Modern.az

İran ABŞ-ı BMT-yə şikayət etdi

İran ABŞ-ı BMT-yə şikayət etdi

4 Yanvar 2018, 09:38

İran, ölkədə davam edən etirazlarla bağlı olaraq ABŞ-ı daxili işlərə qarışmaqda günahlandıraraq  Birləşmiş Millətlər Təşkilatına (BMT) şikayət edib.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu, İranın BMT-dəki daimi nümayəndəsi Qulamali Xoşrunun qurumun baş katibi Antonio Quterreş və Təhlükəsizlik Şurasına göndərdiyi məktubda yer alıb.

 

Şikayətdə İran ABŞ prezidenti Donald Tramp və vitse-prezident Mayk Pensin etirazlarla bağlı çağırışlarına qarşı çıxıb.

 

Qeyd edək ki,  İranda dekabrın 28-də Məşhəddə bir qrup nümayişçi bahalığa,  işsizliyə, korrupsiyaya  etiraz edib. Qısa müddətdə rejim əleyhinə çevrilən etirazlar, Tehran, Kirmanşah, Senendeç, Zəncan, Şiraz, Qum, Şiraz, Ahvaz, Zahidan, Ərak, Xürrəm Abad kimi bir çox şəhərə yayılıb.

 

Bu günə qədər 24 adamın həyatını itirdiyi, mindən çox nümayişçinin nəzarətə götürüldüyü bildirilib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır