Modern.az

Dünya liderləri Yeni ildə harada dincəlir - FOTOLAR

Dünya liderləri Yeni ildə harada dincəlir - FOTOLAR

2 Yanvar 2018, 12:45

Yeni il bayramını və qış tətilini hər kəs fərqli məkanda, fərqli formada keçirir. Həmçinin dünya liderlərinin də bununla bağlı müxtəlif planları olur.

Maraqlıdır bu il  dünya liderləri qış tətillərini, Yeni il bayramını harada və necə keçirir?

 

Modern.az saytı bununla bağlı yazını təqdim edir.

 

ABŞ prezidenti Donald Tramp Yeni ilini Florida ştatının Palm-Biç şəhərində yerləşən Mar-a-Lago yaşayış yerində keçirib. Burada qar olmasa da bayram zamanı əylənmək üçün bir çox başqa yollar var.

 

Məsələn, Donald Tramp qolfun böyük pərəstişkarıdır. O, tətil zamanı Castin Tomas və Daniel Berqer kimi peşəkar oyunçularla, eyni zamanda dostları ilə  bir neçə oyun oynayıb.

 

Mar-a-Lago bu il real qalaya çevrilib. Polislər ərazinin ətrafındakı avtomobillərin hərəkətini məhdudlaşdırıb. Sahil Təhlükəsizlik işçiləri isə çimərlik boyunca Donald Trampı izləyərək təhlükəsizliyini təmin ediblər.

Qeyd edək ki, hər kəs Mar-a-Lagoda qış tətilini keçirə bilməz.

 

Donald  Tramp yeni il partiyasında yalnız qolf klubunun aktiv üzvlərini və qonaqlarını qəbul edə bilər. Onlar üçün biletlərin qiyməti müvafiq olaraq 600 və 750 ABŞ dolları təşkil edir.

Mar-a-Lagoya üzv olmaq üçün isə 200.000 ABŞ dolları məbləğində vəsait ödəmək lazımdır. Sonrakı illik ödənişlər isə yalnız 15.000 ABŞ dolları məbləğindədir.

 

Almaniya kansleri Angela Merkel qış tətili üçün yer seçmək baxımından çox mühafizəkardır.

 

O, Yeni il bayramını həyat yoldaşı ilə birlikdə İsveçrədə Alp dağlarında keçirib. Merkel aktiv istirahət etməyə üstünlük verir və adətən xizəklərdən istifadə edir.

 

Hətta kanslerin 20 ildən çoxdur ki, dəyişməyən, sevimli xizək avadanlıqları markası (Germina) var.

Ötən il Merkelin qış tətili uğurlu keçmədi. Belə ki, kansler xizək sürən zaman yıxılıb çanaq sümüyünü qırdı. Hadisədən sonra Germina şirkəti ona yeni cüt xizək göndərsə də, Angela Merkel hədiyyədən imtina etdi.

 

Britaniya kral ailəsinin də Milad tətilləri ilə əlaqəli sabit ənənələri var. Əvvəlki illərdə olduğu kimi, bu il bayram zamanı Kraliça II Elizabet həyat yoldaşı Şahzadə Filipp ilə bərabər Norfolk şəhərində Sandrinqam qalasına gedib.

 

Bu qala kralın mülkünə daxil olmasa da, şəxsən Kraliça II Elizabetə aiddir. İngiltərə kraliçası hər il Milad bayramını Sandrinqamda keçirir.

Bütün kral ailəsi qalada səhər yeməyi edir və hədiyyə alış-verişi üçün bir yerə yığışırlar. “St. Mary Magdalene” kilsəsini ziyarət etdikdən sonra kraliça xalqa  səslənir. Onun çıxışları BBC1, İTV, Sky 1 və Sky News kanallarında yayımlanır.

 

Fransa prezidenti Emmanuel Makron Milad və Yeni il bayramına Fransanın nazirlərini narahat edən faktla başlayıb.

 

Dövlət başçısı nazirlərə qış tətillərində öz vəzifələrindən çox uzaq olmamağı tapşırıb və bayram günlərində Nazirlər Kabinetinin üzvlərinə telefonları söndürməyi qadağan edib.

 

Fransa lideri Milad ərəfəsində 40 illik yubileyini qeyd edib. Daha sonra Emmanuel Makron və həyat yoldaşı Bricit Makron, bayramı keçirmək üçün ölkənin şimalında yerləşən Le Touquet şəhərinə gedib. Bu şəhər Fransanın ən gözəl tətil məkanıdır.

 

Kanadanın baş naziri Castin Trüdo  bu il  qış tətilini dəbdəbədən uzaq keçirib.

 

O, Ottava yaxınlığında Kanada qayalarında yerləşən rəsmi yaşayış məntəqəsində olub. Baş nazir ailəsi ilə birlikdə Milad və Yeni il bayramlarını sakitcə qeyd edib.

Burada əyləncə üçün bir çox kanyonlar, dağ gölləri, şəlalələr və milli parklar var.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir