27 aprel 2018, Cümə
Ana Səhifə - ÖLKƏ - Bakıda təcili yardım maşınları üçün ayrıca hərəkət zolağı yaradılır -  RƏSMİ
Bakıda təcili yardım maşınları üçün ayrıca hərəkət zolağı yaradılır -  RƏSMİ
03.01.2018, 14:41

Adı “Təcili və Təxirəsalınmaz Tibbi Yardım” olsa da, çox vaxt bu “yardım”ın gecikməsi xəstənin ölümü ilə nəticələnir. Amma gündəlik müşahidələrimiz göstərir ki, bu məsələdə həkimləri birmənalı şəkildə günahlandırmaq, qınamaq düzgün olmaz. Düzdür, işinə səhlənkar yanaşan Təcili Tibbi Yardım stansiyaları və həkimlər var. Amma problemin kökü bu məsələ ilə bağlı deyil. Təcili Tibbi Yardım maşınlarının çağırılan ünvana vaxtında çata bilməməsinin səbəbləri var: küçələrin darlığı, ünvanların dəqiq olmaması və s. Amma ən əsas səbəb küçələrdə yaranan tıxaclardır. 

 

Xarici ölkələrin əksəriyyətində bu problem həll olunub. Yolların kənarlarından ambulans və yanğından mühafizə maşınları üçün xüsusi yol ayrılıb. Həmin yollarda digər avtomobillərin hərəkəti qəti qadağandır. Əgər ambulans yoluna digər avtomobil çıxarsa, sürücü yüksək məbləğdə cərimə olunur.

 

Bakı Nəqliyyat Agentliyinin  İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev Modern.az-a açıqlamasında bildirib ki, BNA xüsusi hərəkət zolaqlarının çəkilməsi barədə  təkliflər irəli sürüb:

“Xüsusi hərəkət zolaqlarının çəkilişi üçün ilkin olaraq 9 ünvan müəyyənləşdirdik. Bu zolaqlar əsasən ictimai nəqliyyat vasitələri üçün nəzərdə tutulur. Amma həmin zolaqlardan xüsusi təyinatlı nəqliyyat vasitələri - Təcili  Tibbi Yardım, yanğınsöndürmə maşınları, eyni zamanda hüquq mühafizə orqanlarının maşınları da hərəkət edə bilər. İlkin olaraq Yusif Səfərov və Məhəmməd Füzuli küçələrində bu xüsusi hərəkət zolaqlarının çəkilişi təmin edilib.  Həmin küçələrdə müvafiq nişanlanma işləri aparılıb, yerdə həmin zolağın sərnişin avtobusları üçün nəzərdə tutulduğunu bildirən xüsusi nişan da var”.

 

Mais Ağayev deyir ki, digər sürücülər bu nişanın tələblərinə əməl etmirlər:

Məhəmməd Füzuli küçəsi boyunca  yerləşən obyektlərə gələnlər və ya o obyektləri işlədənlər özləri də bu qaydalara zidd olaraq maşınları orada park edirlər. Nəticə etibarilə avtobuslar həmin zolağa daxil ola bilmir. Bu o deməkdir ki, yolda tıxac olanda həmin zolaq boş olmayacaq. Qanunsuz olaraq digər nəqliyyat vasitələrinin sürcüləri oranı zəbt edirlər”.

Müsahibimizin sözlərinə görə,  gələcəkdə bu zolaqların genişləndirilməsi  nəzərdə tutulub:

“Verdiyimiz layihədə ilkin olaraq 9 ünvan göstərilib. Gəncə prospekti, Babək prospekti, Nobel prospekti boyunca xüsusi hərəkət zolaqlarının çəkilməsi mümkündür. Bu zolaqların 3 və daha artıq hərəkət zolağı olan yollarda çəkilməsi məsləhət görülür.Çünki 3 hərəkət zolaqlı yolda 1-ini xüsusi zolaq olaraq müəyyənləşdirsək, həmin küçədə sıxlıq yarana bilər.

 Bizim əsas məqsədimiz ictimai nəqliyyatdan istifadəni stimullaşdırmaqdır. Çünki sərnişin avtobuslarından istifadə nə qədər geniş olarsa,o zaman şəhərə şəxsi nəqliyyat vasitəsilə çıxan şəhər sakinlərimizin sayı azalacaq. Bu avtomatik olaraq yollarda tıxacların səngiməsində və ətraf mühitin qorunmasında   müsbət bir addım olacaq”.

 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov  xüsusi hərəkət zolaqlarına daxil olan sürücülər barədə müvafiq tədbirlərin görüldüyünü qeyd edib:

“Xüsusi hərəkət zolaqlarında  ictimai  nəqliyyat vasitələrinin hərəkətinə icazə verilir. Bununla bağlı aidiyyatı yol nişanları da qoyulub.  Həmin zolağa daxil olan istənilən nəqliyyat vasitəsinin sürücüsü barədə tədbir görülür. İctimai nəqliyyatla yanaşı, hərəkət üstünlüyünə malik nəqliyyat vasitələrinin-yanğınsöndürən, Təcili Tibbi Yardım, Polis avtomobilləri də həmin yol üzrə hərəkət edə bilərlər”.

 

Nəzrin Rüstəmova


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Azərbaycanla sərhəddə xüsusi əməliyyat - 11 İŞİD-çi öldürüldü
27.04.2018, 00:07

Azərbaycanla sərhəddə xüsusi əməliyyat - 11 İŞİD-çi öldürüldü

Azərbaycan neftinin SON QİYMƏTİ
27.04.2018, 00:03

Azərbaycan neftinin SON QİYMƏTİ

Tarixi görüş sabah baş tutacaq   
26.04.2018, 23:58

Tarixi görüş sabah baş tutacaq  

Bakıda bağçada insident: Uşaq döyülüb, yoxsa yıxılıb  
26.04.2018, 23:53

Bakıda bağçada insident: Uşaq döyülüb, yoxsa yıxılıb  

 Ahıllar üçün alternativ “Facebook” yaradıldı
26.04.2018, 23:51

 Ahıllar üçün alternativ “Facebook” yaradıldı

Belqrad Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb
26.04.2018, 23:48

Belqrad Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb

Maarifçilik ideyalarına görə güllələnən Cümhuriyyət  alimi və əlifba “inqilabçısı” - ARAŞDIRMA
26.04.2018, 23:26

Maarifçilik ideyalarına görə güllələnən Cümhuriyyət  alimi və əlifba “inqilabçısı” - ARAŞDIRMA

Olimpiada “çempionları” və  600 bal toplayanları  yetişdirən, rekorda imza atan  ucqar kənd müəllimi - LAYİHƏ
26.04.2018, 23:07

Olimpiada “çempionları” və  600 bal toplayanları  yetişdirən, rekorda imza atan  ucqar kənd müəllimi - LAYİHƏ

Sabunçuda yaşayış binasında yanğın - 15 nəfər təxliyə edildi
26.04.2018, 22:35

Sabunçuda yaşayış binasında yanğın - 15 nəfər təxliyə edildi

"Beşiktaş" yarım qalan oyuna çıxmaqdan İMTİNA ETDİ
26.04.2018, 22:29

"Beşiktaş" yarım qalan oyuna çıxmaqdan İMTİNA ETDİ

Çernobıl əlillərinin təqaüdü 181,5  manata çatdırıldı
26.04.2018, 21:51

Çernobıl əlillərinin təqaüdü 181,5  manata çatdırıldı

“Mən seçilməsəm, heç kim seçilməyəcək” - PAŞİNYAN
26.04.2018, 21:40

“Mən seçilməsəm, heç kim seçilməyəcək” - PAŞİNYAN

 ABŞ-ın dövlət katibi oldu - Pompeo
26.04.2018, 21:37

 ABŞ-ın dövlət katibi oldu - Pompeo

Dünyanın ən təhlükəli saytlarından biri bağlandı
26.04.2018, 21:27

Dünyanın ən təhlükəli saytlarından biri bağlandı

Putin Karapetyanla Ermənistandakı vəziyyəti müzakirə etdi
26.04.2018, 21:20

Putin Karapetyanla Ermənistandakı vəziyyəti müzakirə etdi

Güləşçimiz erməni rəqiblərini məğlub edib çempion oldu
26.04.2018, 21:12

Güləşçimiz erməni rəqiblərini məğlub edib çempion oldu

Heydər Əliyev Mərkəzinin parkında “Oxu günü” keçirilib 
26.04.2018, 21:06

Heydər Əliyev Mərkəzinin parkında “Oxu günü” keçirilib 

SOCAR-la BP arasında yeni  saziş imzalandı
26.04.2018, 20:56

SOCAR-la BP arasında yeni  saziş imzalandı

Metroda sərnişinlər üçün YENİLİK - Yemək satılacaq
26.04.2018, 20:38

Metroda sərnişinlər üçün YENİLİK - Yemək satılacaq

İlham Əliyev Böyük Britaniya Baş naziri ilə  görüşdü
26.04.2018, 20:38

İlham Əliyev Böyük Britaniya Baş naziri ilə  görüşdü

Rusiya XİN:
26.04.2018, 18:55

Rusiya XİN: "Ümid edirik ki, danışıqlar bəpra olunacaq"

İnam Kərimov nazirliyin tabeliyində olan müəssisələrlə tanış olub-FOTO
26.04.2018, 18:46

İnam Kərimov nazirliyin tabeliyində olan müəssisələrlə tanış olub-FOTO

Sabah Bakının 2 rayonunda qaz olmayacaq
26.04.2018, 18:40

Sabah Bakının 2 rayonunda qaz olmayacaq

“Qaçqınkom”un sədri Dünya Bankının nümayəndələrini qəbul edib
26.04.2018, 18:34

“Qaçqınkom”un sədri Dünya Bankının nümayəndələrini qəbul edib

Ölü dənizdə 10 nəfər itkin düşdü
26.04.2018, 18:29

Ölü dənizdə 10 nəfər itkin düşdü

DİN-də geniş əməliyyat müşavirəsi keçirilib
26.04.2018, 18:17

DİN-də geniş əməliyyat müşavirəsi keçirilib

Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinə ekskursiya
26.04.2018, 18:08

Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinə ekskursiya

Mətbuat Şurası Zakir Fəxrinin 70 illiyinə toplandı   
26.04.2018, 17:56

Mətbuat Şurası Zakir Fəxrinin 70 illiyinə toplandı  

Böyük Britaniya səfirliyi Formula 1 ərəfəsində Bakıda tədbirlər keçirəcək
26.04.2018, 17:48

Böyük Britaniya səfirliyi Formula 1 ərəfəsində Bakıda tədbirlər keçirəcək

Hüseyn Abdullayevin həbsi barədə rəsmi məlumat yayıldı - Əlavə ittiham irəli sürüldü  
26.04.2018, 17:46

Hüseyn Abdullayevin həbsi barədə rəsmi məlumat yayıldı - Əlavə ittiham irəli sürüldü  

Tramp Rusiyadan DANIŞDI: “Putindən də soruşa bilərsiniz”
26.04.2018, 17:43

Tramp Rusiyadan DANIŞDI: “Putindən də soruşa bilərsiniz”

Akademiyada doktorantura və dissertanturaya qəbul planı müzakirə olundu   
26.04.2018, 17:40

Akademiyada doktorantura və dissertanturaya qəbul planı müzakirə olundu  

Azərbaycan, İran və Rusiyanın energetika nazirləri protokol imzaladılar
26.04.2018, 17:34

Azərbaycan, İran və Rusiyanın energetika nazirləri protokol imzaladılar

Ədliyyə Nazirliyi daha 20 QHT-ni rəsmi qeydiyyata aldı   
26.04.2018, 17:19

Ədliyyə Nazirliyi daha 20 QHT-ni rəsmi qeydiyyata aldı  

Manatın sabahkı MƏZƏNNƏSİ 
26.04.2018, 17:18

Manatın sabahkı MƏZƏNNƏSİ 

ARXİV
SORĞU
Ali məktəblərə qəbul imtahanlarının qiymətlərinə necə baxırsınız?
İmtahan qiymətləri çox yüksəkdir(4.90%)
İmtahan qiymətləri normalıdr(3.92%)
İmtahan qiymətləri aşağıdır(1.96%)
Qiymətlər ləğv edilməli, imtahanlar pulsuz olmalıdır(70.5%)
İmtahan qiymətləri azaldılmalıdır(4.90%)
İmtahan qiymətləri artırılmalıdır(13.7%)