18 yanvar 2019, Cümə
Ana Səhifə - ƏDƏBİYYAT - Nəm kamerada aclıq və işgəncə ilə ölən Cümhuriyyət naziri
Nəm kamerada aclıq və işgəncə ilə ölən Cümhuriyyət naziri
03.07.2018, 14:48

Bu il Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan Azərbaycan Cümhuriyyətinin (AXC) 100 illik yubileyi dövlət səviyyəsində qeyd edilir.

Modern.az bu şanlı tarixlə bağlı hazırladığı “AXC-100” yazılar, araşdırmalar silsiləsini davam etdirir.

Bu dəfə Azərbaycan Cümhuriyyətinin poçat və teleqraf naziri vəzifəsində çalışan Camo bəy Hacinskinin faciəvi həyatı barəsində bir neçə faktı təqdim edəcəyik.

 

Azərbaycan Cümhuriyyəti sənədlər və materiallar 1918-1920-ci illər” məcmuəsində Camo bəy haqqında yazılır:

“Camo bəy Süleyman oğlu Hacınski (1888-1942) - AR-in dövlət və siyasi xadimi. Peterburq Universitetinin hüquq fakültəsini bitirib. Bir müddət “Kaspi” qəzetinin müxbiri olub. 1914-1915- ci illərdə Batumda və Bakıda qaçqın müsəlmanların işi üzrə komitənin səlahiyyətli nümayəndəsi kimi çalışıb. 1917-ci ilin aprel-iyul aylarında OZAKOM-un səlahiyyətli nümayəndəsi. Zaqafqaziya seymində Müsəlman sosialist blokunun və Azərbaycan parlamentində sosialist firqəsinin üzvü olub. ADR zamanında  - F.Xoyski kabinetində Dövlət nəzarətçisi (iyun 1918), N.Yusifbəylinin birinci və ikinci hökumət kabinəsində poçt və teleqraf naziri (aprel 1919 - mart 1920) kimi vəzifələrdə çalışıb. Sovet Azərbaycanında xalq ədliyyə komisarlığında işləyib, “Köybirliyi”, “Azərittifaq”da. 20-30-cu illərdə siyasi motivlərə görə həbs olunub. Həbsdə ölüb.

 

Onu qeyd edək ki, Camo bəy Cümhuriyyətin ən gənc nazirlərindən biri olub. O, həbsdə çox ağır məşəqqətlər yaşayıb. Faciəvi şəkildə də dünyasını dəyişib. Bu barədə bir qədər sonra…

 

Hələlik isə, ADR-in süqutundan sonra Camo bəyin həbs olunması və dəmir məngənələr arasında sorğu-sual edilməsindən danışaq. Maraqlıdr ki, Camo bəyin həbsinin ADR ilə bağlı olması kimsədə şübhə doğurmur. Amma dindirilmələr zamanı onun əsasən, AXC-dən əvvəlki fəaliyyətinə, eser-menşeviklərlə ortaq işlərinə toxunublar.

 

 

Camo bəy Hacınski ilk dəfə 29 may 1922-ci il Az.SSR FKnın müvəkkili Valik tərəfindən dindirilir:

 

Sual: - Ötən il sentyabr ayında Səfikürdskinin mənzilində SİP-in Bakı təşkilatının nümayəndələri ilə sizin, Feyzullayevin, Səfıkürdskinin iştirakı ilə yığıncaq olubmu?

 

Cavab: - Bəli, biz Səfıkürdskinin mənzilində Krestovski, Osintsev və soyadını bilmədiyim bir nəfərlə görüşmüşük. Mən oraya gələndə artıq bütün adı çəkilənlər oturub çay içirdilər. Mənə qədər nə barədə danışmışdılar, bilmirəm. Mənim yanımda SİP- də təmayüllər barədə söhbət getdi. Bizdən, ümumiyyətlə, Azərbaycanın qəzalarında əhalinin ovqatı barədə souşdular. Dedilər ki, fəhlələr arasında vəziyyət eserlərin xeyrinədir, ancaq onlar indi adamlar çatışmadığı üçün işləyə bilmirlər. Konkret iş barəsində danışmadılar, çünki bizə inanmırdılar. Onlar bizə ədəbiyyat təqdim etdilər.

 

Sual: - Bundan sonra toxunulan məsələlər barəsində ancaq müsəlmanların ayrı yığıncağı keçirildimi?

 

Cavab:- Bəli, Qaraşarlının mənzilində biz dördümüz toplaşdıq. Mənə və Feyzullayevə həvalə edildi ki, eserlərin konkret nə təklif etmək istədiklərini aydınlaşdıraq. Mən Feyzullayevə dedim Krestovskiyə çatdırsın ki, hələlik, onunla görüşmək istəmirəm. Görünür Feyzullayev çatdırmışdı və daha heç kim mənə müraciət etmədi.

 

Sual: Sizin müsəlman qrupu yaratmaq niyyətiniz olubmu?

 

Cavab: Azərbaycanın iki sosialist partiyasının çoxdan mövcud olmasını nəzərə alaraq vahid partiyanın yaradılmasını məqsədəuyğun hesab etdilər. Deyəsən, bu barədə Pepinov və Ağamalıoğlu danışdılar.

 

Sual: Sizə Lənkəranda müsəlman eserlər qrupunun fəaliyyət göstərdiyi məlumdurmu?

 

Cavab: Mən Feyzullayevdən eşitmişdim ki, Krestovski orada hansısa müsəlmanlarla əlaqəyə malikdir. Orada hansı işləri, kimin bayrağı altında görüblər mən bilmirəm.

 

 Sual: Siz Moskvadan ədəbiyyatı necə əldə etmisiniz?

 

Cavab: Təqribən 1921-ci ilin sentyabr-oktyabr aylarında yanıma komissarlığa türk təbəəsi Behcət Abaşidze adlı birisi gəlib, məni tapmamışdı. İşdə mənə bu barədə dedilər və mən onun mənzilinə getdim. O, qəzetə bükülmüş zərf, Şterninin mənə yazdığı şəxsi məktubu, Olqa Stepanovnanın adıma iki məktub.

“Doktor”a məktub və içində pul olan məktub verdi. Həbs ediləndən sonra bildim ki, Olqa Stepanovna elə Samorodovadır.

 

Sual: Sizə eserlərin həbs ediləcəyi məlum idimi və bunu haradan bilirdiniz?

 

Cavab: Mən Feyzullayevə dedim ki, Krestovskiyə görüşdən imtina etdiyimi və eserləri həbs edilə biləcəklərini çatdırsın ki, qoy onlar ehtiyatlı olsunlar.”

(mənbə: Lətif Şüküroğlu “Cümhuriyyət hökuməti repressiya məngənəsində”)

 

 

Yuxarıda adını çəkdiyimiz araşdırmaçı Lətif Şüküroğlu C.Hacınskinin arxivini araşdırarkən çox faciəvi faktların şahidi olub:

“Onun arxiv-istintaq işində birinci dəfə həbs olunduğu dövrlə əlaqədar maraq doğuran sənədlər arasında biri diqqətimi xüsusilə cəlb etdi. Sosialist inqilabçılar partiyası Zaqafqaziya təşkilatının işi üzrə məhkum edilmiş və Butırsk həbsxanasında saxlanılan 12 nəfər məhbus tərəfindən yazılmış həmin Ərizə bu şəxslərin ən ağır şəraitdə belə öz hüquqlarını müdafiə etməkdən çəkinmədiklərini göstərməklə yanaşı sovet rejiminin demokratik düşüncə tərzinə malik insanlara qarşı hər cür təzyiq üsullarına əl atdığını üzə çıxarmaq baxımından da əhəmiyyətlidir: “10 dekabr 1922-ci ildə biz Azərbaycan Ali İnqilabi Tribunalı tərəfindən müxtəlif müddətlərə sərt təcridetmə tətbiq olunmadan azadlıqdan məhrum edilmişik. 11 aprel 1923- cü ildə biz doğma şəhərdə verilmiş müddəti başa çatdırıb ailələrimizdən ayırılıb Moskvaya Butırsk həbsxanasına göndərildik. Burada həbsxananın müdriyyəti mövcud rejimin onsuz da sərt olmasına baxmayaraq, bizə münasibətdə göstərilən sərt mövqeni gündən-günə daha da sərtləşdirməkdədir və bunu guya həbsxananın istintaq üçün nəzərdə tutulduğu ilə izah edir. Bizə bayırdan heç bir barat çatdırılmır. Bizə iki həftədir ki, verilməli olan ərzaqlar belə çatdırılmır, halbuki müəyyən olunmuş qaydaya görə hər beş gündən bir ərzaq verilməlidir, həm də həmin ərzaqların öz vəsaitimizlə alınması üçün şərait yaradılmır. Yalnız həkimin xəstələrin vəziyyəti ilə bağlı yoxlamasından sonra, özü də təkcə xəstələrə şəxsi vəsaitləri ilə ağ çörək almağa icazə verildi. Bizə az-çox yararlı yemək verilməli olduğu halda, çoxsaylı bəyanatlarımıza baxmayaraq, bu sahədə heç bir dəyişiklik baş verməyib. 22 gündür ki, heç bir yağlı yemək almırıq, halbuki bizim üçün mətbəxdən yağ ayrılır. Sizdən aşağıdakı məsələlərin yerinə yetirilməsini xahiş edirik:

 

l. Uzun müddətə məhkum edilmiş şəxslər kimi bizi hər birimizin məşğul olmasının mümkün olduğu və quru kameralarda yerləşdirsinlər, indi hamımız nəm kamerada saxlanılırıq.

 

2. Biz burada saxlanılan sosialist yoldaşlarımızla birləşdirilməyi tələb edirik.

 

3. Gəzinti müddəti uzadılmalıdır, indiki 1 saat kifayət deyil.

 

4. Ərzaq təminatının yaxşılaşdırılmasını tələb edirik.

 

5. Həbsxana müdiryyətinin bizimlə nəzakətlə davranmasını tələb edirik. 6.Tamamilə yolverilməz və qəzəbləndiricidir ki, zəruri ehtiyacların ödənməsi üçün çıxmağa da icazə vermirlər.

 

7. Bizə həqiqi tibbi xidmət göstərilməsini tələb edirik.

 

8. Məktub, baratın ayda bir dəfə göndərilməsi bizi qane etmir, büna görə də onların sayının artırılması arzu olunur. Bütün bu tələblərin yerinə yetirilməsi ona görə vacibdir ki, iki il ərzində bu həbsxanada sağlamlığını xeyli dərəcədə itirmiş bizlər əlil olmayaq. Bizim 11 may 1923-cü il bəyanatımıza cavab olaraq bizə baş çəkəcəyinizə, qeyri-müəyyən vəziyyətimizi aydınlaşdıracağınıza vəd vermişdiniz, ancaq vədinizi yerinə yetirmədiniz. Mayın 15-nə qədər də gəlmədiniz. Buna görə də bu gün səhərdən (15 may) biz tələblərimizin yerinə yetilmədiyi vaxta qədər aclıq elan edirik. 12-ci dəhliz, otaq 52.”

 

Bu şəxslərin arasında Hacinski və Səfıkürdski də vardı…

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirilən "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin mediada təbliği və müsabiqənin keçirilməsi" layihəsi çərçivəsində hazırlanıb. 

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Lev Landau... Dau... - dahi fizik və gözəllik “ovçusu”...   
18.01.2019, 09:55

Lev Landau... Dau... - dahi fizik və gözəllik “ovçusu”...  

Ermənilər kəndlərimizi atəşə tutdu
18.01.2019, 09:48

Ermənilər kəndlərimizi atəşə tutdu

Brent nefti 61 dolları keçdi
18.01.2019, 09:47

Brent nefti 61 dolları keçdi

Polis məktəbində ölənlərin sayı 20-yə çatdı
18.01.2019, 09:39

Polis məktəbində ölənlərin sayı 20-yə çatdı

“20 Yanvara görə indiki bəzi vəzifəlilər də, xalqı meydana qırğına aparanlar da cəzalanmalıdır” - MÜSAHİBƏ
18.01.2019, 09:28

“20 Yanvara görə indiki bəzi vəzifəlilər də, xalqı meydana qırğına aparanlar da cəzalanmalıdır” - MÜSAHİBƏ

Metronun “Elmlər Akademiyası” stansiyasının əsas çıxışı bağlandı
18.01.2019, 09:24

Metronun “Elmlər Akademiyası stansiyasının əsas çıxışı bağlan

Bu gün hava necə olacaq? - Nazirlikdən AÇIQLAMA: “Xəbərdarlıq öz qüvvəsindədir!”   
18.01.2019, 09:10

Bu gün hava necə olacaq? - Nazirlikdən AÇIQLAMA: “Xəbərdarlıq öz qüvvəsindədir!”  

Külək Bakıda məktəbə ciddi ziyan vurdu - FOTOLAR   
18.01.2019, 09:02

Külək Bakıda məktəbə ciddi ziyan vurdu - FOTOLAR  

Manat və dolların məzənnəsi dəyişdi?
18.01.2019, 08:54

Manat və dolların məzənnəsi dəyişdi?

İrandan ABŞ-a tələb: Jurnalisti təcili azad edin
18.01.2019, 01:00

İrandan ABŞ-a tələb: Jurnalisti təcili azad edin

İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq müzakirə edildi
18.01.2019, 00:41

İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq müzakirə edildi

Bölgələrdə  14 dərəcəyədək şaxta müşahidə olunur
18.01.2019, 00:22

Bölgələrdə  14 dərəcəyədək şaxta müşahidə olunur

Son 10 ilin ən güclü partlayışı törədildi
18.01.2019, 00:15

Son 10 ilin ən güclü partlayışı törədildi

İŞİD-lə savaş bitməyib
17.01.2019, 23:48

İŞİD-lə savaş bitməyib

“20 Yanvar faciəsini törədənlər cəzalandırılmalıdır” - Gürcü politoloq
17.01.2019, 23:33

“20 Yanvar faciəsini törədənlər cəzalandırılmalıdır” - Gürcü politoloq

Bakıda külək gücləndi:  Pirallahıda 43 m/s
17.01.2019, 23:17

Bakıda külək gücləndi:  Pirallahıda 43 m/s

Güclü külək Bakıda fəsadlar törətdi - FOTO
17.01.2019, 22:57

Güclü külək Bakıda fəsadlar törətdi - FOTO

İtkin düşən kapitanın axtarışı dayandırıldı
17.01.2019, 22:45

İtkin düşən kapitanın axtarışı dayandırıldı

Bakı-Sumqayıt qatarında sürət həddi endirildi
17.01.2019, 22:30

Bakı-Sumqayıt qatarında sürət həddi endirildi

Temperaturunun 10 dərəcə aşağı düşməsi fəsadlarla nəticələnə bilər
17.01.2019, 22:14

Temperaturunun 10 dərəcə aşağı düşməsi fəsadlarla nəticələnə bilər

Həmsədrdən sərt AÇIQLAMA: “Avropa İttifaqı-Azərbaycan münasibətlərinə kölgə salmaq istəyirlər”
17.01.2019, 21:59

Həmsədrdən sərt AÇIQLAMA: “Avropa İttifaqı-Azərbaycan münasibətlərinə kölgə salmaq istəyirlər”

Süni intellekt texnologiyaları bazarının həcmi 52,5 milyard dollar olacaq
17.01.2019, 21:25

Süni intellekt texnologiyaları bazarının həcmi 52,5 milyard dollar olacaq

Qərargah son durumu AÇIQLADI: “Dalğanın maksimal hündürlüyü açıq dənizdə 9,3 metr olub”
17.01.2019, 21:08

Qərargah son durumu AÇIQLADI: “Dalğanın maksimal hündürlüyü açıq dənizdə 9,3 metr olub”

Benqal körfəzində güclü zəlzələ
17.01.2019, 20:57

Benqal körfəzində güclü zəlzələ

Azərbaycanda gündəlik hasilat 20 min barel azalacaq
17.01.2019, 20:44

Azərbaycanda gündəlik hasilat 20 min barel azalacaq

Bu sahələrdə e-qaimə-fakturaların tətbiqi 5 faizdən də aşağıdır
17.01.2019, 20:30

Bu sahələrdə e-qaimə-fakturaların tətbiqi 5 faizdən də aşağıdır

Xəzərdə dalğanın hündürlüyü 8.9 metrə çatıb
17.01.2019, 20:16

Xəzərdə dalğanın hündürlüyü 8.9 metrə çatıb

Ramil Usubov Yasamal və Səbailə rəis təyin etdi
17.01.2019, 20:04

Ramil Usubov Yasamal və Səbailə rəis təyin etdi

Üstünə reklam lövhəsi aşan şəxsin həyati təhlükəsi yoxdur - Səhiyyə Nazirliyi
17.01.2019, 20:02

Üstünə reklam lövhəsi aşan şəxsin həyati təhlükəsi yoxdur - Səhiyyə Nazirliyi

“Qarabağ münaqişəsinin həllinə dəstək artıb”
17.01.2019, 19:57

“Qarabağ münaqişəsinin həllinə dəstək artıb”

Sumqayıtda güclü külək binanın damını apardı
17.01.2019, 19:52

Sumqayıtda güclü külək binanın damını apardı

Finlandiyada erməni təxribatının qarşısı alınıb
17.01.2019, 19:21

Finlandiyada erməni təxribatının qarşısı alınıb

Ağstafada 2018-ci ilin hesabatı verildi
17.01.2019, 18:55

Ağstafada 2018-ci ilin hesabatı verildi

Prezident bu qurumları ləğv etdi - SİYAHI
17.01.2019, 18:52

Prezident bu qurumları ləğv etdi - SİYAHI

Bakıda elektrik dirəyi yük maşınının üzərinə aşıb - FOTO
17.01.2019, 18:45

Bakıda elektrik dirəyi yük maşınının üzərinə aşıb - FOTO

Prezident MTRŞ-ya 3 milyon manat ayırdı
17.01.2019, 18:27

Prezident MTRŞ-ya 3 milyon manat ayırdı

İlham Əliyevdən Cəlil Məmmədquluzadənin yubileyi ilə bağlı SƏRƏNCAM
17.01.2019, 18:10

İlham Əliyevdən Cəlil Məmmədquluzadənin yubileyi ilə bağlı SƏRƏNCAM

Fərəh Əliyevadan TƏKLİF: “Dissertasiyaların müdafiəsi prosesi sadələşdirilməlidir”
17.01.2019, 18:01

Fərəh Əliyevadan TƏKLİF: Dissertasiyaların müdafiəsi prosesi sadələşdirilməlidir

“Böyük İpək Yolu” 20 yanvar faciəsini andı -  FOTOLAR
17.01.2019, 17:55

Böyük İpək Yolu 20 yanvar faciəsini andı -  FOTOLAR

Ekologiya Nazirliyi: Bakıda külək 40 m/s-dək şiddətlənib   
17.01.2019, 17:50

Ekologiya Nazirliyi: Bakıda külək 40 m/s-dək şiddətlənib  

Azərbaycan alimlərinin II Qurultayının vaxtı dəqiqləşdi
17.01.2019, 17:43

Azərbaycan alimlərinin II Qurultayının vaxtı dəqiqləşdi

Tarix İnstitutunda AMEA-nın yaranması tarixi araşdırılır
17.01.2019, 17:40

Tarix İnstitutunda AMEA-nın yaranması tarixi araşdırılır

Bakı Metropoliteni güclü qar və şaxtaya hazır olduğunu bəyan etdi
17.01.2019, 17:35

Bakı Metropoliteni güclü qar və şaxtaya hazır olduğunu bəyan etdi

Berluskoni siyasətə qayıdır
17.01.2019, 16:57

Berluskoni siyasətə qayıdır

Ramil Usubov əməliyyat müşavirəsində tələb irəli sürdü   
17.01.2019, 16:56

Ramil Usubov əməliyyat müşavirəsində tələb irəli sürdü  

Rəsulzadənin barelyefini oğurlayanlar tutuldu - Modern.az-ın ictimailəşdirdiyi HADİSƏ - FOTO
17.01.2019, 16:53

Rəsulzadənin barelyefini oğurlayanlar tutuldu - Modern.az-ın ictimailəşdirdiyi HADİSƏ - FOTO

Əhalinin sülhə hazırlanması nə deməkdir? - Xarici İşlər Nazirliyindən Qarabağ AÇIQLAMASI   
17.01.2019, 16:45

Əhalinin sülhə hazırlanması nə deməkdir? - Xarici İşlər Nazirliyindən Qarabağ AÇIQLAMASI  

Azərbaycanlı rejissorun iki filmi 72-ci Kann film festivalında iştirak edəcək
17.01.2019, 16:25

Azərbaycanlı rejissorun iki filmi 72-ci Kann film festivalında iştirak edəcək

Huner Group-dan əla fürsət!
17.01.2019, 16:06

Huner Group-dan əla fürsət!

Məşhur idmançını öldürənlərə hökm oxundu
17.01.2019, 16:01

Məşhur idmançını öldürənlərə hökm oxundu

ARXİV