Modern.az

Azərbaycanda 9160 nəfər əməkçi miqrant var

Azərbaycanda 9160 nəfər əməkçi miqrant var

7 İyul 2011, 15:09

Son vaxtlar ölkəmizdə əmək fəaliyyəti ilə məşğul olan və məcburi dövlət sosial sığorta haqqı ödəyən əməkçi miqrantların say göstəricisi barədə ayrı-ayrı mənbələrə istinad edilməklə fərqli rəqəmlər əksini tapır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsini icra edən Rauf Tağıyev bu rəqəmin bir sıra hallarda xeyli artıq göstərilməsi səbəbinin ölkəmizdə əmək fəaliyyəti ilə məşğul olan bütün əcnəbilərin yanlış olaraq əməkçi miqrant kateqoriyasına aid edilməsi ilə bağlı olduğunu bildirib.

Respublikamızda gəlir gətirən fəaliyyətlə məşgul olan əcnəbilərin heç də hamısının əməkçi miqrant statusuna malik olmadığını vurğulayan  R. Tağıyev bildirib ki, ölkəmizdə daimi yaşayan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan, beynəlxalq təşkilatlarda işləyən və s. əcnəbilər hətta “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər olmalarına baxmayaraq, onlar qanunvericiliklə əməkçi miqrant hesab edilmirlər. Əməkçi miqrant statusu ilə respublikamızda işləyənlərin sayı isə 1 iyul 2011-ci il tarixə olan məlumata əsasən,  9 160 nəfər təşkil edir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır