Modern.az

Deputatdan İran hakimiyyətinə sərt İTTİHAMLAR

Deputatdan İran hakimiyyətinə sərt İTTİHAMLAR

Parlament

6 Yanvar 2018, 14:28

 

İran İslam Respublikasında etiraz aksiyaları bitsə də aksiyanın səbəbləri ilə bağlı müxtəlif fikirlər səslənməyə davam edir.

 

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə Modern.az-a bildirib ki, aksiya yalnız sosial səbəblərdən baş verməyib.

 

“Mənə elə gəlir ki, burda həm sosial problemlər, həm də siyasi problemlər mövcuddur. Totalitar rejim uzun illərdir insanların azadlıqlarını məhdudlaşdırıb.Belə bir üsyan sosial səbəblərdən başlasa da üsyançılar siyasi etirazlarını da bildiriblər. Təəssüf doğuran amil zorakılığın mövcudluğu və  20-dən çox adamın ölməsidir.  Belə bir totalitar sistemlə onlar insanların həyatına mənfi təsir edirlər”.

 

Deputat etirazlardan birinin Orta Şərqlə bağlı olduğunu da vurğulayıb.

 

“Etirazlardan biri böyük həcmdə vəsaitin Orta Şərqdə xərclənməsi idi. İnsanlar məhz bu ideoloji məqsədlərlə istifadə olunan vəsaitlərin vətənə, insanların güzəranının yaxşılaşdırılmasına xərclənməsi tələbi ilə çıxış edirdilər. Ona görə də burda tək sosial problemlər deyil, bilavasitə siyasi etiraz da mövcud olur.

 

Bizim istəyimiz hər şeyin hüquq çərçivəsində həll olunması,  zorakılığın qarşısının alınmasından ibarət olmalıdır. Çünki insanların  həyatı ən yüksək amildir”.

Qeyd edək ki, İranda etiraz aksiyaları əvvəlcə qiymət artımına qarşı başlasa da, tezliklə dövlət hakimiyyətinə qarşı tammiqyaslı mitinqlərə çevrilib.

 

Birinci nümayiş dekabrın 28-də Məşhəd şəhərində keçirilib. Ardınca aksiya Tehran, İsfahan, Yəzd və ölkənin digər iri şəhərlərini əhatə edib. Ardıcıl çıxışlar polis ilə toqquşmalara gətirib çıxarıb ki, nəticədə onlarla insan saxlanılıb.

 

Yanvarın 4-ündə isə İran İslam İnqilabının Mühafizə Korpusunun komandanı Məhəmməd Əli Cəfəri ölkədə qaranlıq dövrün bitdiyini elan edib.Komandan etirazçılarnı sayının 15 min nəfəri keçmədiyini xatırladıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!