Modern.az

Abel Məhərrəmovun qardaşı vəfat etdi

Abel Məhərrəmovun qardaşı vəfat etdi

Allah rəhmət eləsi̇n

6 Yanvar 2018, 15:45

Bakı Dövlət Universitetinin (BDU)  rektoru, akademik, keçmiş deputat Abel Məhərrəmova ağır itki üz verib.

 

Modern.az saytının əldə etdiyi məlumata görə, A. Məhərrəmovun qardaşı Məhərrəm Məhərrəmov bu gün vəfat edib.

 

O, bir ay öncə ürəyindən əməliyyat olunubmuş. Məlumata görə M.Məhərrəmov ürək tutmasından dünyasını dəyişib.

 

Xəbəri Modern.az-a BDU-dan təsdiqləyiblər. 

 

Mərhum sabah Mehdiabad qəbiristanlığında dəfn olunacaq. Mərhumun atası və anası da eyni qəbiristanlıqda dəfn olunub.

Hüzr mərasimi yanvarın 8-də Heydər Məscidində olacaq. 

 

M.Məhərrəmov 1956-cı ildə anadan olub. O, Prezident Adminstrasiyasında məsul vəzifədə idi. M. Məhərrəmov  2008-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülüb.

 

Eyni zamanda 2016-cı ildə ölkə başçısının sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

 

Allah rəhmət eləsin!

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?