Modern.az

Trampdan Fələstinə yeni hədə: Yardımları kəsəcəyik

Trampdan Fələstinə yeni hədə: Yardımları kəsəcəyik

3 Yanvar 2018, 10:36

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump ABŞ-ın fələstinlilərə yardımını kəsəcəyi barədə təhdidlər yağdırıb.

 

Trump Twitter hesabındakı açıqlamasında bildirib ki, fələstinlilərə hər il yüz minlər ödəyirlər, lakin qarşılığında nə hörmət, nə də təqdir görürlər.

ABŞ prezidenti eyni zamanda Qüdsü İsrailin paytaxtı kimi tanıma qərarının yeni sülh görüşmələrinin gündəmindən çıxarıldığını da qeyd edib.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, Trump sözü gedən Twitter mesajlarını Pakistana yardımla bağlı mesajların davamı olaraq paylaşıb:

 “Sadəcə Pakistan deyil, başqa bir çox ölkə və prezidentləri üçün boş yerə milyonlarla dollar ödəyirik. Məsələn, fələstinlilərə ildə yüzminlərlə dollar ödəyirik, lakin qarşılığında nə hörmət, nə də təqdir görürük. İsraillə çoxdan vaxtı gəlmiş sülh məsələsini müzakirə etmək belə istəmirlər.

Danışıqların ən çətin mərhələsi olan Qüds məsələsini gündəmdən çıxardıq. İsrail buna görə çox böyük pul ödəmək məcburiyyətində qalacaq. Fələstinlilər  sülhü danışmaq belə istəmədikləri halda niyə onlara ödəmə edək?”.

 

Qeyd edək ki, Trump Dekabr ayının əvvəllərində Təl-Əvivdəki ABŞ səfirliyinin Qüdsə köçürülməsi qərarını alıb.

Dünyanın ən qədim paytaxlarından olan Qüds bugün Orta Şərqin problemlərinin mərkəzində yer alır. İsrail paytaxtın şərqini 1967-ci ildə işğal edib. 1980-cı ildə isə Qüdsü bütünlüklə paytaxtı elan edib. Ancaq Trumpun qərarına qədər Qüdsü İsrailin paytaxtı kimi tanıyan heç bir dövlət olmayıb.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi