan sistemi dəyişdirilib. Bu, bizə yox, birinci kurslara aiddir. Bizdə imtahan 2 mərhələli idi. İndi isə bir mərhələyə, yazılı imtahana keçirilib. Universitet çox köhnə idi, təmir edilib. Əvvəlki bufet pis vəziyyətdə idi, indi təmiz, səliqəli bufetimiz var. Bir sözlə, rektorumuzdan razıyam”.


Tələbə Sevinc Hüseynova
qeyd edir ki, onun rektorla nə ünsiyyəti olub, nə də problemi.

Tarix və Coğrafiya fakültəsinin tələbəsi Vəli Vəlizadə indiyə qədər rektorla ən kiçik dialoqunun olmamasına baxmayaraq, ondan razıdır:

“1-ci kursda təhsil alıram. Elə bir problemim yaranmayıb və şəxsən müraciət etməmişəm”.

Adının çəkilməsini istəməyən və universitetdən qovulacağından qorxan Samirə Şükürova (şərti ad) yalnız universiteti bitirdikdən sonra açıqlama vercəcəyini və rektordan qəti şəkildə razı olmadığını bildirib:

“Heç rektorun adını belə, bilmirəm”.

İbtidai təhsil fakültəsinin tələbəsi Nişanə Xəlilova deyir ki, Cəfər Cəfərov ilə imtahan müddətində ünsiyyətdə olub.


“İmtahanda nəzarətə gəlmişdi. Problemimizin olub-olmadığını soruşdu. Səmimi insan kimi tanıyıram. Düzdür, özüm başqa korpusda oxusam da, bilirəm ki, daim tələbələrin içində olur və müntəzəm olaraq hamının problemi ilə maraqlanır. Bir sözlə, yaxşı insan kimi tanıyıram və razıyam”.

Aysel Qarayeva ümumiyyətlə ünsiyyətdə olmadığı və çox az hallarda gördüyü Cəfər Cəfərovdan razıdır.

“İndiyə qədər ünsiyyətdə olmasam da, Cəfər müəllimi çox yaxşı insan kimi tanıyıram. Daim tələbələrin yanında olmağa can atan biridir”.

Riyaziyyat və İnformatika fakültəsinin tələbəsi Sənan Şərif də rektorla yaxın ünsiyyətdə olmayıb:

“Rektorumuzdan razıyam. Digər tələbələrlə tez-tez ünsiyyətdə olduğu, onların şənliklərinə də, dərdlərinə də yaxından ortaq olduğu bilinir. Tək mənə yox, ehtiyacı olan bütün tələbələrə köməklik göstərməkdən çəkinmir”.


Nəzrin Rüstəmova


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Ermənistan silahlı qüvvələri atəşkəsi 112 dəfə pozub
22.09.2018, 09:35

Ermənistan silahlı qüvvələri atəşkəsi 112 dəfə pozub

ABŞ-da həyəcan TƏBİLİ: 2024-cü ildə ölkə müdafiəsiz qalacaq
22.09.2018, 09:11

ABŞ-da həyəcan TƏBİLİ: 2024-cü ildə ölkə müdafiəsiz qalacaq

Jurnalist qətlə yetirildi
22.09.2018, 09:02

Jurnalist qətlə yetirildi

Bu ölkədə fövqəladə vəziyyət rejiminin fəaliyyəti genişləndirilib
22.09.2018, 08:56

Bu ölkədə fövqəladə vəziyyət rejiminin fəaliyyəti genişləndirilib

ABŞ-da "Florens" qasırğasının qurbanlarının sayı 43-ə çatıb
22.09.2018, 08:51

ABŞ-da "Florens" qasırğasının qurbanlarının sayı 43-ə çatıb

Tramp BMT-nin İranla bağlı iclasına sədrlik edəcək
22.09.2018, 00:59

Tramp BMT-nin İranla bağlı iclasına sədrlik edəcək

Törətmədiyi cinayətə görə 27 il cəza çəkən şəxs azadlığa çıxdı
22.09.2018, 00:43

Törətmədiyi cinayətə görə 27 il cəza çəkən şəxs azadlığa çıxdı

Hərbi təyyarə qəzaya uğradı: 2 ölü
22.09.2018, 00:22

Hərbi təyyarə qəzaya uğradı: 2 ölü

Türkiyə ordusu bir həftədə  56 terrorçu zərərsizləşdirdi
22.09.2018, 00:04

Türkiyə ordusu bir həftədə  56 terrorçu zərərsizləşdirdi

Sumqayıtda kişi özünü damdan atmaq istədi, amma ...
21.09.2018, 23:51

Sumqayıtda kişi özünü damdan atmaq istədi, amma ...

Jirinovski terrorçuları maliyyələşdirməkdə ittiham olunur
21.09.2018, 23:39

Jirinovski terrorçuları maliyyələşdirməkdə ittiham olunur

Xanımlar Putinə belə mane oldu - VİDEO
21.09.2018, 23:23

Xanımlar Putinə belə mane oldu - VİDEO

Şəmkirdə 18 yaşlı qız intihar etdi
21.09.2018, 23:11

Şəmkirdə 18 yaşlı qız intihar etdi

Şeyx Azərbaycan-Küveyt mənəvi əlaqələrini müzakirə etdi
21.09.2018, 22:57

Şeyx Azərbaycan-Küveyt mənəvi əlaqələrini müzakirə etdi

Bərə qəzasında ölənlərin sayı 136-ya çatdı: 4 günlük matəm
21.09.2018, 22:42

Bərə qəzasında ölənlərin sayı 136-ya çatdı: 4 günlük matəm

Azərbaycanda əməliyyat edilən xəstələrin sayı 3 dəfəyədək artıb
21.09.2018, 22:23

Azərbaycanda əməliyyat edilən xəstələrin sayı 3 dəfəyədək artıb

Nazir azərbaycanlı abituriyentlərin problemini nəzarətə götürdü
21.09.2018, 22:07

Nazir azərbaycanlı abituriyentlərin problemini nəzarətə götürdü

Türkiyə Almaniya ilə münasibətləri normallaşdırır
21.09.2018, 21:46

Türkiyə Almaniya ilə münasibətləri normallaşdırır

Qurban Qurbanov FİFA-nın tədbirindən imtina etdi
21.09.2018, 21:23

Qurban Qurbanov FİFA-nın tədbirindən imtina etdi

Göylər kəndində yeni tibb məntəqəsi açıldı
21.09.2018, 21:09

Göylər kəndində yeni tibb məntəqəsi açıldı

Qubada taxta sexinin sahibi cərimələndi
21.09.2018, 20:57

Qubada taxta sexinin sahibi cərimələndi

Bakıda Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin Forumu keçiriləcək
21.09.2018, 20:43

Bakıda Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin Forumu keçiriləcək

Bakıda NATO təlimləri - FOTOLAR
21.09.2018, 20:30

Bakıda NATO təlimləri - FOTOLAR

Ədliyyə naziri Ağstafada vətəndaşların şikayətlərini dinlədi
21.09.2018, 20:16

Ədliyyə naziri Ağstafada vətəndaşların şikayətlərini dinlədi

Liviyadakı toqquşmalarda 11 dinc sakin öldürüldü   
21.09.2018, 20:04

Liviyadakı toqquşmalarda 11 dinc sakin öldürüldü  

III Avropa Oyunlarına ev sahibliyi üçün namizədlərin qəbuluna start verilib
21.09.2018, 19:57

III Avropa Oyunlarına ev sahibliyi üçün namizədlərin qəbuluna start verilib

“Anadroid”də səhv tapanlara 3 milyon dollardan çox mükafat verilib
21.09.2018, 19:45

“Anadroid”də səhv tapanlara 3 milyon dollardan çox mükafat verilib

Bakıda daha bir ilk: bacı-qardaş dünya çempionu oldu
21.09.2018, 19:35

Bakıda daha bir ilk: bacı-qardaş dünya çempionu oldu

Avropa Liqasında ilk turun ən yaxşıları  - Foto
21.09.2018, 19:24

Avropa Liqasında ilk turun ən yaxşıları - Foto

Mərkəzi Bank dolların məzənnəsi barədə
21.09.2018, 19:14

Mərkəzi Bank dolların məzənnəsi barədə

Rihanna Barbadosun səfiri oldu
21.09.2018, 19:04

Rihanna Barbadosun səfiri oldu

Türkiyə prezidenti ABŞ-a gedir
21.09.2018, 18:53

Türkiyə prezidenti ABŞ-a gedir

Mars ekspedisiyasının bütün üzvləri əzabla öləcəklər - HESABAT
21.09.2018, 18:42

Mars ekspedisiyasının bütün üzvləri əzabla öləcəklər - HESABAT

Böyük summativ qiymətləndirmələr yalnız bu siniflərdə keçiriləcək - RƏSMİ
21.09.2018, 18:33

Böyük summativ qiymətləndirmələr yalnız bu siniflərdə keçiriləcək - RƏSMİ

Konstitusiya Məhkəməsi xarici valyuta ilə götürülən kreditlərlə bağlı qərarını açıqlayıb
21.09.2018, 18:22

Konstitusiya Məhkəməsi xarici valyuta ilə götürülən kreditlərlə bağlı qərarını açıqlayıb

ARXİV