Modern.az

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibi dəyişdirildi - YENİLƏNİB  

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibi dəyişdirildi - YENİLƏNİB   

4 Yanvar 2018, 12:59

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin tərkibində dəyişiklik edilib.
Deputatlar Elxan Süleymanov, Müslüm Məmmədov və Elşən Musayevin nümayəndə heyətinin tərkibindəndən çıxarıldığını xəbər vermişdik. 
Modern.az onların kiminlə əvəzləndiyini də dəqiqləşdirib. Belə ki, deputatlar Elşad Həsənov, Ülviyyə Ağayeva və Asim Mollazdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibinə daxil edilib.


***

10:40

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin tərkibində dəyişiklik edilib.

Modern.az-ın əldə etdiyi məlumata görə, Milli Məclisin bir neçə deputatı Azərbaycanın qurumdakı nümayəndə heyətinin tərkibindən çıxarılıb.

Bundan əvvəl Azərbaycanın AŞPA-dakı 12 nəfərlik nümayəndə heyətinə Səməd Seyidov, Qənirə Paşayeva, Fazil Mustafa, Sabir Hacıyev, Sahibə Qafarova, Sevinc Fətəliyeva, Elxan Süleymanov, Rəfael Hüseynov, Rövşən Rzayev, Müslüm Məmmədov, Elşən Musayev, Vüsal Hüseynov daxil idi.


Modern.az-ın məlumatına AŞPA-dakı nümayəndə heyətinin tərkibindən çıxarılan deputatlardan birincisi Elxan Süleymanovdur.

Qeyd edək ki, 77 yaşlı Elxan Süleymanov son zamanlar nə Milli Məclisin komitə iclaslarına, nə də iclaslara qatılırdı. Həm yaşı, həm də səhhəti nəzərə alınaraq, o, nümayəndə heyətinin tərkibindən uzaqlaşdırılıb.

Modern.az Azərbaycanın AŞPA-dakı nümayəndə heyətindən çıxarılan digər iki deputatın da adını dəqiqləşdirə bilib: bunlar Müslüm Məmmədov və Elşən Musayevdir.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır