Modern.az

Türkiyəli ilahiyyatçı: “İmam Mehdi inancı batildir, islamla heç əlaqəsi yoxdur” - MÜSAHİBƏ - II HİSSƏ  

Türkiyəli ilahiyyatçı: “İmam Mehdi inancı batildir, islamla heç əlaqəsi yoxdur” - MÜSAHİBƏ - II HİSSƏ   

Müsahibə

5 Yanvar 2018, 13:55

Haqqı Yılmaz: "Quran, islam Azərbaycana yaxşı tanıdılsa, çox yararlı olar"

 

Türkiyəli ilahiyyatçı Haqqı Yılmaz Modern.az saytına geniş müsahibə verib. Onunla müsahibənin II hissəsini təqdim edirik (əvvəli burada //modern.az/az/news/152869#gsc.tab=0)

 

- Haqqı bəy, Məhəmməd peyğəmbərin özəlliklərindən danışdınız. Biz isə sualı belə verəcəyik. Peyğəmbər nəyi ilə örnəkdir – saqqalının uzunluğu, geyindiyi paltar yoxsa əxlaqı ilə?

- Mövzunu daha yaxşı anlaya bilmək üçün Məhəmməd peyğəmbərin örnək hərəkətlərini bizə çatdıran ayələrə diqqət etmək lazımdır.

 

“Əhzab” surəsinin 9-27-ci ayələrinə baxaq:

“Ey iman etmiş kimsələr! Allahın üzərinizdəki nemətini xatırlayın. Həmçinin sizə ordular gəlmişdi və Biz, onların üzərlərinə bir ruzigar və sizin görmədiyiniz ordular göndərmişdik. Və Allah, işləmiş olduqlarınızı çox yaxşı görəndir.

Həmçinin onlar, üst tərəfinizdən və sizdən daha aşağıdan sizə gəlmişdilər. Və Həmçinin gözlər dönmüşdü, ürəklər qırtlaqlara çatmışdı. Və siz Allah haqqında zənn etdikcə, zənn edirdiniz.

Bax budur, burada möminlər əziyyət olunmaqla, imtahan edilmiş və çox şiddətli bir sarsıntı ilə sarsılmışdılar.

Və o vaxt münafıqlar və qəlblərində bir xəstəlik olanlar–zehniyyəti pozuq kimsə­lər: “Allah və Elçisi bizə bir aldanışdan başqa bir vəd etməmişdi” deyirdilər.

Və həmçinin bunlardan bir qrup: “Ey Yəsrib/Mədinə xalqı! Sizin üçün duracaq yer yox, dərhal dönün” deyirdilər. Onlardan bir qismi də, “Evlərimiz gerçəkdən qorunmasızdır” deyərək Peyğəmbərdən izin istəyirdilər. Halbuki, evləri qorunmasız deyildi. Onlar, sadəcə qaçmaq istəyirdilər.

Əgər onların üzərinə, evlərinin hər bir bucağındən girilsəydi, sonra da sosial yanğın çıxarmaları istənilsəydi, qətiliklə bunu yerinə gətirərdilər. Bunu artıq da gözləməzdilər.

Və heç şübhəsiz onlar, bundan öncə, arxalarını dönüb qaçmayacaqlarına Allaha andla “qəti söz” vermişdilər. Və Allahın əhdi/Allaha qarşı verilən sözlər məsuliyyət gətirir.

De ki: “Əgər ölməkdən və ya öldürməkdən qaçırsınızsa, qaçmağın heç bir zaman sizə faydası olmaz. Və o zaman sadəcə, çox az bir şey qazandırılırsınız.”

De ki: “Əgər Allah, sizə bir pislik diləyərsə və ya sizə bir mərhəmət diləyərsə, sizi Allahdan kim qoruya bilər?” Həm onlar özlərinə Allahın yaratdıqlarından bir yol göstərici, qoruyucu yaxın tapa bilməzlər, bir yardımçı da.

Şübhəsiz Allah, sizdən o əngəlləyənləri, sarsaqlayanları və sizi qısqanaraq, qardaşlarına: “Bizə gəlin!” deyənləri bilir. Və onlar, sıxıntıya ancaq çox az gəlirlər. Deyərkən o qorxu gəlincə, sən onları, ölümdən huşunu itirmiş kimsə kimi gözləri dönərək sənə baxarlarkən gördün. Sonra o qorxu gedincə, yaxşılığa qısqanclıq edərək sizə kəskin–kəskin dillər sıyırdılar. Bax budur, bunlar iman etmədilər və Allah əməllərini boşa çıxardı. Və bu, Allah üçün çox asandır.

Onlar, birləşik düşmən birliklərinin getmədiyini sanırdılar. Əgər düşmən birlikləri gələcək olursa, çöldə bədəvi Ərəblər içində yer alıb, sizin xəbərlərinizdən soruşmağı istəyərlər. Və əgər onlar içinizdə olsaydılar, ancaq çox az döyüşərdilər.

And olsun ki, Allah Elçisində, sizin–Allahı və son günü uman və Allahı çoxca anan kimsələr üçün gözəl bir nümunə vardır.

Möminlər, birləşik düşmən birliklərini gördükləri zaman da: “Bax budur, bu, Allahın və Elçisinin bizə vəd etdiyi şeydir. Allah və Elçisi doğru söylədi” dedilər. Bu, onlara sadəcə iman və güvənlik təmin etməkdə üstünlük verdi.

Möminlərdən belə kimsələr vardır ki, Allaha, imanları gərəyi etmələri gərəkən şeylərə sədaqət göstərdilər. Bax budur, onlardan kimisi nəzirini verən/ canını verən kimsədir, kimi də gözləyən kimsədir. –Onlar, Allahın doğru kimsələri doğruluqları səbəbi ilə mükafatlandıracağı, dilərsə münafıqlara da əzab edəcəyi və ya tövbə nəsib edəcəyi üçün, olduqları kimi davranıb davranışlarında dəyişiklik etmədilər.– Şübhəsiz Allah, çox bağışlayıcıdır, çox mərhəmət edicidir.

Və Allah, kafirləri–Özünün ilahlığını və rəbbliyini bilərək rədd edənadamları hər hansı bir xeyirə çatmadan kinləri ilə geri çevirdi. Və Allah, möminlərə döyüşdə kafi gəldi. Və Allah çox güclüdür, mütləq üstün olandır.

Həm də Allah, Kitab Əhlindən kafirlərlə yardımlaşanları qalalarından endirdi. Və qəlblərinə qorxu saldı: Siz onların bir qismini qətl edirdiniz, bir qismini də əsir alırdınız. Və Allah, onların ərazilərinə, yurdlarına, mallarına və hələ ayaq basmadı­ğı­nız bir yerə sizi son sahib etdi. Və Allah, hər şeyə ən yaxşı güc yetirəndir”.

 

Bu surənin 21-ci ayəsinə diqqətlə baxın, orada yazılıb: “And olsun ki, Allah Elçisində, sizin–Allahı və son günü uman və Allahı çoxca anan kimsələr üçün gözəl bir nümunə var”.

Bu ifadədə diqqət çəkən məqam peyğəmbərin örnəkliyidir. Məhəmməd peyğəmbərin örnək olması bütün islami qaydalara uyğundur. Burada müharibəyə qatılmaq, Allah yolunda ölmək və öldürməyi gözə alan xüsusdakı örnəklər əsasdır.

Ayədə Xəndək döyüşünə qatılmayanlar qınaq obyektinə çevrilir. Bununla yanaşı peyğəmbərin özünü Allah yolunda fəda etməsi, səbri, cəsarəti, qərarlılığı, qorxuya düşməməsi möminlərə örnək kimi göstərilib. “Allahı və son gününü uman və Allahı daha çox anan kimsələr üçün burada gözəl bir örnək var” ifadəsindən anlaşılır ki, peyğəmbər Allahdan ümidi kəsən, qiyamətin qopacağına inanmayan, Allahı unudan kimsələr üçün örnək deyil.

 

- Anladıq, bəs peyğəmbər əxlaqı ilə nümunədirsə, niyə insanlar peyğəmbərin saqqalının uzunluğunu, necə yemək yeməsini örnək göstərir?

 

- Bunlar uca islam dinini dinlikdən çıxarmaq üçün ortaya atılan cəfəngiyyatlardır.

 

- Quranın orijinalında yazılanları ön plana çıxarırsınız. O zaman Quranı sırf içində yazıldığı kimi qavramalıyıqmı? Məsələn, İbrahim peyğəmbərin quşları parçalayıb, sonra onlara yenidən can verməsi rasional səslənirmi?

 

- Bizə görə məsələnin mahiyyəti fərqlidir. Sizə nəzərdə tutduğunuz ayəni təqdim edirəm:

 

“Bir zamanlar İbrahim də “Ey Rəbbim! Ölüləri necə diriltdiyini mənə göstər!” demişdi. Allah, “İnanmadınmı ki?” dedi. İbrahim, “İnandım, fəqət, qəlbim bütün sorğu–sual işarələrini aradan qaldıraraq rahatlığa qovuşsun deyə” dedi. Allah, “Dərhal quşlardan dördünü tut və onları özünə alışdır. Sonra hər dağın üzərinə onlardan bir parça burax. Sonra da quşları çağır, qaça–qaça/ sürətlə sənə gələcəklər. Və bil ki, Allah, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən /sağlam­laşdırandır” dedi.(“Bəqərə” surəsi 260-cı ayə - A.K)

 

Bu ayədə insanlara yenidən dirilmənin sübutlarından biri İbrahim peyğəmbərin vasitəsilə çatdırılır. Belə ki, quşların İbrahimə öyrəşməsi və çağırdığında gəlməsi ilə ölünün dirilməsi arasında bir bənzərlik qurulub.

 

Ayədən anlaşıldığına görə İbrahim peyğəmbər ölülərin dirildiləcəyinə inanır, lakin bu, onu tam qane etmir. Bu ayə ilə insanlığa, tam bir imana sahib ola bilmək üçün əskik bilgilərini tamamlamaları, sorğulamadan çəkinməmələri lazım olduğu bildirilir. Xüsusilə də cəmiyyətin önünə çıxan kimsələrin bilgili, bacarıqlı, cəmiyyəti inandıra biləcək səviyyədə zehni bacarığa sahib olmaları gərəkir. Eyni məqama “Hud” surəsinin 17-ci ayəsində dədiqqət çəkilib.

 

“Artıq dünyanı istəyənlər, heç Rəbbindən açıq bir dəlili olan və özünü Rəbbindən bir şahidin təqib etdiyi və həmçinin, önündə bir başçı və mərhəmət olaraq Musanın kitabı olan kimsə kimidirmi? Bax budur, belə olanlar, Qurana inanırlar. Hansı qarşı qrupdan olursa olsun kim Quranı ört–basdır edərsə, ona vəd edilən yer atəşdir. Bax budur, bütün bunlardan dolayı sən də Qurandan şübhə  içində olma. Tam yəqinliklə bil ki,  o, Rəbbindən bir haqdır–gerçəkdir. Fəqət insanların çoxu iman etmirlər”.

Bu hadisə ilə bağlı xəyal məhsulu olan bir çox rəvayət icad edilib.

 

- Onlar hansılardır?

 

- Həzrəti İbrahimi bu addımı atmağa vadar edənin nə olduğu xüsusunda fərqli fikirlər var. Məsələn birini təqdim edirəm: “Uca Allah ona özünün xəlil edəcəyinə dair bir vəd etmişdi. O da buna dair bir əlamət istədi”. Bu açıqlama Əs-Saib Yezidə aiddir.

Digər bir fikrə görə isə Numruzun “mən dirildərəm və öldürərəm” deməsindən sonra İbrahim Allahdan belə bir yardım istəmişdi. Əl-Həsən deyir ki: “O, bir leş görmüşdü. Onun yarısı quruda yırtıcı heyvanlar tərəfindən parçalanırdı. Digər yarısı isə dənizdə idi, dəniz heyvanları tərəfindən darmadağın edilirdi. Həzrəti İbrahim də bu leşin darmadağın edildiyini görüncə, onun bir araya gəlişini görmək istədi. Hansı şəkildə darmadağın edildiyini gördüyü kimi, hansı şəkildə də bir araya gəldiyini görmək istəyirdi ki, qəlbində heç bir şübhə qalmasın. Buna görə də ona “dörd quş al” deyə buyurdu”. Bu dörd quşun xoruz, tovuz, göyərçin və qarğa olduğu söylənilir. Bunu İbn İshak elm əhli birindən nəql etməkdədir.

 

İbn Abbas isə qarğa yox, quşlardan birinin durna olduğunu söyləyib. İbn Abbasın həmçinin göyərçin yerinə qartal dediyi də nəql edilib.

 

İbrahim peyğəmbər əmr olunduğu şəkildə bu quşları aldı. Onların başlarını kəsdi, sonra daha kiçik hissələrə böldü. Daha da heyranedici olsun deyə, qanlarını və tüklərini, ətlərini bir-birinə qarışdırdı. Daha sonra bu qarışıqdan hər dağın təpəsinə bir parça qoydu, o da bu parçaları görəcə biləcəyi yerdə durdu.

Kəsdiyi quşların başlarını da əlində tutdu, sonra da “Uca Allahın izni ilə” gəlin dedi. Bu parçalar, qanlar, tüklər hər biri öz əvvəlki bədəninə doğru uçuşdu, sonda isə öncəki vəziyyətinə gəldi. Amma başsız qalmışdılar. Həzrəti İbrahim bir daha səslənincə ayaqları üzərində qaçaraq gəldilər.

 

İbrahim quşları kəsib, onları parçalayaraq hər dağın təpəsinə bir parça qoyub, sonra onları çağırdıqda hər hissə öz əvvəlki vücuduna doğru uçmağa başladı. Bunun üzərinə “hər parça özünün bədəninə qaçdığı kimi, qiyamət günündə də hər parça öz parçasına doğru qaçar. Beləcə bədənlər təşəkkül edər və ruhlar onlarla birləşər” deyildi.

Bu dörd quş canlıların və bitkilərin bədənlərini meydana gətirən dörd əsas elementə işarədir. Bu işarət isə belədir: Sən dörd quşu bir-birindən ayırd etmədiyin müddətdə, sənin ruhun qüdsiyyət aləminə uça bilməz, yüksəlməz.

Burada quşlarla İbrahim peyğəmbər arasında mövcud olan bağa diqqət çəkilib. Belə bir bağın Allah ilə Onun yaratdıqları arasında da olduğu bildirilib. Bu da ölümdən sonra dirilməyə sübut kimi bəyan edilir.

Görüldüyü kimi, “Bəqərə” surəsinin 260-cı ayəsi Allahın ölüləri dirildə biləcəyini sübut edir.

Dirilmə ilə bağlı, başqa ayələrdə də məqamlar yer alıb.

 

- Bir çoxları düşünür ki, Türkiyədə dini hərəkatın güclənməsi dünyəviliyə zərbə olacaq. Türkiyədə din çox təhlükəli vəziyyət yaradıb?

 

- Həqiqi islam dini toplumların əlindən alınınca söz-söhbətlə formalaşdırılan din insanlığın bəlası və fəlakəti halına gəlib. Kimsə Allahın Camal sifətlərini və onların təzahürlərini bilmir. Hər kəs Allahdan qorxmağa başlayır, Allahı ən çox qorxulacaq olan bir varlıq kimi xarakterizə edir.

Cihad da yanlış şərh edilir. Hərb, müharibə və hüquqları öyrənilməmiş hər kəs yandıran, yıxan Allahın əsgəri olub.

 

- Bildiyimizə görə, Azərbaycanda olmusunuz. Azərbaycandakı dini durumu heç təhlil etmisinizmi?

 

- Azərbaycanda iki gün qalmışam. Görüşdüyüm, müzakirə apardığım qardaşlar çox hörmətli adamlardır. Onlar Azərbaycanda əsl islamı anlamaq və yaşamaq cəhdləri edirlər. Quran, islam Azərbaycana yaxşı tanıdılsa, çox yararlı olar.

 

- Şiəlikdə imam Mehdiyə güclü inam var. Lakin imam Mehdinin mövcud olub-olmadığı din xadimləri tərəfindən də mübahisələndirilir. Siz necə düşünrsünüz, imam Mehdi həqiqətən olubmu və axirətdə zühur edəcəkmi?

 

- Mənası “hidayət görmüş”, “hidayət edilmiş” demək olan “mehdi” sözü bir qisim müsəlman tərəfindən qiyamətdə ortaya çıxması zənn edilən bir varlığa ad olaraq verilib.

İslamın tək qaynağı Quranda Mehdi  ilə bağlı bir dənə də ayə yoxdur. Hətta bir işarə belə yoxdur. Bununla belə müsəlmanlar arasında belə bir inancın olması yəhudi və xristianlıqdakı Məsih inancına söykənir.

Mehdi islamda qiyamətdən öncə gələrək dünyanı ədalətlə dolduracağı güman edilən xilaskardır. Bu, başda yəhudi və xristianlıq olmaqla bütün din və mədəniyyətlərdə olan məsih inancının islam xalq mədəniyyətinə yol açan uzantısıdır.

İslamda yeri olmayan bu batil inancın qaynağı məsih inancı ilə bağlıdır. Quranda İsa peyğəmbərin ləqəbi “Məsih” olaraq keçir.

Məsih, ibranicə maşiah – yəni müqəddəs yağla müqəddəsləşdirilmiş deməkdir. Geniş anlamda isə dünya tarixinin sonunda ilahi bir vəzifəni yerinə yetirərək insanlığı pislik və günahlardan qurtaracaq şəxs mənasındadır.

Yəhudilikdə həzrəti Davudun soyundan gələrək israiloğullarını keçmişdəki qızıl dövrünə qovuşduracaq adamdır. Xristianlıq Məsih adını (yunanca Xristos) həzrəti İsa ilə uyğunlaşdırıb.

İnsan oğlunu günahkarlığın boyunduruğundan çıxararaq Tanrı ilə sonsuza qədər barışdıracaq şəxs İsa Məsih adlandırılıb.

 

Amma Tövratın heç bir yerində dünya tarixinin sonunda ortaya çıxacaq bir məsihdən bəhs edilmir.

 

Zərdüştlük dinində də Zərdüştün ölümündən sonra gələcək bir oğlunun dünyanı sonsuza qədər firavanlığa gətirməsi və ölüləri diriltməsi haqqında yazılıb.

 

Göründüyü kimi, xilaskar obrazı  sadəcə səmavi dinlərə mənsub olanlar arasında deyil, ilkin inanclarda  da öz əksini tapıb.

Bu xilaskar obrazı əslində insanların zülm və işgəncə altında inlədiyi dönəmlərdə, əzilən, təzyiq altında olan zavallı kütlələrin ortaya atdığı xəyali bir qəhrəmandır. Yəni, utopik “Superman”dir.

Şiəlikdə Mehdi ali bir imamdır. İnanca görə onu kimsə görməz, bilməz. Çünki özünün gözlərdən saxlayıb. İnanca görə Mehdi ölməyib. Belə düşünülür ki, qiyamət yaxınlaşanda Mehdi yerindən çıxacaq və hər cür pisliyi aradan qaldıracaq, firavanlıq gətirəcək. Bununla da Allah tərəfindən verilən vəzifəni yerinə yetirəcək.

İmamlıq konsepsiyasına görə isə Mehdi Həsən Əsgərinin oğludur.

 

İnanca görə, atası öldüyü zaman yaşı çox az olduğuna baxmayaraq atasının cənazə namazını qıldırıb. Sonra da dünyadan əl çəkərək qeyb olub, görünməz olub.

           
Topluma mesajları müəyyən etdiyi dörd təmsilçisi ilə çatdırıb. Özü ölüncə isə bu təmsilçilərin də vəzifələri bitib. Mehdi inancının şiəlikdə sünniliyə nəzərən daha çox qəbul edilməsinin səbəbi Əməvi soyunun Abbasi soyuna verdiyi aşırı zülüm işgəncədir.

İmam Mehdi inancının – batil inancın islam dini ilə heç bir mərhələdə bir bağlantısı, heç bir əlaqəsi yoxdur.

 

Bu batil inancın tərəfdarları isə bunları deyirlər: Dünya zülm və fəsada boğulduğu zaman heç kim zəhmət çəkib bir cəhd etməyəcək. Çünki Allah insanlara Məsih və ya Mehdini yollayacaq, onlar da dünyanı zülmdən, fəsaddan qurtaracaq.

Bu tabloya görə, zülümə qarşı ölümünə mübarizə etmiş peyğəmbərlər və onların yandaşları sanki bir ağılsızdırlar.

 

Mehdi ilə İsanı müqayisə etdikdə, Mehdi deyilən şəxsin yəhudi və xristianlıq inancındakı Məsih olduğunu görürük. Başqa cür desək, Mehdinin Məsihin islamiləşdirilmiş olduğunu görürük. Əsl islamda isə belə bir qondarma inanc yoxdur – heç olması da mümkün deyil.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?