19 dekabr 2018, Çərşənbə axşamı
Ana Səhifə - MÜSAHİBƏ - Əhliman Əmiraslanov: “Ya­lan­çı in­san­lar­la heç aram yox­dur” - MÜSAHİBƏ  
Əhliman Əmiraslanov: “Ya­lan­çı in­san­lar­la heç aram yox­dur” - MÜSAHİBƏ  
01.01.2018, 18:25

“Qarşıma qoyduğum əsas məqsəd seçdiyim peşə üzrə yaxşı mütəxəssis olmaq idi”

Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov “Milli Məclis” jurnalının “Həmsöhbət” rubrikasının qonağı olub. Modern.az saytı onunla söhbəti təqdim edir.

Qeyd edək ki, millət vəkili Ə.Əmiraslanov Azərbaycan Milli Elmlər Akademiyasının və Polşa Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Rusiya Elmlər Akademiyasının xarici üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya və tibb elmləri bölmə­ sinin akademik-katibi, SSRİ Dövlət mükafatı laureatı, SSRİ Tibb Elmləri Akademiyasının akademik N.N.Petrov adına mükafatının laureatı, Rusiya Tibb Elmləri Akademiyasının N.N.Bloxin adına qızıl medalının təltifçisi, Polşa Tibb Elmlə­ ri Akademiyasının Albert Şvayster mükafatının laureatı, dünyanın bir çox nüfuzlu elmi assosiasiya və cəmiyyətlərinin üzvü və ali məktəblə­rinin fəxri doktorudur.

– Dün­ya şöh­rət­li alim, pro­fes­sor, dok­tor İh­san Doğ­ra­ma­cı si­zin haq­qı­nız­da de­miş­di: “Əh­liman müəl­lim dün­ya miq­ya­sında ta­nı­nan çox bö­yük alim­dir. O, 20 il Mosk­va­da ça­lış­dı­ğı dövr­də on­ko­lo­gi­ya sa­hə­sin­də çox bö­yük şöh­rət qa­za­nıb. Lakin Mosk­va­da ça­lış­dı­ğı uğur­lu fəaliy­yət­dən son­ra Ba­kı­ya – Azər­bay­ca­na qa­yıt­ma­sı onun öz xal­qı­na, və­tə­ni­nə bağ­lı­lı­ğı­nın tən­tə­nə­si­nə çev­ril­di. Be­lə və­tən­pər­vər­lik al­qı­şa la­yiq­dir”. Əh­li­man müəl­lim, 50 il­lik el­mi və tib­bi fəaliy­yə­ti­ni­zin müəyyən bir his­sə­si Mosk­va ilə bağ­lı­dır. Ne­cə ol­du ki, uzun il­lərdən son­ra və­tə­nə dön­mək qə­rarı­na gəl­di­niz?

– Ar­tıq hiss edir­dim ki, ora­da müm­­ kün olan bü­tün bil­gi­lə­ri al­mı­şam və ge­ri dö­nüb bu sa­hə­də xal­qı­mı­za kö­mək gös­­ tə­rə bi­lə­rəm. Əs­lin­də mə­ni dok­tor­luq dis­ser­ta­si­ya­sı­nı mü­da­fiə edən­dən son­ra də­fə­lər­lə və­tə­nə də­vət et­miş­di­lər. Fi­kir­lə­­ şir­dim ki, hə­lə tez­dir. An­caq bu də­fə də­­ vət edi­lən­də dü­şün­düm ki, ar­tıq get­mək vax­tı­dır. 1988-ci il­dən – mə­lum ha­di­sə­lər baş­la­yan­dan son­ra bu­ra­da və­ziy­yət çox ağır idi, xəs­tə­xa­na­lar­da şə­rait qə­naət­bəxş de­­ yil­di. O dövr­də mən ya­ra­lı­la­ra də­fə­lər­lə tib­bi yar­dım­lar gə­tir­mi­şəm. 1992-ci il­də ye­ni­dən vətənə qa­yı­da­raq doğ­ma Azər­­ bay­can Döv­lət Tibb İns­ti­tu­tu­na rek­tor tə­yin olun­dum. De­di­yim ki­mi çox ağır vaxt­lar idi, hərc-mərc­lik baş alıb ge­dir­­ di. O vaxt ge­cə-gün­düz əmə­liy­yat­lar edir­dim. Xəs­tə­lər eşit­miş­di­lər ki, ar­tıq Ba­kı­da­yam; çox­say­lı mü­ra­ciət­lər olu­­ nur­du. Dü­zü, və­tə­nə dön­mək ailə­min də ürə­­ yin­cə idi. İki oğ­lum var. Uşaq­lar bö­yü­­ yür­dü və hər bir va­li­deyn ki­mi bi­zim də ar­zu­muz idi ki, on­lar ailə qur­sun­lar.

–Ulu ön­dər Hey­dər Əli­ye­vin si­zə xü­su­si mü­na­si­bə­ti var idi. Onun­la ta­nış­lı­ğı­nız ne­cə olub?

 – Ulu ön­dər­lə Mosk­va­da ta­nış ol­­mu­şam, mə­nə mü­na­si­bə­ti hə­mi­şə yax­şı olub. Hey­dər Əli­yev o vaxt çox yük­sək zir­və­də idi. İkin­ci də­fə ha­ki­miy­yə­tə gə­­lən­dən son­ra da onun­la tez-tez tə­mas­da olur­duq. Da­ha çox ix­ti­sa­sım­la, xəs­tə­lər­lə bağ­lı gö­rü­şür­dük. Uni­ver­si­tet­də iş­lə­yən­­ də 1998 və 2000-ci il­lər­də ye­ni ti­ki­lən təd­ris bi­na­la­rı­nın açı­lış­la­rı­na, da­ha son­ra isə uni­ver­si­te­tin yu­bi­le­yi­nə gəl­miş­di. Ulu ön­də­rin ya­xın dos­tu İh­san Doğ­­ ra­ma­cı­nı da elə Mosk­va­dan ta­nı­yır­dım, onun yu­bi­ley­lə­rin­də çı­xış et­mi­şəm. Ümum­mil­li li­der Hey­dər Əli­yev Azər­­ bay­ca­nın da­hi oğ­lu­dur, bö­yük in­san­dır. Mən fəxr edi­rəm ki, elə bir şəx­siy­yət­lə is­ti mü­na­si­bə­tim olub.

– Zi­ya­lı ailə­sin­də bö­yü­yüb ba­şa çat­mı­sı­nız. Am­ma sırf tib­bə hə­vəs siz­də ha­ra­dan ya­ran­dı?

– Mən Qər­bi Azər­bay­ca­nın Göy­çə ma­ha­lı­nın Zod kən­din­də do­ğul­mu­şam. Bi­zim ailə­də hə­kim ol­ma­yıb. Ümu­miy­­ yət­lə, kən­di­miz­də hə­kim yox idi. İx­ti­sas­­ lı tib­bi yar­dım al­maq üçün ra­yon mər­kə­­ zi­nə, ya da İrə­va­na ge­dir­di­lər. O za­man ra­yon­da, ümu­miy­yət­lə, azər­bay­can­lı hə­­kim yox idi. Xəs­tə­xa­na­da iş­lə­yən­lər də o mil­lə­tin nü­ma­yən­də­lə­ri idi. Gö­rür­düm ki, kənd­də in­san­lar, hə­qi­qə­tən, çox əziy­­ yət çə­kir­lər. Son­ra elə ol­du ki, atam Ba­­ sar­ke­çər ra­yo­nu­nun ka­ti­bi ol­du. Ra­yon­­ da Azər­bay­can di­lin­də mək­təb ol­ma­dı­ğı üçün mən kənd­də­ki evi­miz­də nə­nə­min ya­nın­da qa­lıb kənd mək­tə­bin­də təh­sil alır­dım. Or­ta mək­tə­bin III-IV sin­fin­də oxu­yan­da hə­kim ola­ca­ğım ba­rə­də qə­rar ver­miş­dim. Nə­nəm xəs­tə­lən­dik­dən son­­ ra onun çək­di­yi əziy­yət­lə­ri gö­rüb fik­ri­mi qə­ti­ləş­dir­dim. Bir ara dəb düş­müş­dü; kənd­də ya­şa­­ yan gənc­lər kənd tə­sər­rü­fa­tı mü­tə­xəs­si­si ol­maq is­tə­yir­di­lər. Mə­nə də tək­lif et­di­lər ki,İrə­van KəndTə­sər­rü­fa­tıTex­ni­ku­mu­na ge­dim. An­caq ra­zı ol­ma­dım. Or­ta mək­tə­­ bi bi­tir­dik­dən son­ra Azər­bay­can Döv­lət Tibb İns­ti­tu­tu­na gəl­dim. He­sab edi­rəm ki, in­san müəy­yən bir sə­nət se­çər­kən ilk növ­bə­də mən­sub ol­du­ğu xal­qa, və­tə­nə, in­san­la­ra ne­cə xe­yir ve­rə bi­lə­cə­yi­ni dü­­ şün­mə­li­dir. Əgər hər kəs bu cür fi­kir­lə­­ şər­sə, mə­nə be­lə gə­lir ki, ix­ti­sas se­çi­min­­ də gənc­lə­ri­miz ya­nıl­maz­lar.

– Si­zi azər­bay­can­lı mü­tə­xəs­sis ki­mi Mosk­va­da ne­cə qar­şı­la­dı­lar?

– Tibb İns­ti­tu­tu­nu bi­tir­dik­dən son­­ ra rek­to­ru­muz mə­nə Cər­ra­hi xəs­tə­lik­lər ka­fed­ra­sın­da qa­lıb iş­lə­mə­yi tək­lif et­di. Mən isə ra­zı­laş­ma­ya­raq Ba­kı Şə­hər Kli­­ ni­k On­ko­lo­gi­ya Xəs­tə­xa­na­sı­nı seç­dim. O za­man­lar res­pub­li­ka­da on­ko­lo­gi­ya sa­hə­si in­ki­şaf et­mə­miş­di. Bu­ra­da tə­lə­bə vaxt­la­rın­da iş­lə­di­yim üçün adap­ta­si­ya­­ ya vaxt itir­mə­dim, gə­lən ki­mi fəaliy­yə­tə baş­la­dım, əv­vəl­cə Cər­ra­hiy­yə şö­bə­sin­də hə­kim-or­di­na­tor, qı­sa müd­dət­dən son­ra isə şö­bə mü­di­ri və­zi­fə­lə­rin­də çalışdım. O vaxt ye­ni ailə qur­muş­dum, ar­tıq öv­la­­ dım da var idi. Hə­yat yol­da­şım da, mən də iş­lə­yir­dik. İşi­miz qay­da­sın­da idi. O za­man mə­nim ya­şım­da 80 çar­pa­yı­lıq şö­­bə­nin mü­di­ri ol­maq çox bö­yük uğur idi. Mosk­va­dan gə­lən ilk müəl­li­mim Arif Ab­ba­sov­la bir­gə ça­lı­şır­dım. Ca­van elm­­ lər dok­to­ru idi. O, mə­nə qı­sa bir za­man­­ da dis­ser­ta­si­ya möv­zu­su da ver­di. De­di ki, iş­lə, sə­nin gə­lə­cə­yin, pers­pek­ti­vin var. Dis­ser­ta­si­ya işi­min, de­mək olar ki, ya­rı­­ dan ço­xu­nu yaz­mış­dım. Am­ma ta­le elə gə­tir­di ki, o, ca­van ya­şın­da dün­ya­sı­nı də­­ yiş­di. Bu ha­di­sə­dən son­ra mən Mosk­va­­ ya get­mə­yə qə­rar ver­dim. İş­dən çı­xan ərə­fə­də xəs­tə­xa­na­ya ar­­ tıq baş­qa rəh­bər gəl­miş­di. Mə­nə de­di ki: “Oğ­lum, ha­ra ge­dir­sən? Mü­da­fiə edir­lər ki, gə­lib şö­bə mü­di­ri ol­sun­lar, sən isə şö­­ bə mü­dir­li­yi­ni, işi­ni qo­yub ge­dir­sən. Elə bi­lir­sən ki, ora­dan gə­lən­də sə­nə be­lə bir iş ve­rə­cək­lər?”
Ra­zı­laş­ma­dım və ailəm­lə bir­lik­də Mosk­va­ya get­dik. 1974-cü ilin okt­yab­rın­da im­ta­han­la­rı mü­vəf­fə­qiy­yət­­ lə ve­rə­rək Mosk­va şə­hə­rin­də SS­Rİ Tibb Elm­lə­ri Aka­de­mi­ya­sı­nın Ümu­mit­ti­faq On­ko­lo­ji El­mi Mər­kə­zin­də as­pi­ran­tu­ra­­ ya da­xil ol­dum. İlk vaxt­lar­da çə­tin idi. Elə olur­du bir ge­cə ev­də qa­lır­dım, bir ge­cə xəs­tə­xa­na­da. Am­ma heç vaxt fi­kir­­ ləş­mə­mi­şəm ki, gə­rək bu sə­nə­ti de­yil, asan bir pe­şə­ni se­çəy­dim. 1977-ci il­də as­pi­ran­tu­ra­da təh­sil müd­də­tim hə­lə ba­­ şa çat­ma­mış, vax­tın­dan əv­vəl, “Aşa­ğı ət­raf­a­rın bəd­xas­sə­li şiş­lə­ri­nə gö­rə ope­­ ra­si­ya edil­miş xəs­tə­lə­rin reabi­li­ta­si­ya­sı” möv­zu­sun­da na­mi­zəd­lik dis­ser­ta­si­ya­sı mü­da­fiə et­dim. Qar­şı­ma qoy­du­ğum əsas məq­səd seç­di­yim pe­şə üz­rə yax­şı mü­tə­­ xəs­sis ol­maq idi. Dü­şün­mür­düm ki, nə vaxt­sa pro­fes­sor, aka­de­mik, rek­tor, de­pu­­ tat ola­cam, döv­lət mü­ka­fa­tı ala­cam. Heç fi­kir­ləş­məz­dim ki, SS­Rİ ki­mi mə­kan­da bir gün Ümu­mit­ti­faq On­ko­lo­ji El­mi Mər­­ kə­zin baş di­rek­to­ru, SS­Rİ Tibb Elm­lə­ri Aka­de­mi­ya­sı­nın pre­zi­den­ti N.N.Blo­xin Azər­bay­can­dan gəl­miş bir mü­tə­xəs­sis ola­raq mə­nim na­mi­zəd­li­yi­mi döv­lət mü­­ ka­fa­tı­na təq­dim edə­cək. On­ko­lo­gi­ya spe­si­fik sa­hə­dir. Xa­ric­­ dən xəs­tə­lər mü­ra­ciət edir­di. Mən əsa­sən sü­mük şiş­lə­ri­nin müali­cə­si ilə məş­ğul olur­dum. Xa­ri­ci öl­kə­lər­də əmə­liy­yat­lar apa­rır, el­mi mə­ru­zə­lər­lə çı­xış edir­dim. Ar­tıq qı­sa müd­dət ər­zin­də xey­li el­miprak­tik təc­rü­bə­yə yi­yə­lən­miş­dim. İkin­ci öv­la­dı­mız dün­ya­ya gəl­dik­dən son­ra bi­zə ev ver­di­lər.
Atam dün­ya­sı­nı də­yiş­dik­­ dən son­ra mən Ba­kı­ya qa­yıt­maq fik­ri­nə düş­düm, çün­ki ba­cım, qar­da­şım bu­ra­­da tə­lə­bə idi. Fi­kir­lə­şir­dim ki, anam­gi­li kənd­dən Ba­kı­ya kö­çü­rüm. O za­man el­­ mi rəh­bə­rim qa­yıt­ma­ğı­ma ra­zı ol­ma­dı və mən Mosk­va­da qal­dım. As­pi­ran­tu­ra­nı bi­tir­dik­dən son­ra Ümu­mit­ti­faq On­ko­lo­­ ji El­mi Mər­kə­zin­də Ümu­mi on­ko­lo­gi­ya şö­bə­sin­də əv­vəl­cə ki­çik el­mi iş­çi, son­­ ra­lar isə baş el­mi iş­çi, bö­yük el­mi iş­çi və pro­fes­sor və­zi­fə­lə­rin­də ça­lış­dım. Bu dövr­lər­də yüz­lər­lə mü­rək­kəb cər­ra­hiy­yə əmə­liy­yat­la­rı, o cüm­lə­dən dün­ya­nın yal­­nız bir ne­çə məş­hur kli­ni­ka­la­rın­da ic­ra olu­nan və tə­va­zö­kar­lıq­dan uzaq ol­sa da qeyd edim ki, SS­Rİ miq­ya­sın­da ilk də­­ fə mə­nim tə­rə­fim­dən hə­ya­ta ke­çi­ri­lən “Ro­ta­sion plas­ti­ka” ope­ra­si­ya­sı­nı ic­ra et­dim. El­mi ax­ta­rış­la­rı­mı da­vam et­di­rə­­ rək 1984-cü il­də “Os­teogen sar­ko­ma­lı xəs­tə­lə­rin komp­leks müali­cə­si üsul­la­rı” möv­zu­sun­da dok­tor­luq dis­ser­ta­si­ya­sı mü­da­fiə et­dim. Apar­dı­ğı­mız uğur­lu el­mi təd­qi­qat iş­lə­ri nə­ti­cə­sin­də bi­rin­ci­lisü­mük şiş­lə­ri­nin komp­leks müali­cə üsul­la­rı iş­lə­­ nib ha­zır­lan­dı və kli­nik prak­ti­ka­ya tət­biq olun­du. Nə­ti­cə­də bu şiş­lə­rin müali­cə­si nə­ti­cə­lə­ri 4-5 də­fə yax­şı­laş­dı. Dok­tor­luq dis­ser­ta­si­ya­sı­nı mü­da­fiə et­­ dik­dən son­ra mər­kə­zə rəh­bər­lik et­mə­yə baş­la­dım, keç­miş SS­Rİ-nin müx­tə­lif şə­­ hər­lə­ri­nə və xa­ri­ci öl­kə­lə­rə tez-tez el­mi eza­miy­yət­lə­rə ge­dir­dim. Elə il olub ki, bir ay­da 10-12 də­fə xa­ri­ci öl­kə­lə­rə sə­fər et­mi­şəm.

– Bəs Azər­bay­can­dan si­zin ya­nı­nı­za gə­lən­lər çox olur­du?

– Mən hə­mi­şə Azər­bay­can­la sıx əla­­ qə sax­la­mı­şam. O vaxt mə­nə çox mü­ra­­ ciət edir­di­lər və mən də əlim­dən gə­lə­ni əsir­gə­mir­dim. Hət­ta bu sə­bəb­dən bə­zən “ba­şım da ağ­rı­yır­dı”. O vaxt rəh­bər­lik­­ də bə­zi adam­lar var idi, bun­dan na­ra­zı­­ lıq edir­di­lər. 1986-cı il­də “On­ko­lo­ji xəs­tə­lər­də bər­pa müali­cə­si me­tod­la­rı­nın iş­lə­nib ha­­ zır­lan­ma­sı və kli­nik prak­ti­ka­ya tət­bi­qi” möv­zu­sun­da sil­si­lə el­mi-tex­no­lo­ji iş­lə­ri­­ mə gö­rə elm və tex­ni­ka sa­hə­sin­də SS­Rİ Döv­lət mü­ka­fa­tı­na la­yiq gö­rül­düm. Mən Döv­lət mü­ka­fa­tı alan­da çox­say­lı təb­rik te­leq­ram­la­rı gəl­di, Azər­bay­can­dan yüz­­ lər­lə te­leq­ram al­mış­dım. Mosk­va­ya ge­dən­də Ümu­mit­ti­faq On­­ ko­lo­ji El­mi Mər­kə­zin­də ilk azər­bay­can­lı mən idim. Mə­nə qə­dər də ol­muş­du, la­­ kin daimi iş­lə­yən yox idi. 1992-ci il­də Azər­bay­ca­na qa­yı­dan­da ora­da ça­lı­şan 41 nə­fər azər­bay­can­lı mü­tə­xəs­sis qo­yub gəl­dim. İn­di on­la­rın sa­yı bir az da ar­tıb­­ dır. Ora­da fəaliy­yət gös­tə­rən N.N.Blo­xin adı­na Ru­si­ya On­ko­lo­ji El­mi Mər­kə­zi­nin “Uşaq on­ko­lo­gi­ya­sı” İns­ti­tu­tu­nun di­­ rek­to­ru, Ru­si­ya Elm­lər Aka­de­mi­ya­sı­nın aka­de­mi­ki Məm­məd Əli­yev mə­nim tə­­ lə­bəm olub. Ha­zır­da Mosk­va­da On­ko­lo­ji El­mi Mər­kəz­də ça­lı­şan­lar ara­sın­da azər­­ bay­can­lı mü­tə­xəs­sis­lər çox­dur. Vax­tın­da əsa­sı mə­nim tə­rə­fim­dən qo­yu­lan bu ənə­­ nə ha­zır­da da da­vam edir.

– Adə­tən hər pe­şə sa­hi­bi is­tə­yir ki, ailə­də onun da­vam­çı­sı olsun. Bəs si­zin ailə­də ne­cə?

– Mə­nim iki öv­la­dım var: bi­ri iq­ti­­sad­çı­dır, di­gər oğ­lum isə hə­kim­dir, o da on­ko­loq­dur, fəl­sə­fə dok­tor­lu­ğu və elm­lər dok­tor­lu­ğu dis­ser­ta­si­ya­la­rı­nı mü­da­fiə et­­di, pro­fes­sor­dur. Hə­yat yol­da­şım da tibb üz­rə elm­lər dok­to­ru, pro­fes­sor­dur, ix­ti­­ sas­ca ma­ma-gi­ne­ko­loq­dur. 4 nə­vəm var. İna­nı­ram ki, nə­və­lər­dən də han­sı­sa mə­­nim da­vam­çım ola­caq.

– Əh­li­man müəl­lim, bəs bi­zim tib­bin gə­lə­cə­yi­ni ne­cə gö­rür­sü­nüz?

Ara­da be­lə boş­luq­lar yaran­mış­dı, in­san­lar xa­ri­cə ge­dirdi­lər – Av­ro­pa­ya, İra­na... – Şüb­hə­siz, bu­nun ob­yek­tiv və sub­­yek­tiv sə­bəb­lə­ri var­dır. Onu da de­yim ki, Azər­bay­can­da son il­lər sə­hiy­yə sa­hə­sin­­ də çox bö­yük is­la­hat­lar hə­ya­ta ke­çi­ri­lib. Çox­say­lı müasir stan­dart­la­ra ca­vab ve­­ rən tibb müəs­si­sə­lə­ri açı­lıb və ən müasir ava­dan­lıq­lar­la təc­hiz olu­na­raq is­ti­fa­də­yə ve­ri­lib, yük­sək ix­ti­sas­lı mü­tə­xəs­sis­lər ha­zır­la­nıb. Tibb Uni­ver­si­te­tin­də re­zi­­ den­tu­ra­nın fəaliy­yə­tə baş­la­ma­sı mü­tə­­ xəs­sis ha­zır­lı­ğı­na çox cid­di tə­kan ver­di. Şüb­hə­siz ki, xa­ri­ci öl­kə­lə­rə - Tür­ki­yə­yə, Ame­ri­ka­ya,Av­ro­pa­ya gön­də­ril­miş mü­tə­­ xəs­sis­lə­rin ha­zır­la­nıb gəl­mə­si əv­vəl öl­kə­­ miz­də zəif olan tibb sa­hə­lə­ri­nin in­ki­şa­fı­­ na müs­bət tə­sir gös­tər­di. Bir mə­sə­lə­ni də qeyd edim ki, bu gün Tibb Uni­ver­si­te­ti­nə gə­lən­lə­rin bö­yük ək­sə­riy­yə­ti qız­lar­dır. Oğ­lan­lar isə adə­tən iq­ti­sa­diy­yat sa­hə­si­ni se­çir­lər. On­la­rın tib­bə olan ma­ra­ğı nis­bə­­ tən aza­lıb­dır ki, bu da mən­də təəs­süf do­­ ğu­rur. Çün­ki tə­ba­bə­tin elə sa­hə­lə­ri var ki, ora­da müt­ləq ki­şi hə­kim la­zım­dır. Azər­bay­can sə­hiy­yə­si­nə yax­şı bə­ləd olan bir mü­tə­xəs­sis ki­mi tam sə­mi­mi de­­ yim ki, bu gün elə bir xəs­tə­lik, pa­to­lo­gi­ya yox­dur ki, onun Azər­bay­can­da müali­cə­­ si müm­kün ol­ma­sın. Bu­na gö­rə xəs­tə­lə­ri ha­ra­sa gön­dər­mək la­zım de­yil. Bi­ri de­­ yir İs­rail­də, di­gə­ri de­yir Ame­ri­ka­da fi­lan xəs­tə­lik müali­cə olu­nur. Dün­ya tə­ba­bə­­ tin­də, sə­hiy­yə­sin­də mü­tə­xəs­sis­lə­rin birbi­rin­dən giz­li bir şe­yi yox­dur. Müx­tə­lif öl­kə­lər­də il­də bir ne­çə də­fə bu və ya di­­ gər sa­hə­lər üz­rə el­mi qu­rul­tay, konf­rans və konq­res­lər ke­çi­ri­lir, alim­lər əl­də et­di­yi nailiy­yət­lə­ri mə­ru­zə və mü­za­ki­rə edir­lər, prak­tik tə­ba­bət üçün töv­si­yə­lər ve­ri­lir. Şüb­hə­siz ki, bə­zi prob­lem­lər hə­lə də möv­cud­dur. De­səm ki, hə­kim­lə­ri­mi­zin ha­mı­sı­nın sə­viy­yə­si çox yük­sək­dir, səhv et­miş ola­ram. Təəs­süf ki, pro­fes­sional ol­ma­yan, öz sa­hə­si­ni yax­şı bil­mə­yən hə­­ kim­lə­ri­miz də var. An­caq bir sı­ra sa­hə­lər üz­rə dün­ya are­na­sı­na çı­xa bi­lə­cək mü­tə­­ xəs­sis hə­kim­lə­ri­miz də çox­dur və on­lar bu gün Azər­bay­can sə­hiy­yə­si­nin apa­rı­cı si­ma­la­rı, fi­qur­la­rı­dır. Mil­li Məc­lis­də də de­mi­şəm - mə­nə elə gə­lir ki, tib­bi sı­ğor­ta sa­hə­sin­də bir az ge­­ cik­mi­şik. Bir çox sa­hə­lər var ki, əha­li­nin müəy­yən qru­pu üçün əl­çat­maz­dır. Öl­kə­­ miz­də çox­lu or­qan transp­lan­ta­si­ya­sı hə­­ ya­ta ke­çi­ri­lir, in­san­lar bu cür xərc­lə­ri ödə­­ yə bil­mir­lər. Ona gö­rə müt­ləq ic­ba­ri tib­bi sı­ğor­ta tət­biq olun­ma­lı­dır. İn­di bu sa­hə­də bö­yük iş­lər gö­rü­lür. İlk ola­raq iki pi­lot ra­­ yon gö­tü­rü­lüb və ora­da ic­ba­ri tib­bisı­ğor­ta tət­biq edi­lib; bu pro­ses get-ge­də ge­niş­lən­­ di­ri­lə­cək. Ma­liy­yə na­zi­ri cə­nab Samir Şə­ri­fov qeyd et­di ki, gə­lən il da­ha iki ra­yon­da da tət­biq edi­lə­cək. Dün­ya­da elə bir öl­kə yox­­ dur ki, ora­da tib­bi sı­ğor­ta­sız sə­hiy­yə­nin sə­viy­yə­si yük­sək ol­sun. Ümid­va­ram ki, 2019-cu il­dən bi­zim öl­kə­miz­də də tib­bi sı­ğor­ta tam hə­ya­ta ke­çi­ri­lə­cək. Möh­tə­rəm Pre­zi­den­ti­miz bu sa­hə­yə çox cid­di diq­qət ye­ti­rir ki, biz tib­bisı­ğor­ta­nı tez hə­ya­ta ke­­ çi­rək, əha­li­yə tib­bi yar­dı­mın sə­viy­yə­si­ni yük­səl­dək, on­la­rın bu sa­hə­də olan prob­­ lem­lə­ri­ni həll edə bi­lək.

– Adə­tən ağır əmə­liy­yat­lar­dan son­ra din­cəl­mə­yə eh­ti­yac olur. Siz bu vax­tı­nı­zı ne­cə ke­çi­rir­siniz, yor­ğun­lu­ğu­nu­zu ne­cə çı­xarır­sı­nız? Bi­ri mu­si­qi din­lə­yir, bi­ri ki­tab oxu­yur, bi­ri ailə­si ilə is­ti­ra­hət edir...

–Tibb Uni­ver­si­te­ti­nə rəh­bər­lik edən­də mə­nə de­yir­di­lər ki, siz bö­yük bir uni­ver­­ si­te­tin rek­to­ru­su­nuz, mil­lət və­ki­li­si­niz, aka­de­mi­ya­da iş­lə­yir­si­niz, bəs bu qə­dər iş­lə­ri ne­cə çat­dı­rır­sı­nız?
Tam sə­mi­mi de­yim ki, hə­mi­şə hər şey­dən üs­tün, bi­­rin­ci yer­də sə­nə­ti­mi tut­mu­şam. Hər gün ilk növ­bə­də işi­mi kli­ni­ka­dan baş­la­yı­ram: xəs­tə­lə­ri kon­sul­ta­si­ya edi­rəm, cər­ra­hi əmə­liy­yat­lar apa­rı­ram.Mən kli­ni­ka­da heç vaxt yo­rul­mu­ram, ək­si­nə cər­ra­hi əmə­liy­­ yat­lar za­ma­nı fi­zi­ki cə­hət­dən yo­rul­sam da, mə­nə­vi ola­raq işim­dən zövq alı­ram.

Fi­kir­lə­şi­rəm ki, mən bu gün ki­mə­sə kö­­ mək edə bil­dim, şə­fa ver­dim. Cər­rah­lar bir az inanc­lı olur­lar. Hət­ta mən­də be­lə fi­kir var ki, əmə­liy­yat et­mə­di­yim gün­lər iş­lə­rim o qə­dər də yax­şı get­mir. Tə­səv­vür edin ki, Mosk­va­dan gə­lən­də ora­da­kı əmə­liy­yat ayaq­qa­bı­mı, pal­ta­rı­mı da gə­tir­miş­dim. Cər­rah­lar hə­mi­şə əmə­­liy­ya­ta ey­ni pal­tar­la ge­dir­lər. Mən­də bu “pal­tar inan­cı” var. Ar­tıq 25 il ötüb, bu 25 il­də əmə­liy­ya­ta ge­yin­diyim o kost­­yum­la­rın bi­ri­ni, ya iki­si­ni də­yiş­mi­şəm. Onu da məc­bur ol­mu­şam. He­sab edi­rəm ki, bu ayaq­qa­bı­da, bu pal­tar­da get­səm, əmə­liy­yat müt­ləq uğur­lu ke­çə­cək. Mən kli­ni­ka­da heç vaxt yo­rul­mu­ram. Tə­bii ki, din­cəl­mə­yi də se­vi­rəm, ailəm­lə və nə­və­­ lə­rim­lə vaxt ke­çi­ri­rəm.

– Tə­bii ki, öz pe­şə­niz, sa­hə­niz bir ya­na, da­ha han­sı ma­raq dairə­niz var - mə­də­niy­yət­də, mu­si­qi­də? Bi­zim oxu­cu­lar üçün də ma­raq­lı olar­dı ki, Əhli­man müəl­lim – bi­zim bö­yük ali­mi­miz, ədə­biy­yat sa­hə­sin­də han­sı ki­tab­la­rı oxu­yur, sev­di­yi əsər­lər han­sı­lar­dır?

– Bi­rin­ci­si, mən id­ma­na çox me­yil­li­­yəm. Əv­vəl­lər vo­ley­bol­la məş­ğul ol­mu­­şam, id­man ve­ri­liş­lə­ri­ni çox se­vi­rəm. Hər gün 10-12 km pi­ya­da gə­zi­rəm. Nə qə­dər işim olur-ol­sun, gün­də təx­mi­nən iki saat gə­zi­rəm. Bə­dii ədə­biy­ya­tı da çox se­vi­rəm. Şüb­­hə­siz ki,mən gö­zü­mü açan­dan ya­şa­dı­ğım böl­gə­də aşıq sə­nə­ti, aşıq şeir­lə­ri ilə bö­yü­­ mü­şəm və on­la­rı çox se­vi­rəm, ço­xu­nu da əz­bər bi­li­rəm. Azər­bay­can klas­sik­lə­ri­nin, elə­cə də rus klas­sik­lə­ri­nin əsər­lə­ri­ni oxu­­ mu­şam. Mən or­ta mək­təb­də Azər­bay­­ can di­lin­də oxu­du­ğum rus klas­sik­lə­ri­ni Mosk­va­da olan­da ye­ni­dən rus di­lin­də oxu­mu­şam. İn­di­ki müasir­lə­ri bö­yük məm­nu­niy­­ yət­lə mü­ta­liə edi­rəm. Şeiri çox se­vi­rəm. Bir şe­yi də qeyd edim ki, İn­ter­net sayt­lar ya­ra­nan­dan son­ra in­san­la­rın ki­ta­ba mü­­ na­si­bə­ti bir az də­yi­şib. İs­tə­di­yin bir şeiri ora­dan da gö­tür­mək olar. Ça­lı­şı­ram hər hal­da ki­ta­bı heç ol­ma­sa və­rəq­lə­yim.

– İn­san­lar­da han­sı key­fiy­yət­lə­ri, han­sı xü­su­siy­yət­lə­ri qiy­mət­lən­di­rir­si­niz?

– Bu sualı mə­nə çox ve­rib­lər. Ona gö­rə nə­dən xo­şum gəl­mir onu de­yə­cəyəm. Mə­nim in­san­lar­da ən çox xo­şum gəl­mə­­yən cə­hət ya­lan da­nış­maq­dır. Heç qə­bul et­mə­di­yim bir şey­dir. Acı ol­sa da hə­qi­­qə­ti, dü­zü­nü de­yə­cə­yəm. Baş­qa səh­vi dü­zəlt­mək olar, am­ma ya­lan­çı in­san­lar­la heç aram yox­dur. İn­sa­nın müs­bət xü­su­siy­yə­ti isə odur ki, yax­şı in­san ol­ma­lı­dır, və­tən­pər­vər ol­­ ma­lı­dır, xal­qı­nı, və­tə­ni­ni, öl­kə­si­ni, Pre­zi­­den­ti­ni, li­de­ri­ni sev­mə­li­dir. Mən o in­sa­na ən çox hör­mət edi­rəm ki, o, mən­sub ol­du­ğu sa­hə­ni yax­şı mə­­ nim­sə­yib. Ona gö­rə də, hə­mi­şə ya­xın adam­la­ra, qo­hum­la­ra, ailə üzv­lə­ri­mə töv­si­yəm budur ki, “nə­yi öy­rə­nir­si­niz­sə, yax­şı öy­rə­nin”.

– Do­ğu­lub bo­ya-ba­şa çat­dı­ğı­nız Zod kən­di xə­yal­la­rı­nız­da ne­cə qa­lıb? O yer­lə­ri tez-tez xa­tır­layır­sı­nız­mı?

– Çox tez-tez. Hət­ta kənd­də­ki evi­miz yu­xu­ma da gi­rir. O vaxt bi­zim ev kənd­də ən bö­yük ev idi. Atam ra­yon­da əv­vəl­cə ka­tib, son­ra isə öm­rü­nün so­nu­na­dək təh­­ sil şö­bə­si­nin mü­di­ri olub. Ora mə­nim üçün doğ­ma, çox gö­zəl tə­biəti olan bir yer­dir; ora­la­rın tə­miz ha­va­sı,sə­rin bu­laq­­ la­rı, su­la­rı, al-əl­van çə­mən­lik­lə­ri var. Qı­­ şı çox sərt, ya­yı çox sə­rin olur. İn­san­la­rı zəh­mət­keş, əmək­se­vər­dir. Ora­da əsa­sən kənd tə­sər­rü­fa­tı ilə – əkin-bi­çin, mal­dar­­ lıq­la məş­ğul olur­du­lar. O çə­tin iq­lim şə­­ raitin­də öz­lə­ri üçün gö­zəl ev­lər tik­miş­di­­ lər, şə­rait ya­rat­mış­dı­lar. Atam ora­da dəfn olu­nub. Çox təəs­süf onun qəb­ri­ni zi­ya­rət edə bil­mi­rəm. Ora­ya rəs­mi ge­dən bə­zi ta­nış­la­rı­mız­dan, həm­­ kar­la­rım­dan xa­hiş et­miş­dim, bi­zim evin şək­li­ni çək­miş­di­lər. Evi­mi­zin, ba­ğı­mı­zın ha­sar­la­rı da­ğı­lıb, uçub, ev elə bir gü­nə dü­şüb ki, bir­cə pən­cə­rə­lər­dən ta­nı­dım. O şək­li gö­rüb çox mə­yus ol­dum.

– Ne­cə dü­şü­nür­sü­nüz, hə­yat­da bü­tün is­tək­lə­ri­ni­zə nail ol­musu­nuz?

– Bü­tün is­tək­lə­rə nail ol­maq müm­kün de­yil. Ailəm­dən, uşaq­la­rım­dan çox ra­zı­­ yam. Öv­lad­la­rım da öz sa­hə­lə­rin­də və­­ tə­ni, xal­qı üçün təq­di­rə­la­yiq fəaliy­yət­lə məş­ğul­dur­lar, nə­və­lə­rim bö­yü­yür. Ar­tıq 13-14 yaş­la­rı var. Ümid­va­ram ki, on­lar da öl­kə­miz üçün la­yiq­li və­tən­daş­lar ola­caq. Ar­zu­nun, niy­yə­tin so­nu yox­dur. Azər­­ bay­ca­nı­mı­zı da­ha fi­ra­van, sə­hiy­yə­mi­zi da­ha güc­lü gör­mək is­tə­yi­rəm. Mil­li Məc­lis­də də ça­lı­şı­ram ki, bu sa­hə ilə bağ­lı da­ha mü­kəm­məl qa­nun­lar qə­bul edək; Elm­lər Aka­de­mi­ya­sın­da da onun ki­mi. Am­ma 70 yaş o de­mək de­yil ki, ar­tıq ki­­ fa­yət­dir, din­cəl­mək la­zım­dır. Mən bu ya­­şı hiss et­mi­rəm. Dü­şü­nü­rəm ki, in­sa­nın hə­ya­tı o vaxt so­na ça­tır ki, o, heç ki­mə la­zım ol­mur. Əgər bu gün ki­mə­sə la­zım­­ san­sa, de­mək, sən ya­şa­yır­san. İn­san­la­ra fay­da gə­ti­rir­sən­sə, o za­man ya­şa­ma­ğı­nın mə­na­sı var. He­sab edi­rəm ki, mən həm cər­rah, həm on­ko­loq ki­mi, həm də di­gər fəaliy­yət­lə­rim­də də bun­dan son­ra nə isə edə bi­lə­rəm.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Ölkəyə 11 ayda 995 min 957 ton yük ixrac olunub
19.12.2018, 00:46

Ölkəyə 11 ayda 995 min 957 ton yük ixrac olunub

Elektromobil sürücüsü olan qız gülüş hədəfində - VİDEO
19.12.2018, 00:29

Elektromobil sürücüsü olan qız gülüş hədəfində - VİDEO

Goranboy piyada vuruldu: Yaxınları yolu bağladı
19.12.2018, 00:09

Goranboy piyada vuruldu: Yaxınları yolu bağladı

Azərbaycan nefti ucuzlaşıb
18.12.2018, 23:51

Azərbaycan nefti ucuzlaşıb

Baş nazir istefa verdi
18.12.2018, 23:34

Baş nazir istefa verdi

Azərbaycanlıları xərçəng edən əsas səbəb – VİDEO
18.12.2018, 23:25

Azərbaycanlıları xərçəng edən əsas səbəb – VİDEO

Bakıda qız 20 gün əvvəl itkin düşüb
18.12.2018, 23:09

Bakıda qız 20 gün əvvəl itkin düşüb

VMF saatlarının təqdimatı oldu - FOTOLAR
18.12.2018, 22:53

VMF saatlarının təqdimatı oldu - FOTOLAR

Günəş sisteminin ən uzaq obyekti kəşf edilib
18.12.2018, 22:37

Günəş sisteminin ən uzaq obyekti kəşf edilib

Azərbaycana Hindistandan turist cəlb olunur
18.12.2018, 22:18

Azərbaycana Hindistandan turist cəlb olunur

Qarabağ atları London Beynəlxalq Atçılıq Şousunda
18.12.2018, 22:07

Qarabağ atları London Beynəlxalq Atçılıq Şousunda

Bakıda avtomobil “Bravo”ya girdi
18.12.2018, 21:53

Bakıda avtomobil “Bravo”ya girdi

Azərbaycandan aparılan arı pətəklərini Rusiyaya buraxmadılar
18.12.2018, 21:41

Azərbaycandan aparılan arı pətəklərini Rusiyaya buraxmadılar

İsrail-Fələstin münaqişəsinin həllinə dair yeni plan
18.12.2018, 21:30

İsrail-Fələstin münaqişəsinin həllinə dair yeni plan

Vərəmlə mübarizəyə dair konfrans keçirilib
18.12.2018, 21:29

Vərəmlə mübarizəyə dair konfrans keçirilib

Prezident maaşının bir hissəsini büdcəyə qaytardı
18.12.2018, 21:17

Prezident maaşının bir hissəsini büdcəyə qaytardı

Yaxşı ki, Serjik 5 rayonun qaytarılmasından imtina edib
18.12.2018, 21:04

Yaxşı ki, Serjik 5 rayonun qaytarılmasından imtina edib

Mediada  Azərbaycan dilinin təmizliyinin qorunması  müzakirə edildi
18.12.2018, 20:58

Mediada  Azərbaycan dilinin təmizliyinin qorunması  müzakirə edildi

İsrail parlamentində ermənilərin saxta diplomları ilə bağlı həyəcan
18.12.2018, 20:44

İsrail parlamentində ermənilərin saxta diplomları ilə bağlı həyəcan

“Mercedes” yük maşınına çırpıldı
18.12.2018, 20:28

“Mercedes” yük maşınına çırpıldı

ABŞ yeni hərbi qurum yaradır
18.12.2018, 20:17

ABŞ yeni hərbi qurum yaradır

Azərbaycanın mobil operatoru öz smartfonunu buraxır
18.12.2018, 20:04

Azərbaycanın mobil operatoru öz smartfonunu buraxır

Sumqayıtda əmək yarmarkası keçirilib - FOTO
18.12.2018, 19:59

Sumqayıtda əmək yarmarkası keçirilib - FOTO

Köməksiz qalan azyaşlı xilas edildi
18.12.2018, 19:57

Köməksiz qalan azyaşlı xilas edildi

Əhalinin banklarda 8 milyarddan çox əmanəti var
18.12.2018, 19:46

Əhalinin banklarda 8 milyarddan çox əmanəti var

Polad Bülbüloğlu yenidən sədr seçildi
18.12.2018, 19:41

Polad Bülbüloğlu yenidən sədr seçildi

“Azerspace-2” telekommunikasiya peyki sınaq orbitinə çatıb
18.12.2018, 19:32

“Azerspace-2” telekommunikasiya peyki sınaq orbitinə çatıb

Bakıda masaj salonu fahişəxana çıxdı - Sahibi həbs olundu
18.12.2018, 19:24

Bakıda masaj salonu fahişəxana çıxdı - Sahibi həbs olundu

Azərbaycanla Gürcüstan arasında enerji sahəsində memorandum imzalandı
18.12.2018, 19:19

Azərbaycanla Gürcüstan arasında enerji sahəsində memorandum imzalandı

Tanınmış klarnet ifaçısı vəfat etdi - FOTO
18.12.2018, 19:12

Tanınmış klarnet ifaçısı vəfat etdi - FOTO

Müdafiə Nazirliyinin rəhbər heyətinin toplanışı keçirilib - FOTO
18.12.2018, 19:01

Müdafiə Nazirliyinin rəhbər heyətinin toplanışı keçirilib - FOTO

Azərbaycan xarici ölkələrlə yorulmadan işləyəcək - Hikmət Hacıyev
18.12.2018, 18:53

Azərbaycan xarici ölkələrlə yorulmadan işləyəcək - Hikmət Hacıyev

Elmar Məmmədyarov səfirləri bir araya topladı - FOTOLAR
18.12.2018, 18:40

Elmar Məmmədyarov səfirləri bir araya topladı - FOTOLAR

Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir - FOTOLAR
18.12.2018, 18:30

Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir - FOTOLAR

Konstitusiya Məhkəməsi Ali Məhkəmənin daha bir qərarını ləğv ETDİ
18.12.2018, 18:26

Konstitusiya Məhkəməsi Ali Məhkəmənin daha bir qərarını ləğv ETDİ

Azərbaycandan Türkiyə universitetlərinə attestatla qəbul dayandırılır - RƏSMİ SƏNƏD
18.12.2018, 18:20

Azərbaycandan Türkiyə universitetlərinə attestatla qəbul dayandırılır - RƏSMİ SƏNƏD

Abel Məhərrəmovun səfir oğlu mükafatlandırıldı - FOTOLAR
18.12.2018, 18:08

Abel Məhərrəmovun səfir oğlu mükafatlandırıldı - FOTOLAR

Qənirə Paşayeva Türkiyədə özəl ödülə layiq görülüb
18.12.2018, 18:04

Qənirə Paşayeva Türkiyədə özəl ödülə layiq görülüb

Rövşən Rzayev köçkünləri qəbul etdi
18.12.2018, 17:53

Rövşən Rzayev köçkünləri qəbul etdi

Deputatdan sosial şəbəkələrlə bağlı ÇAĞIRIŞ: “…dərhal ölçü götürülməlidir!”   
18.12.2018, 17:45

Deputatdan sosial şəbəkələrlə bağlı ÇAĞIRIŞ: “…dərhal ölçü götürülməlidir!”  

Manatın sabahkı MƏZƏNNƏSİ
18.12.2018, 17:16

Manatın sabahkı MƏZƏNNƏSİ

Prezident icra başçısı ilə bağlı sərəncam imzaladı   
18.12.2018, 17:05

Prezident icra başçısı ilə bağlı sərəncam imzaladı  

2018-ci ilin ən yadda qalan HADİSƏLƏRİ
18.12.2018, 16:53

2018-ci ilin ən yadda qalan HADİSƏLƏRİ

Gənclər Evində Avropa Həmrəylik Korpusunun açılış tədbiri oldu
18.12.2018, 16:39

Gənclər Evində Avropa Həmrəylik Korpusunun açılış tədbiri oldu

Azərbaycanın qətnaməsi BMT-də qəbul edildi 
18.12.2018, 16:38

Azərbaycanın qətnaməsi BMT-də qəbul edildi 

Masallıda “Mercedes” yandı
18.12.2018, 16:36

Masallıda “Mercedes” yandı

ABŞ diplomatı ADU-nun “Səfir saatı”nda tələbələrlə görüşdü
18.12.2018, 16:21

ABŞ diplomatı ADU-nun “Səfir saatı”nda tələbələrlə görüşdü

Tahir Salahovun əsərləri dünya inciləri sırasında yer alır
18.12.2018, 16:08

Tahir Salahovun əsərləri dünya inciləri sırasında yer alır

Bu il sahibkarlara 145 milyon manat güzəştli kredit verilib 
18.12.2018, 16:06

Bu il sahibkarlara 145 milyon manat güzəştli kredit verilib 

XXI əsrin qadını ilk kitabını Azərbaycana həsr edib   
18.12.2018, 16:04

XXI əsrin qadını ilk kitabını Azərbaycana həsr edib  

ARXİV