Modern.az

Tramp savaş açdı, xeyri olmadı – ABŞ-da müsəlmanlar sürətlə çoxalır - RƏQƏMLƏR

Tramp savaş açdı, xeyri olmadı – ABŞ-da müsəlmanlar sürətlə çoxalır - RƏQƏMLƏR

Dünya

5 Yanvar 2018, 13:11

Donald Tramp Amerika prezidenti seçiləndən sonra müsəlman miqrantların ölkəyə girişini məhdudlaşdıran fərman imzaladı.

Bir çoxları bundan sonra ABŞ-da müsəlmanların necə yaşayacağını və basqılara məruz qalacağını düşünürdü.

 

Lakin 2017-ci ildə ABŞ-da müsəlmanların sayı  gözlənilənlərin əksinə olaraq artıb. ABŞ Əhalinin Siyahıya Alınması Bürosu ölkənin dini tərkibi ilə bağlı  açıqlama vermədiyi üçün müsəlmanların dəqiq sayını da rəsmi şəkildə öyrənmək çətindir. Bunun bir səbəbi də budur ki, ABŞ hökumətində müsəlman icmasının sayı ilə bağlı rəqəm yoxdur.

 

Modern.az saytının xəbərinə görə, bununla belə “Pew” Araşdırmalar Mərkəzi müsəlmanların Amerika əhalisinin sayına nisbətini öyrənib.

Qurum qeyd edib ki, Amerikada müsəlmanların sayı 2017-ci ildə 3.45 milyon nəfər olub. Bu isə, ümumi ABŞ əhalisinin 1.1 faizidir.

Məlumata görə, ABŞ-da müsəlmanlar sürətlə çoxalır və yaxın gələcəkdə yəhudi əhalinin sayına yaxınlaşacaq.

 

“Pew” qeyd edir ki, 2040-cı ilə qədər müsəlmanlar xristianlardan sonra ikinci ən böyük icma olacaq. Əgər belə olarsa, bu, o deməkdir ki, müsəlmanlar yəhudiləri üstələyəcək.

 

2050-ci ilə qədər isə müsəlmanların sayının 8.1 milyon nəfərə çatacağı proqnazlaşdırılır.

 

Amerikada müsəlmanlar təkcə bütün ölkə boyu yayılmayıblar. Bir neçə metroya yaxın ərazilərdə, Vaşinqtonda müsəlmanların böyük icması var. Eyni zamanda Nyu-Cersi ştatında da müsəlmanlar çoxluq təşkil edir. Lakin müsəlmanların daha az olduğu ştatlar da var.

 

2007-ci ildə Amerikada 2.35 milyon müsəlman var idi. 2011-ci ildə bu rəqəm 2.75 milyona çatıb. 2011-ci ildən sonra müsəlmanların artım tempi belə qiymətləndirilib: hər ildə ildə 100 min nəfər.

 

Qeyd edək ki, ötən ilin yanvarın 27-də ABŞ prezidenti Donald  Tramp İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb. Bundan əlavə, Tramp qaçqınların ABŞ-da yerləşdirilməsi proqramını 120 gün müddətinə dayandırmışdı.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!