17 oktyabr 2018, Çərşənbə axşamı
Ana Səhifə - ƏDƏBİYYAT - Bağırova “yox” deyərək, güllələnməyi seçən Cümhuriyyət naziri
Bağırova “yox” deyərək, güllələnməyi seçən Cümhuriyyət naziri
04.01.2018, 00:30

Artıq bir neçə aydan sonra Azərbaycan Cümhuriyyətinin yüzillik yubileyi tamam olacaq. Modern.az bu şanlı tarixlə bağlı hazırladığı “AXC-100” yazılar, araşdırmalar silsiləsini davam etdirir.

 

Bu dəfə Cümhuriyyətin daha bir başıbəlalı fədaisi Əhməd bəy Pepinov haqqında bir neçə maraqlı faktı təqdim edəcəyik. Bu yazıda da əsasən, Pepinovun ADR–dən sonrakı məşəqqətli həyatı, 18 illik təqib və təzyiqləri qismən də olsa öz əksini tapacaq:

 

Azərbaycan Cumhuriyyətinin parlament və V Nazirlər Kabinetinin üzvü, əmək və torpaq naziri olan Əhməd bəy Pepinov işğalçı Qırmızı Ordunun Bakıya yürüşünü ləngitmək məqsədi ilə 1920-ci il aprelin əvvəllərində parlamentin digər üzvü Rəhim bəy Vəkilovla  danışıqlar aparmaq üçün Qroznı  şəhərinə göndərilir. Aprel işğalından sonra Bakıya qayıdan Pepinov Azərbaycanda mədəni-maarif və nəşriyyat işlərinə rəhbərlik edir. Amma köhnə AXC naziri kimi ona münasibət birmənalı olmayıb. Davamsız təqiblərlə üzləşən Pepinov 1930-cu ildə Ulyanovsk şəhərinə köçməyə məcbur olub. Daha sonra Alma-Ataya gedir və 1934-cü ildən etibarən  Qazaxıstan SSR maarif nazirinin müavini işləyib.



Pepinov repressiyaya Qazaxıstandan getsə də, onun bütün həyatı Azərbaycanla bağlı olub. 1919-cu ildə Cumhuriyyət parlamentinin sədri Həsən bəy Ağayevin qızı ilə ailə quran Pepinov 1920-ci ildə Yusifbəyli  hakimiyyətinin istefasından sonra vəzifəsindən kənarlaşdırılıb. Amma bəzi tarixi əsaslara görə sovet rejimi başqa cumhuriyyətçilər kimi Pepinova toxunmayıb, ondan öz kadrları kimi faydalanamğa çalışıb. Böyük təcrübəyə malik olan Pepinov yenidən başqa sahədə nazir vəzifəsinə gətirilsə də, bu postda çox qala bilməyib. Repressiyaya məruz qaldıqdan sonra isə ailəsinin aqibəti xeyli çətinləşib. 

 

Pepinovun ömrünün son 18 ili təqib və təzyiqlər içində keçib. Ona ən pis təsir edən məsələlər isə repressiyalar zamanı həbs olunduqdan sonra dindirilmələri olub. Pepinov böyük diplomat və yüksək intellektə malik şəxs idi. Təbii ki, onun üzərinə hansısa cinayəti yıxmaq, onu kiminsə üzünə durdurmaq xeyli çətin idi. Amma NKVD cəlladları işgəncələrlə buna qismən də olsa, nail olurlar. Bir neçə maddə ilə onu “cinayətkar” kimi ən ağır cəzaya məhkum edirlər.

 

 

Əhməd bəy Pepinovun dindirilmələrindən ibarət qovluq 255 səhifədir. Yəni ortabab kitab həcmində. İlk dindirilmələrinin birindən bəzi sitatlar:

 

4-cü şöbənin 6-cı bölməsinin rəisi baş leytenant Qriqoryan Pepinovu mühakimə edir:

Sual: Siz bu gün öz əksinqilabi fəaliyyətiniz barədə danışmaq fıkrindəsinizmi?

Cavab: Mən heç bir əksinqilabi iş aparmamışam.

 

Sual: Siz əksinqilabi mövqedə dayanan elmi işçilərdən kimi tanıyırsınız?

Cavab: Heç kimi tanımıram.

 

Sual: Professor Bəkir Çobanzadə sizə əksinqilabçı millətçi kimi tanışdırmı?

Cavab: Professor Bəkir Çobanzadəni mən ancaq millətçi kimi tanıyıram.

 

 Sual: Daha kimi tanıyırsınız?

Cavab: Professor Qubaydulin və Kazımovdan başqa daha heç kimi tanımıram.

 

Sual: Onlar öz əksinqilabi millətçi görüşləri barədə sizə danışırdılarmı?

Cavab: Professor Çobanzadənin millətçi görüşləri mənə onunla şəxsi söhbətlərdən məlum idi, Qubaydulini onun əsərlərindən, Kazımovun fəaliyyətini isə universitetdən bilirdim.

 

Sual: Siz onların əksinqilabi görüşləri ilə şərik idinizmi?

Cavab: Mən ayrı-ayrı məsələlərdə onların millətçi görüşləri ilə, milli kadrlar yetişdirilməsi sahəsində akademik mübarizələri ilə şərik idim. Sual: Məgər partiya və hökumət milli kadrlar yetişdirməyin əleyhinə idi?

Cavab:…. Pepinov şantaj xarakterli olan bu suala cavab verməkdən imtina edir.”

(mənbə: Lətif Şüküroğlu “Cümhuriyyət hökuməti repressiya məngənəsində”)

Yuxarıda adını çəkdiyimiz araşdırmaçı Lətif müəllim arxivdən Əhməd bəy Pepinovun bütün dindirilmə sənədlərini və ona aid başqa dəyərli məxəzləri əldə edib. Burada Pepinovun həbsxanada çəkdiyi zillət də öz əksini tapıb.Lakin ən maraqlısı bolşeviklər üçün “qara qutu” rolunu oynayan Pepinovun diplomatik bacarıqla suallardan qaçması faktıdır. L.Şüküroğlu yazır:

 

“Əhməd bəyin dindirilməsində başlıca diqqət yetirilən məsələlərdən biri onun və təmsil etdiyi təşkilatın mühacirətdə yaşayan keçmiş hökumət üzvləri vasitəsilə xarici dövlətlərlə hansı əlaqələr saxlanılmasına yönəldilmişdi. Bu baxımdan 19 yanvar 1938-ci il dindirməsi istisna deyildi:

“Sual: Mühacirətdən hansı maddi köməklik alınırdı və o, necə bölüşdürülürdü?

Cavab: M.Hacınskinin sözlərinə görə, Topçubaşov Azərbaycan əksinqilabi millətçi təşkilatına maddi köməklik göstərirdi. Bir dəfə 1930-cu ildə, payızda mən Ordubadskinin yanında olarkən o dedi ki, Hacınski ona təşkilatın ehtiyacları üçün 40.000 rubl pul göndərib. Bu vəsaitin necə alındığı barədə o, heç nə demədi, ancaq onu bildirdi ki, həmin vəsait təşkilat üzvlərinin rayonlara getmələrinə yol xərci kimi onlar arasında paylanmaq üçün nəzərdə tutulub. Mənə məlum idi ki, bu məqsədlə Mollayevə, Mirzəyevə, Bəylərbəyova hərəsinə 5000 rubl verilib.

 

 

Sual: Sizə şəxsən bu puldan nə qədər çatmışdı?

Cavab: Mən şəxsən Ordubadskidən pul almamışdım, çünki uzun müddət olduğum üçün yerlərə gedib, əksinqilabi iş apanuağa imkanım olmamışdı.

 

Sual: Xarici kəşfiyyat orqanlarından hansının təşkilatla əlaqəsi vardı?

Cavab: Xarici ölkə kəşfiyyatları ilə əlaqəni şəxsən M.Hacınski Parisdə mühacirətdə olan Topçubaşov vasitəsilə saxlayırdı. 1930-cu ildə Tiflisə xidməti işlə bağlı gedərkən mən ondan eşitdim ki, bizim işə maddi köməklik Topçubaşovla razılıq əldə edilmiş Fransız hökuməti tərəfindən göstəriləcəkdir.

 

Sual: Kəşfiyyat orqanlarına hansı casusluq məlumatları və kimin vasitəsilə verilirdi?

Cavab: Hacınskinin mənə verdiyi məlumata görə, Fransa dövlətindən alınmış maddi yardımın müqabilində əksinqilabi təşkilat tərəfindən ölkənin müdafiə qabiliyyəti, yük daşımaları, neft sənayesinin vəziyyəti barədə kəşfiyyat informasiyaları əldə edilməli idi. Müdafiə qabiliyyəti haqqında məlumatlar Azərbaycanın diviziya komandiri Ş.Naxçıvanski, dəmiryol üzrə Mirzəyev, neft sənayesi üzrə F.Rüstəmbəyov və Azneftdə işləyən digər mühəndislər tərəfindən əldə olunurdu. Bu mühəndislərin kimliyi barəsində o, heç nə demirdi. Həmin materialların Hacınskiyə çatdırılıb-çatdırılmadığı barədə o, heç nə deməmişdi.

 

Sual: Ş.Naxçıvanski komanda heyətindən kimi əksinqilabi təşkilata cəlb edə bilmişdi?

Cavab: Mən həbsxanada olarkən öyrəndim ki, Ş.Naxçıvanski təşkilata keçmiş çar ordusunun polkovniki Novruzovu, keçmiş ordunun zabiti Vəkilov və Mirzəyevi cəlb edə bilib…

 

Pepinov şəxsiyyətini ən yaxşı tanıdan simalardan biri də qızı Sevda Pepinova olub. Sevda xanım Cümhuriyyətin parlament sədri Həsən bəy Ağayevin nəvəsi, Pepinovun qızı, komediya aktyoru Lütfəli Abdullayevin isə həyat yoldaşı olub. Onun  “Günay” qəzetinin 26 fevral 2000-ci il 8-ci sayında yayımlanan müsahibəsindən sitatlar:

 

“Mənim atam milliyətcə məshəti türküdür. Baxmayaraq ki, o, Axaltsixi rayonunda anadan olub, ancaq onun uşaqlığı Şamaxıda və Tiflisdə məşhur dayısı Ömər Faiq Nemanzadənin himayəsi altında keçib. Əhməd bəy Tbilisidə gimnaziyada oxuyub və oranı qızıl medalla bitirib. Onun dayısı ilə yaşadığı binanın birinci  mərtəbəsində mətbəə yerləşib, ikinci mərtəbədə isə onlar Cəlil Məmmədquluzadə ilə qonşu olublar. M.Cəlil mənim atama ağır xəstə olan böyük Azərbaycan şairi Sabirə qayğı göstənnəyi tapşırıb. Sabir onun gözü qarşısında, az qala qolları arasında həyatla vidalaşıb. Gimnaziyanı bitirdikdən sonra atam oxumaq üçün Moskvaya gedib və orada eyni vaxtda iki fakültədə ali təhsil alıb - hüquq və iqtisadiyyat. O, poliqlot idi, çoxlu dil bilirdi. Moskvadaca da o, eser partiyasına daxil olub. Azərbaycan Xalq Cümhuriyəti elan ediləndə Əhməd bəy, mənim babam, Zaqafqaziya Seyminin üzvü Həsən bəy Ağayevlə birlikdə əvvəl Gəncəyə, sonra isə Bakıya gələrək 1918-ci ildə Parlamentin Rəyəsət Heyətinin katibi, sonra isə əmək və torpaq naziri təyin edilib. Sovet hakimiyyəti illərində atam müxtəlif vəzifələrdə işləyib, həbs edildiyi son dövrlərdə isə maarif naziri olub, ali təhsil və mədəniyyət sahəsinə rəhbərlik edib... XX əsrin əvvəllərində böyük bir ziyalılar dəstəsi yetişmişdi. Onlar xalqa fədakarlıqla xidmət edirdilər və xeyli ardıcılları vardı. 1937-ci ildə mənim fikrimcə, Azərbaycan xalqına qarşı əsl soyqırımı tətbiq edildi. Adamlar məhv olundular, ailələr dağıdıldı, uşaqları internat məktəblərə verdilər, çünki qohumlar onları öz yanlarında saxlamağa qorxurdular. Mənim atamı əvvəlcə 1930-cu ildə həbs etdilər, güllələmək istəyirdilər, sonra sürgünə göndərdilər. Sürgündən o, 1935-ci ildə qayıtdı, ona şəxsən M.Bağırov partiya sıralarına keçməyi təklif etmişdi, o, etiraz etmişdi - vicdanına qarşı çıxmaq istəməmişdi. Buna görə cavab verməli oldu, onu yenidən, il yarım sonra Alma-atada həbs edib Bakıya gətirdilər. Burada onu M.Bağırov şəxsən özü güllələmişdi. Bu onun məhkəməsində sübut olundu. Həmin dəhşətli illərdə cəmiyyətin qaymaqlarının məhv edildiyi dövrdə bizim ziyalılara ağır zərbələr dəydi...”.

 

2 iyul 1938-ci il ... SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının hazırlıq yığıncağında 6 saylı protokol tərtib edildi. Elə həmin gün Ə.Pepinova itihamın surətini aldığına imza atdırıldı. Və səhəri gün onun fiziki yaşı baxımından dünyanın son gününü təyin edən qərar çıxarıldı. 3 iyul 1938-ci ildə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının səyyar sessiyasının qapalı iclası Kolpakov və Kulikin sədrliyi altında saat 21:40-da işə başladı və cəmi 15 dəqiqə ərzində, 21,55-də Ə.Pepinovun ən ağır cəzaya layiq görülməsi ilə əlaqədar mühkimə edilməsi qərarı hazırlandı. Şevelyevin imzaladığı məxfi arayışa əsasən Ə.Pepinovun barəsində hökm elə həmin gün yerinə yetirilmişdi. …

 

E. Nihad

 

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Məktəblilər həyatlarını belə təhlükəyə atır - VİDEO
17.10.2018, 20:57

Məktəblilər həyatlarını belə təhlükəyə atır - VİDEO

İsraildən Qəzzaya qarşı yeni addım
17.10.2018, 20:43

İsraildən Qəzzaya qarşı yeni addım

Türkmənistan Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır
17.10.2018, 20:30

Türkmənistan Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır

Azərbaycanla  Rumıniya arasında strateji tərəfdaşlıq formalaşıb
17.10.2018, 20:16

Azərbaycanla  Rumıniya arasında strateji tərəfdaşlıq formalaşıb

İlin sonunda Azərbaycanda Latviya Ticarət Evi açılacaq
17.10.2018, 20:03

İlin sonunda Azərbaycanda Latviya Ticarət Evi açılacaq

Asiyada ilk dəfə eynicinsli nikahlar leqallaşdırıla bilər
17.10.2018, 19:55

Asiyada ilk dəfə eynicinsli nikahlar leqallaşdırıla bilər

“Qarabağ”ın sabiq qapıçısı “Qalatasaray”a keçə bilər
17.10.2018, 19:42

“Qarabağ”ın sabiq qapıçısı “Qalatasaray”a keçə bilər

Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulunun iqamətgahında axtarış başladı
17.10.2018, 19:29

Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulunun iqamətgahında axtarış başladı

Bakıda 50 yaşlı qadın itkin düşdü
17.10.2018, 19:16

Bakıda 50 yaşlı qadın itkin düşdü

Putin Türkiyəyə səfər edəcək
17.10.2018, 19:05

Putin Türkiyəyə səfər edəcək

Almaniyalı nazir Səudiyyə Ərəbistanına səfərini təxirə salıb
17.10.2018, 18:54

Almaniyalı nazir Səudiyyə Ərəbistanına səfərini təxirə salıb

Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqda qanuna dəyişikliklər
17.10.2018, 18:45

Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqda qanuna dəyişikliklər

Heydər Əliyev Mərkəzində Sadhqurunun müharizəsinə biletlər bitdi
17.10.2018, 18:36

Heydər Əliyev Mərkəzində Sadhqurunun müharizəsinə biletlər bitdi

Azərbaycanın Avstraliyadakı fəxri konsulu vəzifəsindən geri çağırıldı
17.10.2018, 18:25

Azərbaycanın Avstraliyadakı fəxri konsulu vəzifəsindən geri çağırıldı

Şəkidə yol tikintisinə 20 milyon manat ayrıldı
17.10.2018, 18:18

Şəkidə yol tikintisinə 20 milyon manat ayrıldı

Prezident akademiklərə 2000 manat maaş kəsdi
17.10.2018, 18:07

Prezident akademiklərə 2000 manat maaş kəsdi

Sürüşmə sahəsində çatların genişlənməsi və irəliləməsi qeydə alınıb
17.10.2018, 18:02

Sürüşmə sahəsində çatların genişlənməsi və irəliləməsi qeydə alınıb

Bakı yollarında yeni yağış barmaqlıqları quraşdırılır
17.10.2018, 17:45

Bakı yollarında yeni yağış barmaqlıqları quraşdırılır

Kuşner, Dost və Xədicə Azərbaycanın “qara siyahı”sına salınacaq
17.10.2018, 17:34

Kuşner, Dost və Xədicə Azərbaycanın “qara siyahı”sına salınacaq

Eldar Quliyev beynəlxalq tədbirdə çıxış etdi
17.10.2018, 17:27

Eldar Quliyev beynəlxalq tədbirdə çıxış etdi

Jurnalistlər mükafatlandırıldı - Qaliblərdən biri Modern.az-dır - SİYAHI
17.10.2018, 17:27

Jurnalistlər mükafatlandırıldı - Qaliblərdən biri Modern.az-dır - SİYAHI

Ermənilər Kəlbəcərdə qəsəbə salır - Azərbaycan bunu beynəlxalq hüquq pozuntusu adlandırdı  
17.10.2018, 17:26

Ermənilər Kəlbəcərdə qəsəbə salır - Azərbaycan bunu beynəlxalq hüquq pozuntusu adlandırdı  

Binəqədidə Müstəqillik günü qeyd olundu
17.10.2018, 17:19

Binəqədidə Müstəqillik günü qeyd olundu

Rəsmi Bakıdan Rusiyaya ETİRAZ
17.10.2018, 17:16

Rəsmi Bakıdan Rusiyaya ETİRAZ

Manat və dolların sabahkı məzənnəsi
17.10.2018, 17:11

Manat və dolların sabahkı məzənnəsi

Jurnalistin ölümündə şübhəli bilinən ərəb konsul qovuldu     
17.10.2018, 17:07

Jurnalistin ölümündə şübhəli bilinən ərəb konsul qovuldu  

Bakının mərkəzində yolun çökmə səbəbi AÇIQLANDI - Ziyanı tikinti şirkəti ödəyəcək
17.10.2018, 17:02

Bakının mərkəzində yolun çökmə səbəbi AÇIQLANDI - Ziyanı tikinti şirkəti ödəyəcək

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı 14 faiz artdı
17.10.2018, 16:40

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı 14 faiz artdı

18 oktyabr qeyri-iş günü olsun! - Müstəqillik günü ilə bağlı TƏKLİF VERİLDİ   
17.10.2018, 16:30

18 oktyabr qeyri-iş günü olsun! - Müstəqillik günü ilə bağlı TƏKLİF VERİLDİ  

Tələbə kütləvi qırğın TÖRƏTDİ: 18 ölü, 50 yaralı
17.10.2018, 16:25

Tələbə kütləvi qırğın TÖRƏTDİ: 18 ölü, 50 yaralı

Bakının mərkəzində yol çökdü - FOTOLAR
17.10.2018, 16:11

Bakının mərkəzində yol çökdü - FOTOLAR

Maşın təmiri sexləri müştəriləri aldadır, vergidən yayınır - PROBLEM  
17.10.2018, 16:06

Maşın təmiri sexləri müştəriləri aldadır, vergidən yayınır - PROBLEM  

Vahid büdcə təsnifatdakı dəyişiklik gələn ildən tətbiq olunacaq  
17.10.2018, 16:00

Vahid büdcə təsnifatdakı dəyişiklik gələn ildən tətbiq olunacaq  

UNEC sorğunun qalibi oldu
17.10.2018, 15:58

UNEC sorğunun qalibi oldu

Bu il 45 minə yaxın şəxs işlə təmin olunub
17.10.2018, 15:42

Bu il 45 minə yaxın şəxs işlə təmin olunub

Əbülfəs Qarayev şikayətləri dinlədi
17.10.2018, 15:37

Əbülfəs Qarayev şikayətləri dinlədi

Milli qəhrəmanla bağlı “Yüksəlişin sirri” filmi təqdim olundu
17.10.2018, 15:28

Milli qəhrəmanla bağlı “Yüksəlişin sirri” filmi təqdim olundu

Buzovnada evə basqın - 82 yaşlı qadını döyüb qarət etdilər
17.10.2018, 14:56

Buzovnada evə basqın - 82 yaşlı qadını döyüb qarət etdilər

Saakaşvili iş adamının qətlini sifariş verməkdə İTTİHAM OLUNDU
17.10.2018, 14:44

Saakaşvili iş adamının qətlini sifariş verməkdə İTTİHAM OLUNDU

Üç ildə Azərbaycanda 5 min uzunqulaq yoxa çıxıb  
17.10.2018, 14:29

Üç ildə Azərbaycanda 5 min uzunqulaq yoxa çıxıb  

Krımda partlayış: 10 nəfər öldü
17.10.2018, 14:28

Krımda partlayış: 10 nəfər öldü

Həsənquliyevin Qarabağla bağlı qanun layihəsində nələr var...
17.10.2018, 14:09

Həsənquliyevin Qarabağla bağlı qanun layihəsində nələr var...

Ermənistan polisi Azərbaycanla sərhəddə xidmətdən boyun qaçırır
17.10.2018, 13:54

Ermənistan polisi Azərbaycanla sərhəddə xidmətdən boyun qaçırır

Azərbaycan raketləri döyüş vəziyyətinə gətirildi - VİDEO
17.10.2018, 13:45

Azərbaycan raketləri döyüş vəziyyətinə gətirildi - VİDEO

Jurnalisti əvvəl döyüblər, sonra dərmanla yatırdıb mişarla doğrayıblar - TƏFƏRRÜAT
17.10.2018, 13:42

Jurnalisti əvvəl döyüblər, sonra dərmanla yatırdıb mişarla doğrayıblar - TƏFƏRRÜAT

Rektor beynəlxalq elmi jurnalın redaksiya heyətinin üzvü seçildi
17.10.2018, 13:40

Rektor beynəlxalq elmi jurnalın redaksiya heyətinin üzvü seçildi

27900 şüşə saxta aksizli içki aşkarlandı
17.10.2018, 13:33

27900 şüşə saxta aksizli içki aşkarlandı

Yeni il ərəfəsində əfv olmayacaq
17.10.2018, 13:21

Yeni il ərəfəsində əfv olmayacaq

DİN yeni şəxsiyyət vəsiqələri ilə bağlı tədbir görməyə çağırdı  
17.10.2018, 13:02

DİN yeni şəxsiyyət vəsiqələri ilə bağlı tədbir görməyə çağırdı  

Əczaçını hədələyib 2000 manat oğurlayan saxlanıldı
17.10.2018, 12:55

Əczaçını hədələyib 2000 manat oğurlayan saxlanıldı

ARXİV