27 aprel 2018, Cümə
Ana Səhifə - ƏDƏBİYYAT - Cümhuriyyət nazirinin qapısında partlayan bomba-Baş tutmayan sui-qəsd
Cümhuriyyət nazirinin qapısında partlayan bomba-Baş tutmayan sui-qəsd
02.01.2018, 23:57

Artıq bir neçə aydan sonra Azərbaycan Cümhuriyyətinin yüzillik yubileyi tamam olacaq.

Modern.az bu şanlı tarixlə bağlı hazırladığı “AXC-100” yazılar, araşdırmalar silsiləsini davam etdirir.

Bu dəfə Azərbaycan Cümhuriyyətinin hərbiyyə naziri Səməd bəy Mehmandarovdan, daha doğrusu, onun üzləşdiyi sui-qəsd haqqında məlumat verəcəyik. General Mehmandarovun qapısının ağzında partladılan bomba onun üçün zərərsiz ötüşsə də, bu fakt uzun müddət müzakirə olundu.

 

Demək, Don, Terek və Kuban baş dairəsi nümayəndələri Mixail Zazuliya, Nikolay Baqiyev və Pyotr Kovalyov Azərbaycan Cümhuriyyətinin hökumət başçıları ilə görüşmək üçün Tiflisdən Bakıya gəlirlər. Onlar Azərbaycanın hərbi naziri tam topçu generalı Səmədbəy Mehmandarovu ziyarət məqsədi ilə Sahil (Neftçilər) küçəsində yaşadığı 51 nömrəli evi də ziyarət edirlər. Bir saatlıq söhbətdən sonra binadan çıxıb, faytona əyləşəndə gözlənilmədən faytonun arxasında çox güclü bomba partlayır. Zazuliya özünü kənara birinci tullayır, onun dalınca Kovalyov düşəndə faytonun kənarına ilişib yıxılır, Baqiyev sıçrayanda ikinci bomba eyni şiddətlə partlayır. Yan-yörəyə səpələnən qəlpələrdən Kovalyovun sol əli, hərbi nazirin qapısı ağzında növbədə olan Qulu Məmməd oğlunun üzü yaralanır. İkinci növbətçi Rəsul Mikayıl oğlu bombanı atıb qaçan üç nəfər sui-qəsdçiyə tapançadan atəş açır, lakin güllələr hədəfə dəymir.

 

O dövrün bilicisi, yazıçı Manaf Süleymanov özünün məşhur “Eşitdiklərim, gördüklərim və oxuduqlarım” kitabında həmin hadisə barəsində bunları yazır:

“Hərbi nazir Mehmandarov partlayış səsinə küçəyə, hadisə yerinə gəlir, tələsdiyindən papağını da qoymağı unudur. Tezliklə hər şey aydınlaşır. İçərişəhərdə bir dükanda naməlum bir şəxs yaxalanır - qara paltoda, başında kepka, cibindən çıxan iki pasportdan onun şəxsiyyəti müəyyənləşir: Filipp Fenoqenoviç Novıkov. Onun üstündə 2 bomba, tapança, 9 dənə patron, 275 manat Azərbaycan pulu varmış. Novikovu liman polis şöbəsinə gətirirlər. Daxili işlər naziri və onun iki müavini, ədliyyə nazirinin müavini, general qubernator Tlexas, qalabəyi Yusifov, şəhər komendantı general-mayor Firidunbəy Vəzirov, polismeyster Mirzəyev və məhkəmə palatası prokuroru Nəzərov hadisə yerinə gəlirlər. Polis şöbəsinə dəvət edilən nümayəndələri sorğu-sual etdikdə, yağış olduğundan sui-qəsdçiləri görmədiklərini, tanıya bilmədiklərini söyləyirlər”.

 

İstintaq prosesində hərbi nazirin mühafizəçiləri üç nəfər bomba atanın birisi Novikovun olduğunu təsdiq edir. Təsadüfən, yoldan keçən 14 yaşlı gimnaziya şagirdi Baraşvili də Novikovu geyimindən tanıyır və deyir ki, bomba atanlardandır. Novikov sərxoş olduğundan əvvəl diş texniki olduğunu, Bakıda işlədiyini, hadisə yerinə təsadüfən gəlib çıxdığını, bomba tullamadığını söyləyir. Üstündə tapılan bombaları ona tanımadığı, naməlum gürcünün verdiyini deyir.

 

Bəs bu Navıkovun özü kim olub və ən əsası, kimin sifarişini yerinə yetirib? Yuxarıda adını çəkdiyimiz mənbədə bu suala qismən də olsa cavab verilir:

“Novikovu polismeyster Rüstəmbəy Mirzəyevin iştirakı ilə təkrar dindirəndə deyir ki, Batumda “Amur” gəmisində ocaqçı işləyib, içki məclisində gürcü yoldaşları onu şirnikdirib Bakıya gətiriblər, “Astrabad” hərb gəmisinə işə düzəldəcəklər. Onun üçün təfavütü yoxdur, hara olursa-olsun, təki araq, şərab olsun. Bu ilin (1920) fevral ayının 7-də Bakıya gəlib. Hər iki pasportu da gürcülər ona verib, saxta pasportları da ona gürcülər düzəldib. Novikov əvvəlcə Nobel qardaşlarının 172-ci mədənində işə düzəlir, amma bir həftədən sonra oradan çıxır. Balaxanı küçəsində Yakov, ya da ki, Əli adlı tatarın otağında yaşayıb. Bekar-bekar veyillənirmiş. Bakıda Qriqori adlı bir gürcü ilə tanış olur. Axır günlərdə Parapetin yaxınlığında, zirzəmidəki meyxanada gürcülərlə içib kef eləyirmiş. Martın 11-də səhər saat 8-dən 11-ə qədər onu bərk içirdiblər; meyxana yiyəsi də onlarla içirmiş. Gürcülərdən biri bomba doldurulmuş bir karzinka gətirir; ona iki dənə bomba, bir də “Parabellyum” markalı tapança verirlər. Bulvara göndərirlər. Gürcülər özləri isə, içərisində 12 bomba olan karzinka ilə “Metropol” mehmanxanasına gedirlər; dediklərinə görə orda tanışları var imiş. Novikov bulvara gedəndə yolüstü İçərişəhərdəki örtülü bazara girib, orada da onu tutublar”.

 

Sonradan Novikovun söyləntilərindən yola çıxan prokuror, polismeyster və digər vəzifə sahibləri Parapetin yaxınlığındakı şərab anbarı və “Qruziya” meyxanası olan zirzəmiyə yollanırlar. Lakin axtarış zamanı heç nə tapa bilmirlər. Meyxana sahibi Qriqori Davidoviç Paridzeni çəkməçi dükanında tapırlar. Çəkməçi emalatxanasının yiyəsi Lavrenti Stepanoviç Sikulyadır. Bunlar Novikovun dediyi gürcülər idi. Onların yanındakı ucaboy, cüssəli naməlum gürcü Novikova iki bomba və bir tapança verib. Gürcülər həbsə alınır, evləri axtarılır, heç nə tapılmır:

“Təzədən istintaqa başlayanda Novikov deyir ki, 8-ci polis şöbəsinin əməkdaşı Tatarenko da zirzəmidə idi. Yoxlayış nəticəsində məlum olur ki, Tatarenko martın 12-də səhərdən polis şöbəsində növbətçi olub, heç yerə getməyib, verilən telefonoqramları qeyd dəftərinə yazıb, 8-ci şöbənin pristavına xidmət raportu verib. Mixaylovsk xəstəxanasının aşpazı Ağa Hacı oğlunu gətirib sorğusuala başlayıblar. O, valideynləri getdiyinə görə elan yazıb pəncərəyə asıbmış ki, tək, subay adama otaq kirayəyə verir. Novikov gəlib otağı kirayələyib, dostunu da yanına gətirib. Sakit dolanırdılar, tez-tez harasa gedirdilər. Novikov arabir içib sərxoş olurdu. Yanlarına şübhəli adamlar gəlmirdi. 20 gündən sonra kirayə pulunu vermədiyinə görə Ağa Hacı oğlu onları qovur. Ondan sonra rastlaşmayıblar”.

 

Partlayışın zərərləri

 

Hərbi nazirin yaşadığı ikimərtəbəli mülkün üst mərtəbəsindəki pəncərələrin şüşələri sınır. Növbətçilərin hər iki budkası zədələnir, sağ tərəfdəki isə yerindən tərpənir, taxtalar çatlayır. Partlayış yerində çuqun və qurğuşun qəlpələr  aşkarlanır. Məlum olur ki, bombalar əllə hazırlanıb. Forma və görkəmləri yarımsilindrikdi. İş hərbi səhra məhkəməsinə verilir. Mart ayının 19-da Novikov əlavə məlumat verir:

“28 yaşım var. Orlov quberniyasındanam. Baltik donanmasında “Amur” kreyserində matros olmuşam. Axır vaxtlarda Tiflisdə və Bakıda yaşayırdım. Mən, İvan Levin və Razin tapşırığa görə Don, Terek və Kuban baş dairələrinin nümayəndələrini öldürməli idik. Dallarınca Aleksandropol şəhərinə getmişdik. Fikrimizdən daşınıb Tiflisə qayıtmalı olduq. Sonra həmin nümayəndələrlə bir qatarda Bakıya gəldik. İstəyirdik stansiyada onlara bomba ataq, adam çox idi. Günahsız adamların yersiz ölümünə səbəb olmaq istəmədik, həm də polis məmurlarının orada hərlənməsi mane oldu. Nümayəndələrin “Metropol”da yerləşdiklərini bizə bildirdilər. Marşrutları öyrənib izləməyə başladıq. «Metropol»dan çıxanda istədik bomba ataq, yenə qələbəlik mane oldu. Faytonda hərbi nazirin evi olan yerə gəldik. Münasib yerdə dayanıb, nümayəndələrin çıxmağını gözləyirdik. Şəxsən mən mühafizlərdən birinə (üzündən yaralanana) yaxınlaşıb, rus dilində xəbərdar etdim ki, uzaqlaş, indi burada partlayış olacaq, buradan çıx get…

 

Çox təssüüf olsun ki, sonradan bu sui-qəsd hadisəsi bir o qədər də çox araşdırılmadı. Həm də buna çox da vaxt olmadı. Çünki Mehmandarovu o zaman öz şəxsi təhlükəsizliyi yox, hər şeydən vacib bildiyi bir məsələ daha çox maraqlandırırdı-Azərbaycan ordusunu formalaşdırmaq!

 

E.Nihad


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Azərbaycanla sərhəddə xüsusi əməliyyat - 11 İŞİD-çi öldürüldü
27.04.2018, 00:07

Azərbaycanla sərhəddə xüsusi əməliyyat - 11 İŞİD-çi öldürüldü

Azərbaycan neftinin SON QİYMƏTİ
27.04.2018, 00:03

Azərbaycan neftinin SON QİYMƏTİ

Tarixi görüş sabah baş tutacaq   
26.04.2018, 23:58

Tarixi görüş sabah baş tutacaq  

Bakıda bağçada insident: Uşaq döyülüb, yoxsa yıxılıb  
26.04.2018, 23:53

Bakıda bağçada insident: Uşaq döyülüb, yoxsa yıxılıb  

 Ahıllar üçün alternativ “Facebook” yaradıldı
26.04.2018, 23:51

 Ahıllar üçün alternativ “Facebook” yaradıldı

Belqrad Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb
26.04.2018, 23:48

Belqrad Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb

Maarifçilik ideyalarına görə güllələnən Cümhuriyyət  alimi və əlifba “inqilabçısı” - ARAŞDIRMA
26.04.2018, 23:26

Maarifçilik ideyalarına görə güllələnən Cümhuriyyət  alimi və əlifba “inqilabçısı” - ARAŞDIRMA

Olimpiada “çempionları” və  600 bal toplayanları  yetişdirən, rekorda imza atan  ucqar kənd müəllimi - LAYİHƏ
26.04.2018, 23:07

Olimpiada “çempionları” və  600 bal toplayanları  yetişdirən, rekorda imza atan  ucqar kənd müəllimi - LAYİHƏ

Sabunçuda yaşayış binasında yanğın - 15 nəfər təxliyə edildi
26.04.2018, 22:35

Sabunçuda yaşayış binasında yanğın - 15 nəfər təxliyə edildi

"Beşiktaş" yarım qalan oyuna çıxmaqdan İMTİNA ETDİ
26.04.2018, 22:29

"Beşiktaş" yarım qalan oyuna çıxmaqdan İMTİNA ETDİ

Çernobıl əlillərinin təqaüdü 181,5  manata çatdırıldı
26.04.2018, 21:51

Çernobıl əlillərinin təqaüdü 181,5  manata çatdırıldı

“Mən seçilməsəm, heç kim seçilməyəcək” - PAŞİNYAN
26.04.2018, 21:40

“Mən seçilməsəm, heç kim seçilməyəcək” - PAŞİNYAN

 ABŞ-ın dövlət katibi oldu - Pompeo
26.04.2018, 21:37

 ABŞ-ın dövlət katibi oldu - Pompeo

Dünyanın ən təhlükəli saytlarından biri bağlandı
26.04.2018, 21:27

Dünyanın ən təhlükəli saytlarından biri bağlandı

Putin Karapetyanla Ermənistandakı vəziyyəti müzakirə etdi
26.04.2018, 21:20

Putin Karapetyanla Ermənistandakı vəziyyəti müzakirə etdi

Güləşçimiz erməni rəqiblərini məğlub edib çempion oldu
26.04.2018, 21:12

Güləşçimiz erməni rəqiblərini məğlub edib çempion oldu

Heydər Əliyev Mərkəzinin parkında “Oxu günü” keçirilib 
26.04.2018, 21:06

Heydər Əliyev Mərkəzinin parkında “Oxu günü” keçirilib 

SOCAR-la BP arasında yeni  saziş imzalandı
26.04.2018, 20:56

SOCAR-la BP arasında yeni  saziş imzalandı

Metroda sərnişinlər üçün YENİLİK - Yemək satılacaq
26.04.2018, 20:38

Metroda sərnişinlər üçün YENİLİK - Yemək satılacaq

İlham Əliyev Böyük Britaniya Baş naziri ilə  görüşdü
26.04.2018, 20:38

İlham Əliyev Böyük Britaniya Baş naziri ilə  görüşdü

Rusiya XİN:
26.04.2018, 18:55

Rusiya XİN: "Ümid edirik ki, danışıqlar bəpra olunacaq"

İnam Kərimov nazirliyin tabeliyində olan müəssisələrlə tanış olub-FOTO
26.04.2018, 18:46

İnam Kərimov nazirliyin tabeliyində olan müəssisələrlə tanış olub-FOTO

Sabah Bakının 2 rayonunda qaz olmayacaq
26.04.2018, 18:40

Sabah Bakının 2 rayonunda qaz olmayacaq

“Qaçqınkom”un sədri Dünya Bankının nümayəndələrini qəbul edib
26.04.2018, 18:34

“Qaçqınkom”un sədri Dünya Bankının nümayəndələrini qəbul edib

Ölü dənizdə 10 nəfər itkin düşdü
26.04.2018, 18:29

Ölü dənizdə 10 nəfər itkin düşdü

DİN-də geniş əməliyyat müşavirəsi keçirilib
26.04.2018, 18:17

DİN-də geniş əməliyyat müşavirəsi keçirilib

Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinə ekskursiya
26.04.2018, 18:08

Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinə ekskursiya

Mətbuat Şurası Zakir Fəxrinin 70 illiyinə toplandı   
26.04.2018, 17:56

Mətbuat Şurası Zakir Fəxrinin 70 illiyinə toplandı  

Böyük Britaniya səfirliyi Formula 1 ərəfəsində Bakıda tədbirlər keçirəcək
26.04.2018, 17:48

Böyük Britaniya səfirliyi Formula 1 ərəfəsində Bakıda tədbirlər keçirəcək

Hüseyn Abdullayevin həbsi barədə rəsmi məlumat yayıldı - Əlavə ittiham irəli sürüldü  
26.04.2018, 17:46

Hüseyn Abdullayevin həbsi barədə rəsmi məlumat yayıldı - Əlavə ittiham irəli sürüldü  

Tramp Rusiyadan DANIŞDI: “Putindən də soruşa bilərsiniz”
26.04.2018, 17:43

Tramp Rusiyadan DANIŞDI: “Putindən də soruşa bilərsiniz”

Akademiyada doktorantura və dissertanturaya qəbul planı müzakirə olundu   
26.04.2018, 17:40

Akademiyada doktorantura və dissertanturaya qəbul planı müzakirə olundu  

Azərbaycan, İran və Rusiyanın energetika nazirləri protokol imzaladılar
26.04.2018, 17:34

Azərbaycan, İran və Rusiyanın energetika nazirləri protokol imzaladılar

Ədliyyə Nazirliyi daha 20 QHT-ni rəsmi qeydiyyata aldı   
26.04.2018, 17:19

Ədliyyə Nazirliyi daha 20 QHT-ni rəsmi qeydiyyata aldı  

Manatın sabahkı MƏZƏNNƏSİ 
26.04.2018, 17:18

Manatın sabahkı MƏZƏNNƏSİ 

ARXİV
SORĞU
Ali məktəblərə qəbul imtahanlarının qiymətlərinə necə baxırsınız?
İmtahan qiymətləri çox yüksəkdir(4.95%)
İmtahan qiymətləri normalıdr(3.96%)
İmtahan qiymətləri aşağıdır(1.98%)
Qiymətlər ləğv edilməli, imtahanlar pulsuz olmalıdır(70.2%)
İmtahan qiymətləri azaldılmalıdır(4.95%)
İmtahan qiymətləri artırılmalıdır(13.8%)