18 yanvar 2019, Cümə
Ana Səhifə - REPORTAJ - Tarixin ilk kosmik səyahətində Qaqarinə son anda uduzan birinci türk kosmonavt - ARAŞDIRMA
Tarixin ilk kosmik səyahətində Qaqarinə son anda uduzan birinci türk kosmonavt - ARAŞDIRMA
06.01.2018, 00:17

“Andirian Nikolayev haqqında  çox yazılıb. Sovet İttifaqında kosmonavtlar öləndə adətən “Ulduz” şəhərciyində dəfn edilirlər. Amma onu doğulduğu kənddə dəfn etdilər. Səbəbi Andiriyan Nikolayev hökumətdən narazılığı oldu. Andiriyan Nikolayev eksperiment kimi istifadə etdilər, kosmosa uçan ilk qadın Tereşkova ilə evləndirdilər və yoxlamaq istəyirdilər ki, kosmosa uçun qadın və kişilərin dölünə necə təsir edir.  İnsan üzərində aparılan bu eksperimentlər Andiriyan Nikolayev bezdirdi. Narazılığını dilə gətirdi. Arvadı boşadı. Bununla da narazılıqlar başladı”.

 

Araşdırmaçı Əli Şamilin Nikolayev soyadlı kosmonavt barəsindəki qısa məlumatı yəqin ki, onun şəxsiyyəti barəsində sizdə maraq oyatdı.

 

Modern.az da bunu nəzərə alaraq, çox maraqlı tale və xakaterə sahib olan türk xalqlarının ilk kosmonavt oğlu, milliyətcə çuvaş olan Andriyan Nikolayevin ömür yoluna aid bir neçə maraqlı faktı təqdim edəcək.

 

Əvvəlcə çuvaşlar haqqında

 

Rusiya Federasiyasına daxil olan Çuvaşiya Respublikasının əhalisinin çoxunu çuvaşlar təşkil edir. Bundan başqa da onlar Rusiya Fedarasiyasının Tatarıstan, Başqırdıstan Respublikalarında, Samara, Simbirski, Orenburq, Saratov, Tümen, Kemerova və b. vilayətlərində, eləcə də Qazaxıstan respublikasında da toplu halda yaşayırlar. Sayları iki milyon yarıma yaxındır. Bu xalqın etnik kökünü suvarlar və bulqarlar təşkil edir.

 

 

Miladi 10-13-cü yüzillərdə Volqa-Kama Bulqarıstanının, 13-16-cı yüzildə Qızıl Ordanın və Kazan Xanlığının tərkibində olan çuvaşları 1551-ci ildə Kazan Xanlığının işğalından sonra Rusiyanın əsarət altına düşmüşlər. Bu da daha ağır və faciəvi sonluqla nəticələnmişdir. Rusiya missionerləri çuvaşları xristianlaşdırmaqla soydaşları olan, uzun illər birgə yaşadıqları, birgə dövlət qurduqları tatarlardan, başqırdlardan, qazaxlardan ayırmışdır.

 

Lakin çuvaşları assimilə etmək Rusiyanın hakimiyyət orqanlarının düşündüyü qədər də asan olmamışdır. Onlar böyük çətinliklərlə də olsa dillərini, mədəniyyətlərini, folklorlarını və s. qoruyub saxlaya bilmişlər.

 

İlk türk kosmonavt

 

Sovetlər Birliyinin üçüncü, dünyanın isə kosmosa çıxmış beşinci adamı olan Andriyan Qriqori oğlu Nikolayev 1929-cu il sentyabrın 5-də indiki Rusiya Federasiyasının Çuvaşiya Respublikasındakı Marinski-Posad rayonunun Şorşeli kəndində anadan olub.

 

Andriyan Nikolayevin uşaqlığı, yeniyetməliyi o qədər də xoş və firavanlıqlar içərisində keçməyib. 1930-cu illərdə həyata keçirilən kollektivləşmə ailənin bir parça toprağını və iş heyvanlarını alıbsa, 1937-ci ilin repressiyası xalqının az-çox savadlı və işgüzar insanlarını, 1941-1945-ci ilin savaşı isə əli silah tüta bilən kişilərinin, tarlada çalışan qadınlarının bir çoxunu məhv edib.

 

 

Andriyan Nikolayevin uşaqlığı aclıq-yalavaclıq içərisində, yeniyetməliyi müəllimlər çatışmayan məktəblərdə, böyüklərin əvəzinə tarlada işləməkdə keçib. Bütün bu çətinliklərə baxmayaraq, o, ruhdan düşməyib. Böyük əzimkarlıqla təhsilini davam etdirib. Kəndlərindəki natamam orta təhsil verən məktəbi bitirdikdən sonra Mari-Posad şəhərindəki Meşə Texnologiyası Texnikumunda oxuyub. 1947-ci ildə oranı uğurla başa vurduqdan sonra da əsgəri xidmətə yollanıb. Əsgəri xidmətini nümunəvi başa vurduqda onu Frunze adına Hərbi-Aviasya Məktəbinə oxumağa göndəriblər. Hərbi-Aviasya Məktəbini 1954-cü ildə bitirdikdən sonra Sovet Sosialist Respubilkaları İttifaqı Hərbi Hava Qüvvələrində xidmətə göndərilib. Uçuşlarda göstərdiyi şücaət və texniki biliklərə dərindən yiyələndiyinə görə onu 1960-cı ildə kosmonavtlar hazırlanan qrupa daxil etmişlər.

 

Yuxarıda adını çəkdiyimiz araşdırmaçı Əli Şamil Modern.az-a açıqlamasında kosmonavt barəsində bir xeyli maraqlı faktlara toxunub:

“Ötənləri xayırlayanda Andriyan Nikolayev təəccübünü gizlətmədən həmişə deyirmiş ki, özüm də bilmədim, necə oldu ki, mənə həm qırıcı təyyarə pilotluğu, həm də kosmosa uçmaq etibar edildi.

Dünyada ilk dəfə kosmosa uçan insan Yuri Qaqarinlə birgə Andriyan Nikolayev məşq edib. Son anda ilk dəfə kosmosa Yuri Qaqarinin göndərilməsi qərara alınıb. 1961-ci il aprelin 12-də Yuri Qaqarinin kosmasa uçuşu dünyada böyük maraqla qarşılanıb.

Bu uçuş Sovet Sosialist Respubilkaları İttifaqı ilə Amerika Birləşmiş Ştatları arasında kosmosun fəthi uğrunda rəqabəti dərinləşirib. Sovet Sosialist Respubilkaları İttifaqı ikinci dəfə kosmaosa insan göndərməyi planlayanda German Titovla birlikdə Andriyan Nikolayev də məşq edib. Proqramı yüksək səviyyədə yerinə yetirib. Lakin kosmosa German Titovun göndərilməsi məsləhət bilinib”.

 

 

Bundan sonra Amerika Birləşmiş Ştatları da rəqibini geridə qoymaq üçün kosmosa uçuşlar təşkil edib. Sovet Sosialist Respubilkaları İttifaqı texniki imkanlar olmasa da, kosmosa uzunmuddətli uçuşlar planlayır. Bu, sanki insan üzərində təcrübə aparmaq kimi bir şey idi. Buna görə də kosmonavtları yerdə, kosmik şəraitə uyğun tək otaqlı palatalarda yerləşdirdilər. Bu eksperimental şəraitə ən çox dözərək “dəmir adam” ləqəbini qazanan Andriyan Nikolayev olur. Həmin eksperimentdən az sonra, yəni 1962-ci ildə...

 

Bu uçuş bir neçə cəhətdən önəmli idi. Andriyan Nikolayevdən bir gün sonra, yəni 1962-ci il avqustun 12-də “Vostok-4”lə Pavel Popoviç uçuşa başlayır. Dünayda ilk dəfə kosmik gəmilərin birgə uçuşu həyata keçirilir:

 

Brejneyeveə sui qəsd, türk oğlunun fədakarlığı

 

“Andriyan Nikolayevin idarə etdiyi “Vostok-3” kosmik gəmisi 1962-ci il avqustun 11-15-də kosmosda olur. Dörd gündə Andriyan Nikolayev Yer kürəsi ətrafında 64 dəfə dövrə vurur. Bundan əlavə o, ilk dəfə kosmik gəmidə bağlandığı kreslodan ayrılaraq havasızlıq şəraitində gəminin daxilində hərəkət edir. Əslində, bu kreslo kosmanavtı kosmik gəmidən kənara atmaq, Yer kürəsinə göndərmək üçün nəzərdə tutulmuşdu. Andriyan Nikolayev kreslodan ayrıldıqdan sonra bir daha ona dönərək əyləşə bilməsə idi, üzun müddət gəmisi ilə birlikdə kosmosda qalmaq və ya fəzada sürtünmədən məhv olan gəmi ilə birlikdə ölmək təhlükəsilə üzləşməli idi.

 

 

Kosmosda ilk qrup uçuşu uğurla keçsə də, Andriyan Nikolayev üçün olduqca ağır olur. O, yerə endikdən sonra ayaq üstə duranda bədənində çəkisizlik şəraitində dövr etməyə alışmış qan ayaqlarına axmağa başlayır. Bədəninin yuxarı hissəsində qan azaldığından bənizi ayazıyıb, başı gicəllənsə də, özün toparlayaraq ayaq üstə dura bilir. Onların kosmosa uçuşu bir də uzun müddət gizli saxlanan Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Leonid Brejnevə sui-qəsd cəhdi ilə yadda qalır.

 

Andriyan Nikolayev və Pavel Popoviç Moskvaya təntənə ilə qarşılanmaya və Sovet İttifaqı Qəhrəmanı adının təqdimedilməsinə gətirilərkən Sovet Ordusunun kiçik zabiti Viktor İlin bu qarşılanma mərasimindən istifadə edərək Leonid Brejnevə atəş açmağa cəhd göstərir”.

 

Eksperiment xatirinə evlənmək

 

Kosmonavtlar dəstəsində çalışan Andriyan Nikolayev Nikolay Jukovski adına Hərbi-Hava Mühəndisləri Akademiyasında oxumuş və oranı 1968-ci ildə uğurla başa vurur.

 

1963-cü il noyabrın 3-də dünyada ilk dəfə kosmosa qadın göndərilir. “Vostok-6” gəmisi ilə uçan Valentina Tereşkova ilə Andriyan Nikolayev evləndirilir. Bu evlilikdən Yelena dünyaya gəlir. Uzun müddət bu ailə xoşbəxtlik, məhəbbətlə qurulmuş bir ailə kimi təqdim olunur. Andriyan Nikolayev müsahibələrində və kitablarında ailəsindən, məhəbbətindən yazır. Xanımı və qızı ilə birlikdə dəfələrlə doğulub boya-başa çatdığı Şorşeli kəndinə gəlirlər.

 

 

Lakin bu ailənin ömrü səkkiz ili keçmir. Sonralarməlum olur ki, bu evliliyin də arxasında Sovet tibb mütəxəssislərinin bir eksperimenti dururmuş.

 

Ömrün sonuncu kosmik stansiyası

 

Nikolayevi bütün bunlar çox sarsıdır. Həyatının sonrakı mərhələsi haqqında Əli Şamili dinləyək:

“Andriyan Nikolayev “Soyuz-8” kosmik gəmisi ilə uçuşlara hazırlaşsa da, ikinci dəfə 1970-ci il iyunun 1-19-da “Soyuz-9” gəmisinin kapitanı kimi uçmalı olur. Onun V.İ.Sevastiyanovla birlikdə uçuşu 424 saat 59 dəqiqə çəkir. Birlikdə elmi-texniki və tibbi-bioloji araşdırmalar proqramını yerinə yetirirlər. Uçuşu uğurla başa vurduğuna görə ona ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı və Qızıl ulduz medalı verilir.

 

1970-ci ildə aviasiya general mayoru adına layiq görülən texnika elmləri namizədi Andriyan Nikolayev bir müddət kosmonavtların uçuşa hazırlanmasında iştirak etdikdən sonra ictimai-siyasi fəaliyyətlə məşğul olur. 6, 7 və 8-ci çağrış Rusiya Sovet Fedarativ Respublikasıı Ali Sovetinin deputatı olan Andriyan Nikolayev 1982-ci ildən kosmanavtlar dəstəsindən ayrılır.

 

 

Bir sıra xarici ölkələrin örden və mükafatları ilə təltif olunan, Ayın arxa tərəfinin katerlərindən biri onun şərəfinə adlandırılır. Lakin Andriyan Nikolayevin milliyətcə Çuvaş olduğu heç vaxt vurğulanmırdı. Hansı ki, Sovet strateqləri Sovet Sosialist Respubilkaları İttifaqıda yaşayan xalqların arasında ayrı-seçkilik olmadığını, beynəlmiləl bir ailədə yaşadıqlarını göstərmək üçün kosmonavtlardan birini arvadının soyadı ilə yazırdılar. Çünki bu soyadı türk soyadı idi.

 

Bütün bunlara baxmayaraq, Andriyan Nikolayev ömrünün son illərində doğma yerlərə daha çox gedir, orada uzun müddət qalmağa çalışırdı. Ancaq, artıq həmin torpaqlarda onun doğmaları, yaxın qohumları qalmamışdı”.

 

2004-cü il iyulun 3-də Andriyan Nikolayev Çuvaşiyada dünyasını dəyişdi. Qızı Yelenanın təkidinə baxmayaraq, Çuvaş xalqı onun cənazəsinin Moskva yaxınlığındakı Ulduz şəhərciyində dəfn edilməsinə imkan vermədilər. Doğma kəndi Şorşeldə dəfn etdilər. Az sonra da qəbri üzərində onun kosmosa uçduğu gəminin formasında movzeley tikdilər.

 

Sonluq üçün

 

“Andriyan Nikolayev ilk uçuşundan sonra kəndlərinə alma ağacı əkmişdi. Sonralar bu alma ağacının ətrafinda gözəl bir park yaratdılar.

 

Andriyan Nikolayevin ölümündən sonra isə bu parkın içərisində də böyük bir muzey yaratdılar. Bu muzey Andriyan Nikolayev adı daşısa da, ona məxsus əşyalar nümaiş etdirilsə də, buraya gələnlər daha çox Çuvaş xalqının tarixi və mədəniyyəti ilə yaxından tanış ola bilirlər”.

 

E. Nihad

 

 

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Bu gün hava necə olacaq? - Nazirlikdən AÇIQLAMA: “Xəbərdarlıq öz qüvvəsindədir!”   
18.01.2019, 09:10

Bu gün hava necə olacaq? - Nazirlikdən AÇIQLAMA: “Xəbərdarlıq öz qüvvəsindədir!”  

Külək Bakıda məktəbə ciddi ziyan vurdu - FOTOLAR   
18.01.2019, 09:02

Külək Bakıda məktəbə ciddi ziyan vurdu - FOTOLAR  

Manat və dolların məzənnəsi dəyişdi?
18.01.2019, 08:54

Manat və dolların məzənnəsi dəyişdi?

İrandan ABŞ-a tələb: Jurnalisti təcili azad edin
18.01.2019, 01:00

İrandan ABŞ-a tələb: Jurnalisti təcili azad edin

İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq müzakirə edildi
18.01.2019, 00:41

İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq müzakirə edildi

Bölgələrdə  14 dərəcəyədək şaxta müşahidə olunur
18.01.2019, 00:22

Bölgələrdə  14 dərəcəyədək şaxta müşahidə olunur

Son 10 ilin ən güclü partlayışı törədildi
18.01.2019, 00:15

Son 10 ilin ən güclü partlayışı törədildi

İŞİD-lə savaş bitməyib
17.01.2019, 23:48

İŞİD-lə savaş bitməyib

“20 Yanvar faciəsini törədənlər cəzalandırılmalıdır” - Gürcü politoloq
17.01.2019, 23:33

“20 Yanvar faciəsini törədənlər cəzalandırılmalıdır” - Gürcü politoloq

Bakıda külək gücləndi:  Pirallahıda 43 m/s
17.01.2019, 23:17

Bakıda külək gücləndi:  Pirallahıda 43 m/s

Güclü külək Bakıda fəsadlar törətdi - FOTO
17.01.2019, 22:57

Güclü külək Bakıda fəsadlar törətdi - FOTO

İtkin düşən kapitanın axtarışı dayandırıldı
17.01.2019, 22:45

İtkin düşən kapitanın axtarışı dayandırıldı

Bakı-Sumqayıt qatarında sürət həddi endirildi
17.01.2019, 22:30

Bakı-Sumqayıt qatarında sürət həddi endirildi

Temperaturunun 10 dərəcə aşağı düşməsi fəsadlarla nəticələnə bilər
17.01.2019, 22:14

Temperaturunun 10 dərəcə aşağı düşməsi fəsadlarla nəticələnə bilər

Həmsədrdən sərt AÇIQLAMA: “Avropa İttifaqı-Azərbaycan münasibətlərinə kölgə salmaq istəyirlər”
17.01.2019, 21:59

Həmsədrdən sərt AÇIQLAMA: “Avropa İttifaqı-Azərbaycan münasibətlərinə kölgə salmaq istəyirlər”

Süni intellekt texnologiyaları bazarının həcmi 52,5 milyard dollar olacaq
17.01.2019, 21:25

Süni intellekt texnologiyaları bazarının həcmi 52,5 milyard dollar olacaq

Qərargah son durumu AÇIQLADI: “Dalğanın maksimal hündürlüyü açıq dənizdə 9,3 metr olub”
17.01.2019, 21:08

Qərargah son durumu AÇIQLADI: “Dalğanın maksimal hündürlüyü açıq dənizdə 9,3 metr olub”

Benqal körfəzində güclü zəlzələ
17.01.2019, 20:57

Benqal körfəzində güclü zəlzələ

Azərbaycanda gündəlik hasilat 20 min barel azalacaq
17.01.2019, 20:44

Azərbaycanda gündəlik hasilat 20 min barel azalacaq

Bu sahələrdə e-qaimə-fakturaların tətbiqi 5 faizdən də aşağıdır
17.01.2019, 20:30

Bu sahələrdə e-qaimə-fakturaların tətbiqi 5 faizdən də aşağıdır

Xəzərdə dalğanın hündürlüyü 8.9 metrə çatıb
17.01.2019, 20:16

Xəzərdə dalğanın hündürlüyü 8.9 metrə çatıb

Ramil Usubov Yasamal və Səbailə rəis təyin etdi
17.01.2019, 20:04

Ramil Usubov Yasamal və Səbailə rəis təyin etdi

Üstünə reklam lövhəsi aşan şəxsin həyati təhlükəsi yoxdur - Səhiyyə Nazirliyi
17.01.2019, 20:02

Üstünə reklam lövhəsi aşan şəxsin həyati təhlükəsi yoxdur - Səhiyyə Nazirliyi

“Qarabağ münaqişəsinin həllinə dəstək artıb”
17.01.2019, 19:57

“Qarabağ münaqişəsinin həllinə dəstək artıb”

Sumqayıtda güclü külək binanın damını apardı
17.01.2019, 19:52

Sumqayıtda güclü külək binanın damını apardı

Finlandiyada erməni təxribatının qarşısı alınıb
17.01.2019, 19:21

Finlandiyada erməni təxribatının qarşısı alınıb

Ağstafada 2018-ci ilin hesabatı verildi
17.01.2019, 18:55

Ağstafada 2018-ci ilin hesabatı verildi

Prezident bu qurumları ləğv etdi - SİYAHI
17.01.2019, 18:52

Prezident bu qurumları ləğv etdi - SİYAHI

Bakıda elektrik dirəyi yük maşınının üzərinə aşıb - FOTO
17.01.2019, 18:45

Bakıda elektrik dirəyi yük maşınının üzərinə aşıb - FOTO

Prezident MTRŞ-ya 3 milyon manat ayırdı
17.01.2019, 18:27

Prezident MTRŞ-ya 3 milyon manat ayırdı

İlham Əliyevdən Cəlil Məmmədquluzadənin yubileyi ilə bağlı SƏRƏNCAM
17.01.2019, 18:10

İlham Əliyevdən Cəlil Məmmədquluzadənin yubileyi ilə bağlı SƏRƏNCAM

Fərəh Əliyevadan TƏKLİF: “Dissertasiyaların müdafiəsi prosesi sadələşdirilməlidir”
17.01.2019, 18:01

Fərəh Əliyevadan TƏKLİF: Dissertasiyaların müdafiəsi prosesi sadələşdirilməlidir

“Böyük İpək Yolu” 20 yanvar faciəsini andı -  FOTOLAR
17.01.2019, 17:55

Böyük İpək Yolu 20 yanvar faciəsini andı -  FOTOLAR

Ekologiya Nazirliyi: Bakıda külək 40 m/s-dək şiddətlənib   
17.01.2019, 17:50

Ekologiya Nazirliyi: Bakıda külək 40 m/s-dək şiddətlənib  

Azərbaycan alimlərinin II Qurultayının vaxtı dəqiqləşdi
17.01.2019, 17:43

Azərbaycan alimlərinin II Qurultayının vaxtı dəqiqləşdi

Tarix İnstitutunda AMEA-nın yaranması tarixi araşdırılır
17.01.2019, 17:40

Tarix İnstitutunda AMEA-nın yaranması tarixi araşdırılır

Bakı Metropoliteni güclü qar və şaxtaya hazır olduğunu bəyan etdi
17.01.2019, 17:35

Bakı Metropoliteni güclü qar və şaxtaya hazır olduğunu bəyan etdi

Berluskoni siyasətə qayıdır
17.01.2019, 16:57

Berluskoni siyasətə qayıdır

Ramil Usubov əməliyyat müşavirəsində tələb irəli sürdü   
17.01.2019, 16:56

Ramil Usubov əməliyyat müşavirəsində tələb irəli sürdü  

Rəsulzadənin barelyefini oğurlayanlar tutuldu - Modern.az-ın ictimailəşdirdiyi HADİSƏ - FOTO
17.01.2019, 16:53

Rəsulzadənin barelyefini oğurlayanlar tutuldu - Modern.az-ın ictimailəşdirdiyi HADİSƏ - FOTO

Əhalinin sülhə hazırlanması nə deməkdir? - Xarici İşlər Nazirliyindən Qarabağ AÇIQLAMASI   
17.01.2019, 16:45

Əhalinin sülhə hazırlanması nə deməkdir? - Xarici İşlər Nazirliyindən Qarabağ AÇIQLAMASI  

Azərbaycanlı rejissorun iki filmi 72-ci Kann film festivalında iştirak edəcək
17.01.2019, 16:25

Azərbaycanlı rejissorun iki filmi 72-ci Kann film festivalında iştirak edəcək

Huner Group-dan əla fürsət!
17.01.2019, 16:06

Huner Group-dan əla fürsət!

Məşhur idmançını öldürənlərə hökm oxundu
17.01.2019, 16:01

Məşhur idmançını öldürənlərə hökm oxundu

Tarixçi-deputat: “Nəsiminin məzarının Hələbdə qalmasının tərəfdarıyam”
17.01.2019, 15:40

Tarixçi-deputat: “Nəsiminin məzarının Hələbdə qalmasının tərəfdarıyam”

Azercell ilə rominqdə onlayn ol
17.01.2019, 15:34

Azercell ilə rominqdə onlayn ol

Ekologiya Nazirliyi: Bakıda küləyin sürəti 30 m/s, Sumqayıtda 40 m/s-ə çatır
17.01.2019, 15:32

Ekologiya Nazirliyi: Bakıda küləyin sürəti 30 m/s, Sumqayıtda 40 m/s-ə çatır

Avropa İttifaqı Nümayəndəliyinin müvəqqəti işlər vəkili Gəncədədir
17.01.2019, 15:30

Avropa İttifaqı Nümayəndəliyinin müvəqqəti işlər vəkili Gəncədədir

Yaqub Zurufçu ABŞ və Kanada turnesindən qayıdıb
17.01.2019, 15:28

Yaqub Zurufçu ABŞ və Kanada turnesindən qayıdıb

4700,3 mln. manat profisit yaranıb – Maliyyə Nazirliyi
17.01.2019, 15:22

4700,3 mln. manat profisit yaranıb – Maliyyə Nazirliyi

ARXİV