Modern.az

ATƏT-in yeni sədrindən Qarabağ AÇIQLAMASI

ATƏT-in yeni sədrindən Qarabağ AÇIQLAMASI

2 Yanvar 2018, 12:02

İtaliya ATƏT-ə sədrlik etdiyi müddətdə təşkilatın dondurulmuş münaqişələrin nizamlanması üzrə fəaliyyətini gücləndirəcək”.

 

Modern.az ATƏT-in saytına istinadən xəbər verir ki, bunu ATƏT-ə sədrlik edən İtaliyanın xarici işlər naziri Angelino Alfano deyib.

 

O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində də səylər davam etdiriləcək:

 

"İtaliya uzun müddətdir davam edən münaqişələrin nizamlanması üçün mövcud formatlar vasitəsilə ATƏT-in fəaliyyətini gücləndirəcək.

 

Həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk qrupu çərçivəsində üç həmsədr ölkə ilə birgə səylərimizi davam etdirəcəyik".

 

Qeyd edək ki, İtaliya 2018-ci il yanvarın 1-dən ATƏT-ə sədrlik edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi