22 iyul 2018, Bazar
Ana Səhifə - ÖLKƏ - Azərbaycanlıların qidalanması tənqid edildi: “Qarğa qaz yerişi yerimək istədi, öz yerişini itirdi”  
Azərbaycanlıların qidalanması tənqid edildi: “Qarğa qaz yerişi yerimək istədi, öz yerişini itirdi”  
06.01.2018, 11:35

Hər bir insanın yaşaması və inkişaf etməsi üçün qidaya ehtiyacı var. Yemək isə sadəcə qidanı boğazdan mədəyə ötürmək demək deyil. Onun da öz qaydaları var. Amma bu qaydalara riayət etməmək insanın sağlamlığı bahasına başa gəlir.

 

Bəzən deyirlər ki, azərbaycanlılar düzgün qidalanma qaydalarını bilmirlər, bilənlər də ona əməl etmirlər. Bəs əslində necədir?

Məsələ ilə bağlı Modern.az-a Milli Kulinariya Mərkəzinin rəhbəriTahir Əmiraslanov azərbaycanlıların qidalanmasında olan səhvləri açıqlayıb.

 

O deyib ki, başqa ölkələrdən idxal olunan qidalara meyilli olmağımız və başqa millətlərin yeməyinə daha çox önəm verməyimiz düzgün qidalanmada əsas səhvimizdir.

 

“Başqa heç bir səhvimiz yoxdur. Əgər kimsə milli qidalanma sistemində dədəsinin, babasının əkib biçdiyi  məhsullardan istifadə edirsə, normal qidalanır.

 

Amma çox yemək də düzgün qidalanmaq demək deyil. Biz daha çox kənardan gələn məhsullar, içkilər, qeyri-normal istehsal olunan energetik içiklərlə qidalanırıq. Azərbaycanlıların səhvi yalnız bundadır.

 

Bu qidalardan istifadə etməmək,uşaqları bu qidalardan uzaq saxlamaq lazımdır. Milli ərzaqlarla qidalan adamların heç biri səhv etmir”.

Tanınmış kulinar deyir ki, xarici qidalara olan meyl özünü göstərmək istəyi ilə bağlıdır.

 

“Qarğa qaz yerişi yerimək istədi, öz yerişini də itirdi. Biz çalışırıq ki, qazın yerişini yeriyək”.

 

Bəs xaricdən istehsal olunan məhsulların hansı zərərləri var?

 

Türkiyəli həkim  Yavuz Dizdar yediyimiz qidalarla xəstəliklər arasındaki əlaqəni açıqlayıb. Son zamanlarda dünyada artan sonsuzluğun təbii olmayan qidalarla birbaşa bağlı olduğunu vurğulayan həkim özəlliklə istehsalçıların istifadə etdiyi göbələk dərmanlarına diqqəti yönəldib.

Bir göbələk dərmanı göbələk xəstəliyinin müalicəsində istifadə olunur. Ancaq xarici təcrübədə göbələk dərmanını bitkiyə kökdən verənlər var. Dərman bitkinin toxumlarına qədər səpilir. Bu da bitkinin kiflənməsinə səbəb olur. Eyni dərman insanda streoid horman sintezini pozur. Bu da sonsuzluğa səbəb olur.


Həkim deyir ki, xəstəxanalara gəlib kimyaterapiya dərmanı istəyirlər. Səbəbini soruşanda isə: “bunları limona səpirik və yetişmə dövrünü dayandırırıq” deyirlər .

 

Məsələn, böyük bir əkin sahəsidir və ya adamın böyük bir bağçası var.  İstehsalçı budaqdakı bitkilərin hamsının eyni anda böyüməsini istəmir. Xərçəng dərmanı ilə də həmin məhsulun böyüməsini dayandırır.

Bu dərmanları qeyri-qanuni yollarla əldə edirlər. Dərmanlar budaqdakı portağalın, naringinin, limonun inkişafını necə dayandırırsa, insan orqanizmində də eyni nəticəni göstərir.

 

Dərmanlardan istifadənin səbəbi isə çox bəsitdir. Məsələn, dərmanlar vasitəsilə pomidor dayanmadan uzadıla bilər. Çox gözəl görünən tərəvəz halına salına bilər. Bu da alıcıları özünə cəlb etməkdə əla vasitədir.

Kim çürümüş meyvə və ya əzik-üzük məhsul alır ki?! Xaricdən gətirilən əksər məhsullar bu səbəbdən göz oxşasa da nə dadı olur, nə də insana faydası. Zərərləri isə saymaqla bitməz.

 

Üstəlik istehsalçılar bütün qiymətlərə qədər hesablayırlar. Bu cür istehsal daha ucuz başa gəlir. Belə düşünün, biri var toyuğu alıb onu 6 aya yetişdirib satasınız, biri də var 45 günə. Bu da daha az xərcə səbəb olan bir şeydir.

Bu hallar təkcə meyvə tərəvəz üçün keçərli deyil. Məsələn, meyvə suları..Meyvələri sıxdıqdan sonra aromasını ayırırlar. Daha sonra 130-140 dərəcədə qaynadırlar. Bu mərhələdə içindəki bəsləyici ünsürlərin demək olar ki, hamısı aradan qalxır. Sonra aromanı geri əlavə etdiklərində “qatqısız” adı ilə bazara çıxardırlar. Qatqısız olmağına bəli, qatqısızdır. Amma tərkib dəyişib və içərisində bəsləyici ünsür qalmayıb.

 

Toyuğun budu əldə dağılır. İstehsalçılar deyirlər ki, 1 həftə-10 gün öncədən antibiotikləri kəsirik. Amma bu heyvanların vücudu dağılmış vəziyyətdə olur. 20 dəqiqə qaynadırsınız və götürdüyünüzdə bud əlinizdə qalır.  Bu qədər dağılmaya meyilli olması toyuğun körpəliyi ilə əlaqələndirilə bilməz. Bu o deməkdir ki, toyuğun proteinləri düzgün yox, əksik verilir. Halbuki sizin öz həyətinizdə sağlıqlı şəkildə bəslədiyiniz toyuqlar qat-qat daha faydalıdır.

 

Xarici ölkələrdən idxal olunan bananlarda da eyni vəziyyət müşahidə olunur. Bananın istifadə müddətini uzatmaq üçün gövdəsinə qadınların hamiləlikdə istifadə etdiyi dərmanlar səpilir. Dünyanın bir çox yerindən gəmiyə yüklənən bananların necə gözəl göründüyünü düşünə bilirsiniz? Hamsı bir yerə toplanılır. Yolda gələrkən inkişaf müddəti dərman vasitəsilə dayandırılır. Ən sonda rəngini əslinə bənzətmək isə çox asandır.


Toyuq istehsalı sektorunda mənfi istehsal Amerika Birləşmiş Ştatlarından miras qalıb. Bu metod 1950-ci illərdən bəri tətbiq edilir. Elə xəstəliklər də bu tarixdən ortaya çıxmağa başlayıb. Bu istehsal metodu  1990-cı illərdən  digər ölkələrə yayılmağa başlayır. Təbii toyuq istehsal edən çox az yerli firmalar qalıb. Əsas məsələ isə 45 gündə toyuğun necə və hansı formada yetişdirilməsindədir...

 

Enerji içkilərinin ziyanlarına gəldikdə isə  kofein tərkibli enerji içkiləri özəlliklə uşaq və gənclərin sağlamlığına zərərlidir. Enerji içkilərinin həddindən artıq içilməsi kofein zəhərlənməsi riskini artırır. Bu içkilər keçici olaraq öyrənmə performansını yaxşılaşdırır. Bu səbəblə də özəlliklə uşaqlar və gənclər tərəfindən çox istifadə olunur. Ən önəmli problem kofeinin miqdarındadır. Qəhvə isti olduğu üçün yavaş-yavaş içilir. Ancaq enerji içkiləri soyuq olduğu üçün qısa müddətdə daxilə qəbul edilir. Bu da kofein zəhərlənməsi riskini artırır. Avropa Qida Təhlükəsizliyi Qurumunun araşdırmasına görə, uşaqların vücudunda olan kofeinin 43%-i enerji içkiləri nəticəsində yaranır. Bu gənclərdə 13%, böyüklərdə isə 8% təşkil edir.

 

Enerji içkilərinin bir başqa problemi isə spirtlə bir yerdə qəbul edilməsidir.18-29 yaş aralığındakıların 70%-i enerji içkilərini spirtlə qarışdıraraq içir. Səbəb isə enerji içkilərinin spirtin təsirini ört-basdır etməsi nəticəsində sərxoşluğun  gec anlaşılmasıdır.

 

Enerji içkiləri Azərbaycanda və bütün Avropa ölkələrində satılır.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Millət vəkili mətbuat işçilərini və jurnalistləri təbrik etdi   
22.07.2018, 14:26

Millət vəkili mətbuat işçilərini və jurnalistləri təbrik etdi  

Azərbaycanda toyda kütləvi zəhərlənmə - 5-i UŞAQDIR
22.07.2018, 14:10

Azərbaycanda toyda kütləvi zəhərlənmə - 5-i UŞAQDIR

"Jurnalistlər təkziblə bağlı materiallardan yayınırlar"  - Hadi Rəcəbli
22.07.2018, 14:00

"Jurnalistlər təkziblə bağlı materiallardan yayınırlar"  - Hadi Rəcəbli

Sabahın HAVASI küləkli və yağışlı olacaq
22.07.2018, 13:51

Sabahın HAVASI küləkli və yağışlı olacaq

Gürcüstan patriarxının halı pisləşib
22.07.2018, 13:43

Gürcüstan patriarxının halı pisləşib

Şamaxıda kütləvi dava - ağır yaralılar var
22.07.2018, 13:31

Şamaxıda kütləvi dava - ağır yaralılar var

Metrodan istifadə edənlərin sayı artıb
22.07.2018, 13:20

Metrodan istifadə edənlərin sayı artıb

İranda güclü ZƏLZƏLƏ
22.07.2018, 13:14

İranda güclü ZƏLZƏLƏ

Azərbaycanlı hakim-inspektor Ermənistan komandasının oyununda
22.07.2018, 13:06

Azərbaycanlı hakim-inspektor Ermənistan komandasının oyununda

Qarabağ qazisi vəfat etdi – VƏZİFƏLİ ŞƏXSİN QARDAŞIDIR
22.07.2018, 13:03

Qarabağ qazisi vəfat etdi – VƏZİFƏLİ ŞƏXSİN QARDAŞIDIR

Avropa Liqasının oyunu Əliyar Ağayevə tapşırıldı
22.07.2018, 12:45

Avropa Liqasının oyunu Əliyar Ağayevə tapşırıldı

Cəlilabadda dəhşət: 2 qardaş öldü
22.07.2018, 12:36

Cəlilabadda dəhşət: 2 qardaş öldü

Mətbuatın işıqlı başlanğıcı
22.07.2018, 12:15

Mətbuatın işıqlı başlanğıcı

ADAU-da 1-ci Beynəlxalq Yay Məktəbi davam edir - FOTOLAR  
22.07.2018, 11:50

ADAU-da 1-ci Beynəlxalq Yay Məktəbi davam edir - FOTOLAR  

Ölkə üzrə istixanaların sayı AÇIQLANDI
22.07.2018, 11:34

Ölkə üzrə istixanaların sayı AÇIQLANDI

38 yaşlı kişi özünü asdı - SALYANDA
22.07.2018, 11:20

38 yaşlı kişi özünü asdı - SALYANDA

Cibində 1 manatı olmayan “bomj” 200 min manatlıq heroinlə tutuldu... - AZƏRBAYCANDA
22.07.2018, 11:09

Cibində 1 manatı olmayan “bomj” 200 min manatlıq heroinlə tutuldu... - AZƏRBAYCANDA

Prezident İlham Əliyev - jurnalistlərin yaxın dostu, mətbuatın böyük hamisi
22.07.2018, 10:58

Prezident İlham Əliyev - jurnalistlərin yaxın dostu, mətbuatın böyük hamisi

Hansı ölkə vətəndaşlığı neçəyə satır? - SİYAHI
22.07.2018, 10:42

Hansı ölkə vətəndaşlığı neçəyə satır? - SİYAHI

Almaniya Türkiyəyə sanksiyaları ləğv etdi
22.07.2018, 10:29

Almaniya Türkiyəyə sanksiyaları ləğv etdi

Dənizdə batan 4 nəfər xilas edilib
22.07.2018, 10:21

Dənizdə batan 4 nəfər xilas edilib

"Instagram"da yenilik
22.07.2018, 10:16

"Instagram"da yenilik

FHN iki nəfəri xilas etdi
22.07.2018, 10:03

FHN iki nəfəri xilas etdi

Yaponiyada orta ömür həddi rekord səviyyəyə çatıb
22.07.2018, 09:50

Yaponiyada orta ömür həddi rekord səviyyəyə çatıb

22.07.2018, 09:45

"Azərbaycan Beynəlxalq Enerji Agentliyinin çox dəyərli tərəfdaşdır" - Fatih Birol

Cəbhədə gərgin gecə: Düşmən iriçaplı pulemyotlardan istifadə etdi
22.07.2018, 09:30

Cəbhədə gərgin gecə: Düşmən iriçaplı pulemyotlardan istifadə etdi

“Qarabağ”a yeni hücumçu transfer edildi
22.07.2018, 09:15

“Qarabağ”a yeni hücumçu transfer edildi

Çimərliklərə üz tutanlar - EHTİYATLI OLUN
22.07.2018, 09:00

Çimərliklərə üz tutanlar - EHTİYATLI OLUN

Yeniyetmə dərmandan zəhərlənib
22.07.2018, 00:58

Yeniyetmə dərmandan zəhərlənib

Almaniya Türkiyəyə sanksiyaları ləğv etdi
22.07.2018, 00:33

Almaniya Türkiyəyə sanksiyaları ləğv etdi

Şimali Koreya iqtisadiyyatı kəskin dərəcə aşağı düşüb
22.07.2018, 00:21

Şimali Koreya iqtisadiyyatı kəskin dərəcə aşağı düşüb

143 yaşlı Azərbaycan mətbuatı
22.07.2018, 00:01

143 yaşlı Azərbaycan mətbuatı

Bakıda dənizdə batan 4 nəfər xilas edildi
21.07.2018, 23:48

Bakıda dənizdə batan 4 nəfər xilas edildi

İntizamlı əsgər 27 il komandirinin əmrini gözləyib
21.07.2018, 23:32

İntizamlı əsgər 27 il komandirinin əmrini gözləyib

Sumqayıtda üçmərtəbəli mağaza yandı - VİDEO, YENİLƏNİB
21.07.2018, 23:16

Sumqayıtda üçmərtəbəli mağaza yandı - VİDEO, YENİLƏNİB

ARXİV