Modern.az

Ekologiya və Təbii Sərvətlər Nazirliyi: "Bu gün istilik 40 dərəcəyə qalxacaq"

Ekologiya və Təbii Sərvətlər Nazirliyi: "Bu gün istilik 40 dərəcəyə qalxacaq"

Ölkə

7 İyul 2011, 15:27

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti gözlənilən anomal isti hava şəraiti haqqında xəbərdarlıq edib. Bildirilib ki, iyul ayının 8-də yüksək temperatur fonunda ölkə ərazisinə daxil olan qısamüddətli istilik dalğası nəticəsində maksimal temperaturun Aran rayonlarında və Naxçıvan MR-da 40-42 dərəcə, Bakıda və Abşeron yarımadasında 38-40 dərəcəyədək yüksələcəyi gözlənilir.

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin az buludlu, yağmursuz keçəcəyi gözlənilir. Səhər yarımadanın bəzi yerlərində duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20-24 dərəcə isti, gündüz 35-38 dərəcə isti, yarımadanın bəzi yerlərində 40 dərəcəyədək isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 25-26 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26 dərəcə isti, gündüz 35-40 dərəcə isti, bəzi yerlərdə 42 dərəcə isti, dağlarda gecə 14-19 dərəcə isti, gündüz 30-35 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, iyulun 8-də Abşeron yarımadasında zəif gilavar küləyi, bəzi saatlarda havada durğunluq, oksigen sıxlığının azalması ilə müşaiyət olunan xəzriqabağı şərait zamanı günorta saatlarında qızmar isti temperatur diskomfortu meteohəssas, xüsusilə ürək-damar və tənəffüs orqanı xəstəlikləri olan meteohəssas insanlar üçün əlverişsizdir. Sonrakı iki gün ərzində arabir güclənən xəzri küləyinin müdaxiləsi ilə meteohəssas insanlar üçün yaranmış gərgin vəziyyət aradan qalxacaq.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi