Modern.az

Veteranlar kompensasiyaların artırılmasını istəyirlər

Veteranlar kompensasiyaların artırılmasını istəyirlər

23 Noyabr 2009, 10:36

Bütün güzəştləri 2001-ci ildən ləğv edilən Qarabağ müharibəsi veteranları hazırda dövlətdən 25 manat aylıq kompensasiya alırlar.

Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin (AVMVB) sədri Füzuli Rzaquliyev Modern.az-a bildirib ki, Qararabağ savaşının iştirakçıları kompensasiyaların məbləğinin artırılmasını istəyirlər: “Çox istərdik bu, kompensasiyalar heç olmasa iki dəfə qaldırılsın. 25 manat müharibənin ağrı-acılarını yaşayan, müxtəlif xəstəliklərdən müalicə olunan veteranların heç kommunal xidmət haqlarının ödənilməsinə çatmır”.

AVMVB sədri bildirib ki, Milli Məclisə veteranların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı qanun layihəsi təqdim ediblər.

AVMVB 1994-cü ildə yaradılıb. Hazırda təşkilatın sıralarında 60 minə yaxın birinci Qarabağ müharibəsi veteranı birləşir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi