20 yanvar 2018, Şənbə
Ana Səhifə - MƏDƏNİYYƏT - Dində qızların evililik yaşı: “Özlərinin qeyrətli olduğunu iddia edirlər?” – Qalmaqallı AÇIQLAMA
Dində qızların evililik yaşı: “Özlərinin qeyrətli olduğunu iddia edirlər?” – Qalmaqallı AÇIQLAMA
04.01.2018, 15:53

Türkiyə Dəyanət İşləri Nazirliyinin internet üzərindən açıqlaması Türkiyə mediasında qalmaqala səbəb olub. Açıqlamada uşaqların yetkinlik yaşının qızlarda 9,oğlanlarda 12 yaş olduğu göstərilir.

 

Ümumiyyətlə, İslam dinində bir çox alimlər qızların evlilik yaşının elə 9 yaşdan məqbul sayıldığını iddia edirlər. Alimlər bu fikrin arxasında dayanmaq üçün bir neçə dəlili əsas götürürlər:

 

“İçinizdən evli olmayanları, evləndirin” (“Nur” surəsi, 32-ci ayə) ayəsində hər hansı bir yaş məhdudiyyəti qoyulmur. Bu da yetkinlik çağından öncə də evlənməyin mümkün olduğunu göstərir.

 

Həzrəti Aişənin sözləri: “Mən 7 yaşımda olanda Həzrəti Peyğəmbər mənimlə evləndi, 9 yaşımda da mənimlə bir yerdə oldu” (Neytul-Evtar kitabından)

 

İçlərində həzrəti Əlinin də yer aldığı səhabələrdən bəzilərinin də kiçik yaşda qız uşaqlarını evləndirdikləri söylənilənlər arasındadır.

İslam alimlərinin bəzilərinin qəbul etdiyi baxışa görə, ərgənlik yaşı qadınların adət görməsi kişilərdən isə spermanın xaric olması ilə dəyərləndirilir. Qadın üçün adətin başlanğıcı 9 yaş, oğlanlar üçün 12 yaş hesab olunur. Bu hal baş verdikdə insanlar ərgən sayıla bilər. Bu hallar olmadıqda isə ərgənlik yaşı 15 yaş qəbul edilir.Lakin yaş etibarilə ərgənlik yaşını qadınlar üçün 17, oğlanlar üçün 18-19 yaş olaraq qəbul edən alimlər də var. İsti bölgələrdə ərgənlik çağı və evlənmə yaşı digər bölgələrə görə daha öncədən başlayır.

Adət görən qadının evlənməyə uyğun olduğu isə bioloji olaraq da təsdiqlənib.

İslam alimləri həzrəti Aişənin 9 yaşında evlənməsini iki şəkildə dəyərləndirilir:

 

“Birincisi, ərəblərdə qız uşaqları adət gördükdən sonrakı yaşları ilə tanınır. Rəvayətlərdə keçən məlumatları buna görə dəyərləndirmək lazımdır. Bundan əlavə Həzrəti Aişənin 17-18 yaşlarında evləndiyini göstərən sənədlər də var.

 

İkincisi, əgər bu bilgiləri dövrə uyğun olaraq düşünsək, o zamanın adətlərinə uyğun olaraq bu tamamilə normal bir hal olaraq dəyərləndirilməlidir”.

 

Bəs İslama görə qızlar neçə yaşda evlənə bilər?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, “İrşad” İslam Araşdırmaları Mərkəzinin direktoru Rafiq Əliyev İslamda evlilik yaşının 9-12 yaş olduğunu bildirib:

 

“İslam dinində belə adət var ki, qız ayağa durur və onun üstünə möhkəm şəkildə papaq atırlar. Əgər qız yıxılsa, ərə getmək vaxtı gəlməyib deməkdir. Yıxılmasa  ərə gedə bilər. Yəni,bu qızın fiziki durumundan asılıdır.

Amma 9 yaşından qızın ərə verilməsi məsələsinin İslamda olduğu doğrudur. Məhəmməd peyğəmbərimiz, Əbu Bəkrin qızı Həzrəti Aişə ilə qız 9 yaşında olanda evlənib. Deyilənə görə, 9 yaşında olan qızla kişi kimi əlaqədə olmayıb.12 yaşında cinsi əlaqədə olub. Amma 9 yaşından onu öz xanımı kimi evinə gətirib.

 

9 yaşında İslamda ərə getmək məqbul hesab olunur. İslam dövlətlərinin bir çoxunda müəyyən bir hədd qoyulub. Bu hədd 16 yaşdan yuxarıdır. Bu dövlətlərə Misir, Suriya, Əlcəzair də daxildir. Dini nöqteyi-nəzərdən götürsək  9-12 yaşından evlənmək mümkündür. Bizim cənub rayonlarında 12 yaşında ərə gedən qızlar çoxdur. Hətta demək olar ki, onların sayı 70%-ə qədərdir”.

 

Rafiq Əliyev 9 yaşında qızın ərə getməsinin səbəblərini də açıqlayıb:

 

“Fizioloji nöqteyi-nəzərdən 9 yaşında qızın ərə getməsi ona görə doğru hesab olunur ki, evlilik fiziki cəhətdən ona mənfi təsir edə bilməz. Sadəcə olaraq 9 yaşından 12 yaşına qədər qız uşağı hamilə qala bilmir. Hətta Ayətullah  Lənkəraninin kitabında vaxtilə yazılıb ki, 9 yaşında və 60 yaşında olan xanımlarla evlənib sonra onları tez də boşamaq olar. Çünki evləndikdən sonra 3 ay gözləməlisən ki, xanımın hamilə olub-olmadığını müəyyənləşdirəsən. 9 və 60 yaşında olan xanımlar isə əksərən hamilə qalmırlar.

 

Bunun dində səbəbi dəqiq müyyənləşdirilməyib. Amma 9 yaşında ərə gedən qızları mən Cənubi Yəməndə görmüşəm. Bunun müsbət və mənfi nəticələrinin də şahidi olmuşam. 40-50 yaşı olan kişi 9 yaşında qızla evlənir. Qız da uşaq olur. Bəzən sonu cərrahi əməliyyata qədər gətirib çıxarır”.

 

Rafiq Əliyevin sözlərinə görə, azyaşlıların evlənə bilməsi İslamda qanun şəklindədir.

 

“İslamda, şəriətdə belə bir qanun var ki, 9 yaşında evlənməyi mümkün edir. Bu şəriətin qanunlarına zidd deyil. İslam alimləri erkən evliliyin müsbət nəticələrini onunla müəyyənləşdirirlər ki, 9 yaşında olan qızın başqa kişilərdə gözü olmur. 12 yaşına qədər kişilərlə münasibət ağlında dolaşmır. 12 yaşında ola bilər ki, fikirləşməyə başlasın. Amma 9 yaşından 12 yaşına qədər alıb gətirəndə başqa kişilər haqda düşünmür”.

 

İlahiyyatçı Elşad Miri isə bu fikirlərlə qətiyyən razı deyil.

 

“Elə deyən insanların birinci özlərinə müraciət etmək lazımdır ki, siz 9 yaşında qızınızı ərə verərsinizmi?Bu insanın yaradılışına, xislətinə zidd olan bir məsələdir. Kim 9 yaşında qızını ərə verər və yaxud da oğlunu evləndirər?

 

Bu gün özlərinə rəva bilməyənlər keçmişdəkiləri bu gün bu cür təqdim etməklə nə demək istəyirlər? Onların qeyrətsiz olduğunu, özlərinin daha qeyrətli olduğunumu iddia etmək istəyirlər? Nə deməkdir bu? Belə bir din  anlayışı ola bilərmi? Bu sadəcə biabırçılıqdır”.

 

Elşad Miri deyir ki, yeni kitabında bu mözvuya da yer ayırıb:

 

“Bu kitabda konkret olaraq yazmışam ki, azyaşlı uşaqların ərə verilməsiylə bağlı və yaxud da evləndirilməsiylə bağlı İslamda heç nə yoxdur. İstinad edirlər ki,  peyğəmbər guya 9 yaşındakı  Aişə ilə evlənib. Bunun  və mənbələrdə  öz əksini tapan bir sıra iddiaların yanlış olduğunu bu kitabda birmənalı şəkildə qeyd etmişəm.”

Erkən evliliyin dindən əlavə, dövrdən və xalqın mədəniyyətindən asılı olduğu da vurğulanır.

O dövrün şərtlərini nəzərə alsaq, qız uşaqlarının kiçik yaşda evlənə bilməsi kimi bir düşüncə normal idi.

Bu gün isə modern dünyada anormal olaraq qəbul edilməsi normaldır.

 

Məsələn, dünyada həyat yoldaşı seçimlərinin və evlilik təkliflərinin kişilər tərəfindən edilməsi əksər zamanlarda normal qarşılanır. Tərsi olduqda bunu anormal olaraq dəyərləndirirlər.

Digər tərəfdən isə antropoloqların təsbit etdiyi bir çox qəbilə mədəniyyətində evlilikdə kişilər daha passiv vəziyyətdədir. Deməli, çox zaman əxlaqi dəyər yarğısı olaraq görülən çox şey, alışqanlıqların yaratdığı baxış bucağının məhsuludur.


Belə olduqca Ərəbistanda  qız uşaqlarının erkən evləndirilməsinin mühakimə olunmaması, hər mədəniyyətin öz normalarına uyğun olaraq formalaşması əsas göstərilir.Yəni hər şey dövrün tələblərindən və xalqın mədəniyyətindən asılıdır. Türkiyə coğrafiyasında bir-iki nəsil əvvəl nənələrin 14-15 yaşda evlənməsi tamamilə normal qarşılandığı halda, indi dəyişən normalar səbəbi ilə son dərəcə çirkin bir zülm olaraq qəbul edilir.

 

Dinşünas Elvüsal Məmmədov deyir ki, İslam dinini əmələ gətirən ilahi vəyh Allahın kainatı və cəmiyyəti tənzimləyən qanunları ilə ziddiyyət təşkil etmir.

“Qızlarda ilk aybaşı hadisəsi baş verdikdə orqanizm fiziki-bioloji baxımdan ana olmağa hazır vəziyyətə gəlir. Bunu təbabət də təsdiqləyir. Yerdə psixoloji hazırlıq məsələsi qalır ki, bu da cəmiyyətin, yaxud yerli mühitin sosial konyukturasından, evlilik ənənələrindən asılıdır. Qız uşaqlarının erkən yaşda ərə verildiyi cəmiyyət və mühitlərdə qızlar buna psixoloji cəhətdən hazır olurlar.

 

Elə bizim ənənəmizdə də bunun şahidi oluruq. Ötən əsrin 20-30-cu illərində ailə həyatı qurmuş nənələrimizin əksəriyyəti ər evinə gedərkən 12-14 yaşında olublar. Şəxsən mənə bu məsələdə bir çox fakt məlumdur. İndi isə dövr dəyişib, erkən yaşda evlilik təcrübəsinin tətbiq edildiyi yerlər məhdud sayda qalıb.

 

İslam dininin əsas arqumentasiya bazası sayılan ayə və hədislərdə qız uşaqlarının evlilik yaşına dair heç bir göstəriş mövcud deyil. Həzrəti Aişəfaktına gəlincə, o dövrün səciyyəvi ərəb mühitini əks etdirir.

Bu faktdan utanmaq, onu qeyri-ənənəvi yozumlara təhkim etmək problemdən çıxış yolu deyil. Onu da deyim ki, bu fakta əsaslanaraq, həmin tarixi presedenti eyni təcrübənin olmadığı mühitlərə tətbiq etmək düşüncəsizlik olardı. Həzrəti Aişə faktı presedentdir, hər bir dövr və mühitdə tətbiq ediləcək dini hökm deyil.

 

Ümumiyyətlə, İslam dinində evliliyin konkret yaşı göstərilmir. Çünki İslam dinamik və çevik yanaşma tərzi ilə seçilir. Qız uşaqlarının evlənməyə hazır olmaları sosial məsələdir, odur ki islam bunu bu və ya digər cəmiyyətin öz öhdəsinə buraxıb. İslam istəyir ki, qız uşağının ailə qurmağa fiziki və psixoloji baxımdan hazır olduğu yaş mərhələsi evlənmədə əsas meyar seçilsin".


Nəzrin RÜSTƏMOVA
Xəbərin müəllifi
Abdurrahman
04.01.2018, 07:31

Kim deyir ki, icazə varsa, bu məcburiyyətdir? Erkən yaşda qızların evlənməsini, əlbəttə İslamdakı şərtlərlə - öz razılığı, valideymlərinin halallıq verməsi ilə - problem görənlər, elə erkən yaşdan cinsi həyata başlamaqla bağlı mövzuları qabartmırlar. Gedin dayanın orta məktəblərin qarşısında və ya bir sinif otağına daxil olun evdə xüsusi əxlaqi tərbiyə görənlər istisna olmaqla 9-14 yaşında qızların nə hoqqalardan çıxdığına şahid olun. Evlənmək hallalıqdır, haramlardan qoruyur. Amma kim deyir ki, mütləq 9 yaşda, 12 yaşda. 25 yaşda olar, 18 yaşda da. Amma Allah bir şeyi icazəli görürsə, ona qarşı çıxmaq müsəlman sifəti deyil.

Aliyeva İ.
11.01.2018, 03:03

Bu nə məqalədir? Belə yazıların oxuculara çatdırılması birmənalı şəkildə düzgün deyil. AR OLSUN Rafiq Əliyev kimi "mərkəz direktoruna". Onun dedikləri birbaşa pedofiliyanın təbliğidir. bu xəstə təfəkkürü hərfi mənada qəbul edən insanlar ola bilər. Daha dəyərli təhsillə bağlı yazılar təqdim edin!

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Sabah hava necə olacaq? - PROQNOZ   
20.01.2018, 13:04

Sabah hava necə olacaq? - PROQNOZ  

Bakının məşhur qonaqları - Bircə mahnı ilə bütün Azərbaycanda məşhurlaşan kərküklü JURNALİST
20.01.2018, 12:37

Bakının məşhur qonaqları - Bircə mahnı ilə bütün Azərbaycanda məşhurlaşan kərküklü JURNALİST

Atəş açdı - qohumunu yaraladı
20.01.2018, 12:16

Atəş açdı - qohumunu yaraladı

Vahid Əhmədov şikayətləri dinlədi
20.01.2018, 12:09

Vahid Əhmədov şikayətləri dinlədi

Ucarda ata-oğul bıçaqlandı - bir ölü...
20.01.2018, 12:06

Ucarda ata-oğul bıçaqlandı - bir ölü...

Əkbər Qoşalıya ağır itki üz verdi
20.01.2018, 11:59

Əkbər Qoşalıya ağır itki üz verdi

Fevralda Xəzərin statusuna dair işçi qrupunun iclası keçiriləcək
20.01.2018, 11:54

Fevralda Xəzərin statusuna dair işçi qrupunun iclası keçiriləcək

Şamaxıda ərlə arvada qarşı zor işlədib, 12 min manat, 3 min dollar, 100 min rubl oğurladılar      
20.01.2018, 11:49

Şamaxıda ərlə arvada qarşı zor işlədib, 12 min manat, 3 min dollar, 100 min rubl oğurladılar    

Azərbaycan-Rusiya sərhədinin demarkasiyası ilə bağlı növbəti görüşün vaxtı açıqlandı
20.01.2018, 11:37

Azərbaycan-Rusiya sərhədinin demarkasiyası ilə bağlı növbəti görüşün vaxtı açıqlandı

Bakının mərkəzindəki yanğın söndürüldü
20.01.2018, 11:34

Bakının mərkəzindəki yanğın söndürüldü

O günləri xatırladan və yaşadan YAZI
20.01.2018, 11:28

O günləri xatırladan və yaşadan YAZI

Məzahir Pənahov hesabat verməyən partiyalar haqda: “Kəskin mövqe tutmaq tezdir”
20.01.2018, 11:15

Məzahir Pənahov hesabat verməyən partiyalar haqda: “Kəskin mövqe tutmaq tezdir”

MSK prezident seçkiləri ilə bağlı hazırlıqlara başladı
20.01.2018, 11:11

MSK prezident seçkiləri ilə bağlı hazırlıqlara başladı

“Azneft”dəki yaşayış binasında yanğın lokallaşdırıldı
20.01.2018, 10:59

“Azneft”dəki yaşayış binasında yanğın lokallaşdırıldı

Qida Təhlükəsizliyi Agentliyi bir neçə qurumun işini görəcək
20.01.2018, 10:52

Qida Təhlükəsizliyi Agentliyi bir neçə qurumun işini görəcək

Əli Əhmədov: “20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq tarixidir”
20.01.2018, 10:48

Əli Əhmədov: “20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq tarixidir”

Bakının mərkəzində yaşayış binası yanır - YENİLƏNİB
20.01.2018, 10:32

Bakının mərkəzində yaşayış binası yanır - YENİLƏNİB

Polisdən əməliyyat: axtarışda olan 16 nəfər saxlanıldı           
20.01.2018, 10:29

Polisdən əməliyyat: axtarışda olan 16 nəfər saxlanıldı          

Prezident və birinci xanım Şəhidlər Xiyabanında - FOTO
20.01.2018, 10:04

Prezident və birinci xanım Şəhidlər Xiyabanında - FOTO

Cəbhəboyu erməni təxribatı: şiddətli atışma oldu
20.01.2018, 09:36

Cəbhəboyu erməni təxribatı: şiddətli atışma oldu

Sərxoş adamın od vurduğu moteldə 5 nəfər öldü
20.01.2018, 09:34

Sərxoş adamın od vurduğu moteldə 5 nəfər öldü

Türkiyədə dəhşətli qəza: 13 ölü, 42 yaralı
20.01.2018, 09:21

Türkiyədə dəhşətli qəza: 13 ölü, 42 yaralı

Şəhriyar Məmmədyarov vahid liderdir
20.01.2018, 00:53

Şəhriyar Məmmədyarov vahid liderdir

Ölkədən 29  980 000 rubl çıxarılmasının qarşısı alınıb
20.01.2018, 00:35

Ölkədən 29  980 000 rubl çıxarılmasının qarşısı alınıb

“Ağlaya-ağlaya zabitə dedim ki, məni atama görə niyə döyürsüz”- Cümhuriyyət generalının oğlu
20.01.2018, 00:20

“Ağlaya-ağlaya zabitə dedim ki, məni atama görə niyə döyürsüz”- Cümhuriyyət generalının oğlu

20 Yanvar şəhidlərinin 28-ci ildönümü anılır
20.01.2018, 00:06

20 Yanvar şəhidlərinin 28-ci ildönümü anılır

Bakıda 52 yaşlı qadın əkiz uşaq dünyaya gətirdi - Video
19.01.2018, 23:54

Bakıda 52 yaşlı qadın əkiz uşaq dünyaya gətirdi - Video

Azərbaycan nefti bir qədər də ucuzlaşdı
19.01.2018, 23:43

Azərbaycan nefti bir qədər də ucuzlaşdı

Hər 5 saniyədən bir feysbukda 205 min status paylaşılır - MARAQLI
19.01.2018, 23:26

Hər 5 saniyədən bir feysbukda 205 min status paylaşılır - MARAQLI

Lavrov Rusiya qoşunlarının Afrindən çəkilməsini təkzib edib
19.01.2018, 23:09

Lavrov Rusiya qoşunlarının Afrindən çəkilməsini təkzib edib

Kədərli hadisələrin fəsadlarından qorunmağın yolu – AMERİKALI ALİMLƏRİN QƏNAƏTİ
19.01.2018, 23:04

Kədərli hadisələrin fəsadlarından qorunmağın yolu – AMERİKALI ALİMLƏRİN QƏNAƏTİ

Mahaçqala meri saxlanıldı
19.01.2018, 22:58

Mahaçqala meri saxlanıldı

Moskvada azərbaycanlı jurnalist vəfat edib
19.01.2018, 22:46

Moskvada azərbaycanlı jurnalist vəfat edib

Qəssabdan qaçan öküz yaşlı qadını vurdu
19.01.2018, 22:37

Qəssabdan qaçan öküz yaşlı qadını vurdu

Danimarkada
19.01.2018, 22:20

Danimarkada "Palmali"ya məxsus tanker saxlanıldı  

ARXİV
SORĞU
Hansı şirkətlər sosial layihələrə dəstək verir, xeyriyyəçilik edir?
BP Azərbaycan(39.1%)
SOCAR(17.3%)
Azersun Holding(13.0%)
Azercell(4.34%)
Bakcell(17.3%)
Nar mobile(0%)
Gilan Holdinq(4.34%)
Nurgun Group(0%)
Paşa Holding(4.34%)
Akkord(0%)