22 sentyabr 2018, Şənbə
Ana Səhifə - MƏDƏNİYYƏT - Xarici dildə səhv etməkdən qorxmayın, DANIŞIN!
Xarici dildə səhv etməkdən qorxmayın, DANIŞIN!
02.01.2018, 15:59

Müasir dövrdə xarici dilə olan tələbat artıq zərurətə çevrilib. Hər kəs iş tapmaq və ya işini itirməmək üçün xarici dil bilməyin nə qədər vacib olduğunu dərk edir.

 

Buna görə də 1-ci sinifdən başlayaraq orta məktəblərdə bir neçə xarici dil tədris olunur. Lakin buna baxmayaraq nəticə ürəkaçan deyil. Ali məktəblərə qəbul olan abituriyentlər xarici dillərə praktik cəhətdən sahib ola bilmirlər. Hətta ixtisası birbaşa xarici dillə bağlı olan insanlar da danışmaqda çətinlik çəkirlər. Dil öyrədən kurslar isə demək olar ki, eyni metodologiyadan istifadə edir. Əksəriyyət bu səbəbdən tez-tez kurs dəyişir.

 

Bu sahədə problemlərin yaranmasına səbəblər nədir? Niyə xarici dildə özümüzü sərbəst ifadə edə bilmirik?

 

Tanınmış jurnalist, ingilis və alman dilləri müəllimi ixtisası alan Elçin Şıxlı Modern.az saytına açıqlamasında bildirib ki, hər hansı dildə danışa bilməmək xasiyyətdən irəli gələn bir şeydir:

 

“Elə insanlar var ki, hər hansı mühitə düşəndə öz doğma dillərində də birdən-birə rahat danışa bilmirlər. Bunun üçün dil mühitinə düşmək lazımdır. Bilirsiniz, bizdə kifayət qədər söz bazası var. Təsəvvür edin ki, bunlar beynin arxa tərəfində yaxud hansısa bir küncündə yığışıb qalıb.Sadəcə olaraq onları fəallaşdırmaq lazımdır.

 

Adətən bəzi insanlar elə düşünür ki, birdən hansısa kəlməni səhv söyləsə, ayıb olar. Yaxud utancaqlıq olur. Məsələn, tələbə vaxtında dərs demək üçün məktəblərə praktikaya gedirdik.

Bizim bir tələbə yoldaşımız 70 minlik ingilis-rus lüğətində demək  olar ki, bütün sözləri bilirdi. Lüğətin istənilən sözünə baramağını qoysan, həmin adam sözün tərcüməsini mənaları ilə birlikdə deyəcəkdi. Onunla eyni qrupda oxuyan yoldaşımız isə dili çox zəif bilirdi. Amma dərs deyəndə hamımızdan bilikli olan adam bunu bacarmırdı. Digər yoldaş isə əksinə, dərsi gözəl aparırdı. Çünki o, yaxşı mənada “həyasız” idi. Yəni burada psixoloji məqamlar var”.

 

E.Şıxlı qeyd edib ki, qrammatikanı bilmədən dili öyrənmək çətindir:

 

“Bir var dilin qrammatikası, bir də var dilin açılması üçün olan dərslər. Köhnə sovet metodologiyası həddindən artıq quru idi və əzbərçiliyə üstünlük verilirdi. İndi də belədir.

 

Ümumiyyətlə bizim təhsilimizdə əzbərçilik ön plandadır. Məsələn, Pifaqorun teoremini öyrədəndə  “bu belədir” deyirlər, amma səbəbini izah etmirlər. Yəni bizi düşündürmürlər. İnsanın beyni işləməyəndə özünüifadə problemləri yaranır. Bu baxımdan gərək dili istifadə edəsən ki, beynin də işləsin. Quru metodologiyadan uzaqlaşmaq lazımdır. Qrammatika öyrədilməli, daha sonra praktik tətbiqolunmaya üstünlük verilməlidir”.

 

Psixoloq Orxan Oruc deyib ki,bu problemlərin birbaşa kökündə komplekslərimiz durur:

 

“Özünü hər hansı əcnəbi dildə ifadə edə bilməmək uşaqlıqdan aldığımız tərbiyə sistemi ilə bağlıdır. Biz cəmiyyət, insan olaraq səhv etməkdən qorxuruq. Bu bizə uşaqlıqdan aşılanır. Tutaq ki, uşaq yerə yıxılır, valideyn elə reaksiya verir ki, sanki dünya dağıldı. Artıq növbəti zamanlarda uşaq yıxılmamaq üçün əlindən gələni edir.

 

Beləliklə biz uşaqlıqdan səhv etməməyə çalışırıq. Bu yaxşı bir düşüncədir, amma bir tərəfdən də insanı müəyyən fəaliyyətlərdən məhrum edir. Sırf səhv etməməkdən ötrü nəyəsə cəhd etmirsən. Bu proses həmçinin dilə də aiddir. Hansısa əcnəbi dili öyrənirik, amma o dildə danışmağa cəhd etmirik.  Bunu ümumi cəmiyyətə aid etmək mümkündür. Amma fərd olaraq hər kəsin özünəməxsus kompleksləri ola bilər.

 

Məsələn, kimsə dil öyrənməyə başlayanda  nəyisə səhv edib, kimsə buna gülüb və həmin insanda travma  yaranıb. Yaxud xarici vətəndaşlar bir neçə danışıb, amma qarşı tərəf onu başa düşməyib, bununla da daxilində utancaqlıq hissi keçirib”.

Psixoloq bildirib ki, bu cür komplekslərin öhdəsindən gəlmək  cəmiyyət üçün uzunmüddətli prosesdir:

 

“Valideynlər uşaqların tərbiyələndirmə prosesində onların səhv etməklərindən qorxmamalı, səhv etməyin pis bir şey olduğunu aşılamamalıdır. Məsələn, Yaponiya, Finlandiya kimi ölkələrin təcrübəsində uşaqlar hər zaman nəyəsə cəhd edərək öyrənirlər. Uşağın hansısa heyvanı qucaqlamağı, yıxılmağı, palçığa batmağı həmin cəmiyyətlərdə böyük faciəyə çevrilmir. Bu baxımdan uşaq nəyin yanlış, nəyin doğru olduğunu özü müəyyənləşdirir. Fərd olaraq isə ilk növbədə komplekslərin yaranma səbəbini müəyyən etmək lazımdır.

 

Bəzən insanlar komplekslərin nədən yarandığını bilmir. Buna görə də mütləq insan özünü analiz etməlidir. Bu mərhələdə psixoloq köməyinə də ehtiyac ola bilər, insan özü də bunun öhdəsindən gələ bilər”.

 

Müsahibimizin fikrincə, dil öyrənən zaman danışığa fokuslanmaq lazımdır:

 

“Ümumiyyətlə biz dili öyrənməyə başlayanda birinci qrammatikdan başlayırıq. Bu zaman istər-istəməz qaydalarla danışmağa  yönlənirik. Belə olduğu halda özümüzdə səhvlər görməyə başlayırıq və bu ehtimal bizdə kompleks yaradır.

 

Amma dili öyrənəndə qrammatikanı bir kənara qoyub, yalnız dilə, danışığa fokuslanmaq lazımdır. Biz öz dilimizdə hərfləri, qrammatikanı öyrənənə qədər danışa bilirik. Əcnəbi dili öyrənən zaman da əvvəlcə danışmağı, sonra qrammatikanı öyrənmək önəmlidir”.


Günay RƏSULQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Ermənistan silahlı qüvvələri atəşkəsi 112 dəfə pozub
22.09.2018, 09:35

Ermənistan silahlı qüvvələri atəşkəsi 112 dəfə pozub

ABŞ-da həyəcan TƏBİLİ: 2024-cü ildə ölkə müdafiəsiz qalacaq
22.09.2018, 09:11

ABŞ-da həyəcan TƏBİLİ: 2024-cü ildə ölkə müdafiəsiz qalacaq

Jurnalist qətlə yetirildi
22.09.2018, 09:02

Jurnalist qətlə yetirildi

Bu ölkədə fövqəladə vəziyyət rejiminin fəaliyyəti genişləndirilib
22.09.2018, 08:56

Bu ölkədə fövqəladə vəziyyət rejiminin fəaliyyəti genişləndirilib

ABŞ-da "Florens" qasırğasının qurbanlarının sayı 43-ə çatıb
22.09.2018, 08:51

ABŞ-da "Florens" qasırğasının qurbanlarının sayı 43-ə çatıb

Tramp BMT-nin İranla bağlı iclasına sədrlik edəcək
22.09.2018, 00:59

Tramp BMT-nin İranla bağlı iclasına sədrlik edəcək

Törətmədiyi cinayətə görə 27 il cəza çəkən şəxs azadlığa çıxdı
22.09.2018, 00:43

Törətmədiyi cinayətə görə 27 il cəza çəkən şəxs azadlığa çıxdı

Hərbi təyyarə qəzaya uğradı: 2 ölü
22.09.2018, 00:22

Hərbi təyyarə qəzaya uğradı: 2 ölü

Türkiyə ordusu bir həftədə  56 terrorçu zərərsizləşdirdi
22.09.2018, 00:04

Türkiyə ordusu bir həftədə  56 terrorçu zərərsizləşdirdi

Sumqayıtda kişi özünü damdan atmaq istədi, amma ...
21.09.2018, 23:51

Sumqayıtda kişi özünü damdan atmaq istədi, amma ...

Jirinovski terrorçuları maliyyələşdirməkdə ittiham olunur
21.09.2018, 23:39

Jirinovski terrorçuları maliyyələşdirməkdə ittiham olunur

Xanımlar Putinə belə mane oldu - VİDEO
21.09.2018, 23:23

Xanımlar Putinə belə mane oldu - VİDEO

Şəmkirdə 18 yaşlı qız intihar etdi
21.09.2018, 23:11

Şəmkirdə 18 yaşlı qız intihar etdi

Şeyx Azərbaycan-Küveyt mənəvi əlaqələrini müzakirə etdi
21.09.2018, 22:57

Şeyx Azərbaycan-Küveyt mənəvi əlaqələrini müzakirə etdi

Bərə qəzasında ölənlərin sayı 136-ya çatdı: 4 günlük matəm
21.09.2018, 22:42

Bərə qəzasında ölənlərin sayı 136-ya çatdı: 4 günlük matəm

Azərbaycanda əməliyyat edilən xəstələrin sayı 3 dəfəyədək artıb
21.09.2018, 22:23

Azərbaycanda əməliyyat edilən xəstələrin sayı 3 dəfəyədək artıb

Nazir azərbaycanlı abituriyentlərin problemini nəzarətə götürdü
21.09.2018, 22:07

Nazir azərbaycanlı abituriyentlərin problemini nəzarətə götürdü

Türkiyə Almaniya ilə münasibətləri normallaşdırır
21.09.2018, 21:46

Türkiyə Almaniya ilə münasibətləri normallaşdırır

Qurban Qurbanov FİFA-nın tədbirindən imtina etdi
21.09.2018, 21:23

Qurban Qurbanov FİFA-nın tədbirindən imtina etdi

Göylər kəndində yeni tibb məntəqəsi açıldı
21.09.2018, 21:09

Göylər kəndində yeni tibb məntəqəsi açıldı

Qubada taxta sexinin sahibi cərimələndi
21.09.2018, 20:57

Qubada taxta sexinin sahibi cərimələndi

Bakıda Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin Forumu keçiriləcək
21.09.2018, 20:43

Bakıda Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin Forumu keçiriləcək

Bakıda NATO təlimləri - FOTOLAR
21.09.2018, 20:30

Bakıda NATO təlimləri - FOTOLAR

Ədliyyə naziri Ağstafada vətəndaşların şikayətlərini dinlədi
21.09.2018, 20:16

Ədliyyə naziri Ağstafada vətəndaşların şikayətlərini dinlədi

Liviyadakı toqquşmalarda 11 dinc sakin öldürüldü   
21.09.2018, 20:04

Liviyadakı toqquşmalarda 11 dinc sakin öldürüldü  

III Avropa Oyunlarına ev sahibliyi üçün namizədlərin qəbuluna start verilib
21.09.2018, 19:57

III Avropa Oyunlarına ev sahibliyi üçün namizədlərin qəbuluna start verilib

“Anadroid”də səhv tapanlara 3 milyon dollardan çox mükafat verilib
21.09.2018, 19:45

“Anadroid”də səhv tapanlara 3 milyon dollardan çox mükafat verilib

Bakıda daha bir ilk: bacı-qardaş dünya çempionu oldu
21.09.2018, 19:35

Bakıda daha bir ilk: bacı-qardaş dünya çempionu oldu

Avropa Liqasında ilk turun ən yaxşıları  - Foto
21.09.2018, 19:24

Avropa Liqasında ilk turun ən yaxşıları - Foto

Mərkəzi Bank dolların məzənnəsi barədə
21.09.2018, 19:14

Mərkəzi Bank dolların məzənnəsi barədə

Rihanna Barbadosun səfiri oldu
21.09.2018, 19:04

Rihanna Barbadosun səfiri oldu

Türkiyə prezidenti ABŞ-a gedir
21.09.2018, 18:53

Türkiyə prezidenti ABŞ-a gedir

Mars ekspedisiyasının bütün üzvləri əzabla öləcəklər - HESABAT
21.09.2018, 18:42

Mars ekspedisiyasının bütün üzvləri əzabla öləcəklər - HESABAT

Böyük summativ qiymətləndirmələr yalnız bu siniflərdə keçiriləcək - RƏSMİ
21.09.2018, 18:33

Böyük summativ qiymətləndirmələr yalnız bu siniflərdə keçiriləcək - RƏSMİ

Konstitusiya Məhkəməsi xarici valyuta ilə götürülən kreditlərlə bağlı qərarını açıqlayıb
21.09.2018, 18:22

Konstitusiya Məhkəməsi xarici valyuta ilə götürülən kreditlərlə bağlı qərarını açıqlayıb

ARXİV