22 iyul 2018, Bazar
Ana Səhifə - ÖLKƏ - Ehtiyatlı olmalıyıq – Politoloqlardan İrandakı aksiyalarla bağlı ÇAĞIRIŞ
Ehtiyatlı olmalıyıq – Politoloqlardan İrandakı aksiyalarla bağlı ÇAĞIRIŞ
03.01.2018, 17:02

İranda baş verən etiraz aksiyalarına Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğluvə politoloq Zərdüşt Əlizadə münasibət bildirib.

 

Etiraz aksiyaları iranlıları xoşbəxliyə aparmır

 

Sərdar Cəlaloğlu Modern.az-a açıqlamasında qeyd edib ki, bu mübarizənin sonunda İranda insanlar daha ağır şərtlərlə köləlik vəziyyətinə düşə bilər.

“İran rəhbərliyi ölkədə birbaşa Quranın əmrlərinin icra olunduğunu və bu ölkənin Quranla idarə olunduğunu iddia edirlər. Əgər bu gün İranda yaranmış vəziyyət zülm səviyyəsinə qalxıbsa və vətəndaşlar üsyan həddinə gəlibsə, birinci növbədə İran rəhbərləri xalqla birlik olaraq sübut etməlidirlər ki, onlar doğurdan da Quranın şərtlərinə əməl edirlər.

İslam Rspublikasında hakimiyyət zülmə etiraz edən xalqın yanında olmalıdır, qarşısında yox. Və xalqla birgə zülmü yaradan həm daxili, həm də xarici qüvvələrə qarşı mübarizə aparmalıdır.

İran rəhbərliyinin eirazçılara qarşı kəskin addımlar atması doğru qarşılanmır, çünki, özləri də etiraf edir ki, İranda vəziyyət olduqca ağırdır. İşsizlik əvvəlki illərə nisbətən artıb və s . Yəni Ruhani özü də etiraf etdi ki, bu etirazların səbəbləri var. Deməli İran rəhbərliyi də xalqa bu zülmü edənlərə - rüşvətxor və korrupsionerlərə qarşı çıxmalı və birgə mübarizə aparmalıdırlar. Baxmayaraq ki İran islam dövlətidir, güya Quranla idarə olunur,lakin zülmə məruz qalanlara qarşı zülm etdiklərinin şahidi oluruq. Etirazçılar həbs olunur, güllələnir,öldürülür və s. Bu tamamilə dinlə idarə olunan respublikanın məntiqinə ziddir”.

ADP sədri onu da deyib ki, İranda baş verən bu etirazlara heç bir xarici qüvvə tərəfindən müdaxilə olunmamalıdır.

 

“Bu gün İsrail və Amerikanın İranın daxili işlərinə qarışması, dəstək verməsi, güya İranda etirazlarla bağlı bəyanatları bizə “Ərəb Baharı” və onun ağır nəticələrini xatırladır. Amerika, güya elə o vaxtlarda bir sıra ərəb ölkələrində ayağa qalxan xalqın yanında oldu. Amma hadisələrdən sonra o bölgələrdəki nəhəng dağıntıların, sosial rifah halının 100 dəfələrlə aşağı düşdüyünün, xalqların parçalandığının, mədəniyyətlərin məhv olduğunun, dünya müharibəsi səviyyəsinə gəlib çıxdığının şahidi olduq. Yəni faktiki olaraq,etiraz heç də xalqı ağ günə çıxara bilmir. Xüsusən də xarici qüvvələrin dəstək verdiyi tarixi hadisələr sübut edir ki, heç bir ölkədə bu xalqı xoşbəxt gələcəyə aparmır. Məsələn Ukraynanın vəziyyəti Avropanın verdiyi dəstəklə necə nəticələndi?

 

Ukrayna əvəzində bir hissəsini itirdi, bir hissəsinə də faktiki olaraq nəzarət edə bilmir. Və Ukrayna Rusiya ilə müharibəyə cəlb olundu. İndiki halda da İran vətəndaşları bir şeyi başa düşməlidirlər ki, yəhudilər və başqa xarici güclərin dəstəyinə ümid edirlərsə, bu dəstək onları xoşbəxt gələcəyə aparmaq üçün atılan addım deyil. Çünki bundan əvvəlki bütün nümunələr bunun əksinin sübutudur.

Belə bir fikir var ki, azadlıq enerjisi kifayət qədər güclü olmayan xaqlar azadlıq mübarizəsinə qatıldıqda daha ağır şərtlərlə kölə olurlar. Bu gün İranda baş verən etirazlar yalnız sosial-iqtisadi səbəblərə bağlı olduğuna görə, bu mübarizənin sonunda İran camaatı daha ağır şərtlərlə köləlik vəziyyətinə düşə bilər”.

 

Politoloq Zərdüşt Əlizadə isə deyib ki, daha bəsdir bu rüşvətxorları inkubator cücələri kimi böyüdüb xalqın üstünə yeritmək: “Təbii ki, bu etirazların da qarşısı alınacaq. Nəzərə alın ki, hakimiyyət xalqın 10 minlik mitinqlərinə qarşı 100 minlik qüvvə ilə çıxış edir”.

 

Qonşu dövlətdir, İrandakı hadisələr Azərbaycana da təsir göstərə bilər

 

O qeyd edib ki, İran xalqının İsrail və Amerikanı qane edən şüarlarla çıxış etməsi 1942-ci ildə Stalinqradda keçirilən “almanlara qarşı hücumu dayandırın” şüarlı mitinqlərə bənzəyir.

“Əvvəla onu demək lazımdir ki, İran ən qədim və ən güclü dövlətlərdən biridir. İndi İranda yenə etirazlar başlayıb. Eirazçıların da bir neçə tələbləri vardır. Tələblərdən ən əsası rüşvətxorlara qarşı çıxılmasıdır. Bu tamamilə haqlı tələbdir və İranın Prezidenti Hassan Ruhani deyib ki, vətəndaşların öz etirazlarını bildirərək tələb etməyə qanunla haqqları var və hakimiyyətin borcudur ki, bu tələbləri eşidərək onları icra etməyə çalışsın.

İranın xarici siyasətindəki uğurlar ilk növbədə İsraili və Amerikanı qəzəbləndrir. Hamıya bəllidir ki, İsrail və Amerika müsəlman dünyasına təcavüz edir, müsəlmanların hüquqlarını tapdalayır, qarət edib dağıdırlar və belə olan halda İran öz xarici siyasəti ilə xarici təcavüzə cavab verir.

Fələstinlilərin hüquqlarını gündə min dəfə pozan İsrail indi İrandakı əhalinin hüquqlarının pozulmasından narahatlığını bildirir. Müsəlman dünyasını qırıb dağıdan Amerika Prezidenti Tramp isə bildirir ki, İranda dəyişiklik edilməyin vaxtı çoxdan gəlib çatıb”.

Zərdüşt Əlizadənin sözlərinə görə, rüşvətxorları himayə edən istənilən quruluş mütləq məhv olacaq.

“Mən hesab edirəm ki, bu nümayişlərin obyektiv səbəbləri vardır və bu səbəblər nəzərə alınmalıdır. Rüşvətxorlar istər yüksək vəzifəli məmur olsun, istərsə din xadimi və ya sadə vətəndaş, hansı ölkədə olmasından asılı olmayaraq ciddi cəzalandırılmalıdır. Əks halda bu üsuli-idarə məhvə məhkumdur. Və əgər islami rejim öz rüşvətxorlarını müdafiə etsə, o da dağılmağa, məhv olmağa məhkumdur.

Nəzərə alsaq ki, biz İranla qonşuyuq və Azərbaycan xalqının 3-də 2 hissəsi İranda yaşayır, deyə bilərik ki, Azərbaycandakı hadisələrin İrana təsiri kimi, eynən oradakı hadisələr də bizim ölkəyə təsirsiz ötüşməyəcək”.

 

Nəzrin Cavid


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Millət vəkili mətbuat işçilərini və jurnalistləri təbrik etdi   
22.07.2018, 14:26

Millət vəkili mətbuat işçilərini və jurnalistləri təbrik etdi  

Azərbaycanda toyda kütləvi zəhərlənmə - 5-i UŞAQDIR
22.07.2018, 14:10

Azərbaycanda toyda kütləvi zəhərlənmə - 5-i UŞAQDIR

"Jurnalistlər təkziblə bağlı materiallardan yayınırlar"  - Hadi Rəcəbli
22.07.2018, 14:00

"Jurnalistlər təkziblə bağlı materiallardan yayınırlar"  - Hadi Rəcəbli

Sabahın HAVASI küləkli və yağışlı olacaq
22.07.2018, 13:51

Sabahın HAVASI küləkli və yağışlı olacaq

Gürcüstan patriarxının halı pisləşib
22.07.2018, 13:43

Gürcüstan patriarxının halı pisləşib

Şamaxıda kütləvi dava - ağır yaralılar var
22.07.2018, 13:31

Şamaxıda kütləvi dava - ağır yaralılar var

Metrodan istifadə edənlərin sayı artıb
22.07.2018, 13:20

Metrodan istifadə edənlərin sayı artıb

İranda güclü ZƏLZƏLƏ
22.07.2018, 13:14

İranda güclü ZƏLZƏLƏ

Azərbaycanlı hakim-inspektor Ermənistan komandasının oyununda
22.07.2018, 13:06

Azərbaycanlı hakim-inspektor Ermənistan komandasının oyununda

Qarabağ qazisi vəfat etdi – VƏZİFƏLİ ŞƏXSİN QARDAŞIDIR
22.07.2018, 13:03

Qarabağ qazisi vəfat etdi – VƏZİFƏLİ ŞƏXSİN QARDAŞIDIR

Avropa Liqasının oyunu Əliyar Ağayevə tapşırıldı
22.07.2018, 12:45

Avropa Liqasının oyunu Əliyar Ağayevə tapşırıldı

Cəlilabadda dəhşət: 2 qardaş öldü
22.07.2018, 12:36

Cəlilabadda dəhşət: 2 qardaş öldü

Mətbuatın işıqlı başlanğıcı
22.07.2018, 12:15

Mətbuatın işıqlı başlanğıcı

ADAU-da 1-ci Beynəlxalq Yay Məktəbi davam edir - FOTOLAR  
22.07.2018, 11:50

ADAU-da 1-ci Beynəlxalq Yay Məktəbi davam edir - FOTOLAR  

Ölkə üzrə istixanaların sayı AÇIQLANDI
22.07.2018, 11:34

Ölkə üzrə istixanaların sayı AÇIQLANDI

38 yaşlı kişi özünü asdı - SALYANDA
22.07.2018, 11:20

38 yaşlı kişi özünü asdı - SALYANDA

Cibində 1 manatı olmayan “bomj” 200 min manatlıq heroinlə tutuldu... - AZƏRBAYCANDA
22.07.2018, 11:09

Cibində 1 manatı olmayan “bomj” 200 min manatlıq heroinlə tutuldu... - AZƏRBAYCANDA

Prezident İlham Əliyev - jurnalistlərin yaxın dostu, mətbuatın böyük hamisi
22.07.2018, 10:58

Prezident İlham Əliyev - jurnalistlərin yaxın dostu, mətbuatın böyük hamisi

Hansı ölkə vətəndaşlığı neçəyə satır? - SİYAHI
22.07.2018, 10:42

Hansı ölkə vətəndaşlığı neçəyə satır? - SİYAHI

Almaniya Türkiyəyə sanksiyaları ləğv etdi
22.07.2018, 10:29

Almaniya Türkiyəyə sanksiyaları ləğv etdi

Dənizdə batan 4 nəfər xilas edilib
22.07.2018, 10:21

Dənizdə batan 4 nəfər xilas edilib

"Instagram"da yenilik
22.07.2018, 10:16

"Instagram"da yenilik

FHN iki nəfəri xilas etdi
22.07.2018, 10:03

FHN iki nəfəri xilas etdi

Yaponiyada orta ömür həddi rekord səviyyəyə çatıb
22.07.2018, 09:50

Yaponiyada orta ömür həddi rekord səviyyəyə çatıb

22.07.2018, 09:45

"Azərbaycan Beynəlxalq Enerji Agentliyinin çox dəyərli tərəfdaşdır" - Fatih Birol

Cəbhədə gərgin gecə: Düşmən iriçaplı pulemyotlardan istifadə etdi
22.07.2018, 09:30

Cəbhədə gərgin gecə: Düşmən iriçaplı pulemyotlardan istifadə etdi

“Qarabağ”a yeni hücumçu transfer edildi
22.07.2018, 09:15

“Qarabağ”a yeni hücumçu transfer edildi

Çimərliklərə üz tutanlar - EHTİYATLI OLUN
22.07.2018, 09:00

Çimərliklərə üz tutanlar - EHTİYATLI OLUN

Yeniyetmə dərmandan zəhərlənib
22.07.2018, 00:58

Yeniyetmə dərmandan zəhərlənib

Almaniya Türkiyəyə sanksiyaları ləğv etdi
22.07.2018, 00:33

Almaniya Türkiyəyə sanksiyaları ləğv etdi

Şimali Koreya iqtisadiyyatı kəskin dərəcə aşağı düşüb
22.07.2018, 00:21

Şimali Koreya iqtisadiyyatı kəskin dərəcə aşağı düşüb

143 yaşlı Azərbaycan mətbuatı
22.07.2018, 00:01

143 yaşlı Azərbaycan mətbuatı

Bakıda dənizdə batan 4 nəfər xilas edildi
21.07.2018, 23:48

Bakıda dənizdə batan 4 nəfər xilas edildi

İntizamlı əsgər 27 il komandirinin əmrini gözləyib
21.07.2018, 23:32

İntizamlı əsgər 27 il komandirinin əmrini gözləyib

Sumqayıtda üçmərtəbəli mağaza yandı - VİDEO, YENİLƏNİB
21.07.2018, 23:16

Sumqayıtda üçmərtəbəli mağaza yandı - VİDEO, YENİLƏNİB

ARXİV