Modern.az

Jurnalist-dizayner Fuad Həsənov vəfat edib 

Jurnalist-dizayner Fuad Həsənov vəfat edib 

3 Yanvar 2018, 14:57

“7 Gün” qəzeti və ANS teleşirkətinin keçmiş əməkdaşı, tanınmış dizayner Fuad Həsənov vəfat edib.

Modern.az xəbər verir ki, bu bardədə mərhumun dostları sosial şəbəkədə məlumat paylaşıblar.

1975-ci il təvəllüdlü F. Həsənov uzun müddət şəkər xəstəliyindən əziyyət çəkib. Bir müddət əvvəl insult keçirərək komaya düşmüşdü.

Komaya düşən Fuad Həsənov “Medikal klinika”da beyin əməliyyatı keçriəndən sonra reanimasiyaya yerləşdirilmişdi.

Qeyd edək ki, F.Həsnovun həyat yoldaşı Marina Səttarbəyli də əvvəllər jurnalist işləyib, o, “7 Gün” qəzetində yazıb. Cütlüyün 4 övladı var.

Allah rəhmət eləsin...

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı