22 sentyabr 2018, Şənbə
Ana Səhifə - MƏDƏNİYYƏT - “İnsan bədəni müqəddəs kitablarda yazıldığı kimi mükəmməl deyil” – Antibiotik XƏBƏRDARLIĞI
“İnsan bədəni müqəddəs kitablarda yazıldığı kimi mükəmməl deyil” – Antibiotik XƏBƏRDARLIĞI
06.01.2018, 16:23

Antibiotiklər fayda verdiyi kimi, bir sıra ciddi sağlıq probleminə də səbəb ola bilir. Böyrək və ya qaraciyər çatışmazlığı bu xəstəliklərdən sadəcə bəziləridir.

 

Antibiotik bakteriyanın səbəb olduğu infeksiyaların müalicəsində istifadə olunan və və yalnız həkimin məsləhəti ilə qəbul edildiyində fayda verən dərman qrupudur.

 

Əks təqdirdə müalicədə fayda verməməklə bərabər bir sıra ciddi problemlərə də yol aça bilər.

 

Həkimlər antibiotikin mütləq həkimin tövsiyəsi ilə istifadəsini məsləhət görürlər. Antibiotiklər xəstələrin özbaşına qəbul edəcəyi,qızdırma salıcı, ağrıkəsici dərman qrupuna aid deyil. Təkcə qızdırma vücudda olan bir infeksiyanın xəbərçisi ola bilər, amma hər infeksiya da bakteriyadan qaynaqlanmaya bilər.

 

Antibiotiklə bağlı ən böyük problemlərdən biri həmin bakteriyanın antibiotikə davamlı hala gəlməsidir. Bir antibiotikin bəlli bir bakteriyanı öldürmə və çoxalmasını dayandırma özəlliyinin yox olması, o bakteriyanın antibiotikə davamlı olduğu anlamına gəlir. Bu da xəstəliyin daha uzun müddət davam etməsinə, hətta ölümcül olmasına yol aça bilər. Davamlı bakteriyanın səbəb olduğu infeksiyalar daha bahalı və yan təsirləri daha çox olan antibiotiklərin istifadəsini gərəkdirir.

 

Məsələ ilə bağlı Modern.az-a danışan həkim Rəşad Sultan bildirib ki,  insanlar soyuqladıqları halda da həkim məsləhəti olmadan antibiotiklərdən istifadə edirlər:

 

“İltihab bədənimizin zədələyici faktorlara qarşı bir müdafiə və sonrasında sağalma mexanizmidir. Amma iş orasındadır ki, bədənimiz müqəddəs kitablarda yazıldığı qədər də mükəmməl deyil. Hər bir belə müdafiə reaksiyası təhrif olunub zədələyici faktor aradan qalxdıqdan sonra belə davam edə və uzunmüddətli xəstəliyə çevrilə bilər. Buna görə də biz həkimlər təkcə həmin faktora qarşı yox, iltihabın özünə qarşı da mübarizə aparırıq.
Çox vaxt iltihabı törədən zədələyici faktor mikrob olduğuna görə ona qarşı mikrob əleyhinə dərmanlardan istifadə edirik ki, bunların da ümumi adı antibiotiklərdir. Amma hər iltihab da mikrob tərəfindən törədilmədiyinə görə heç də həmişə antibiotik istifadə etməli deyilik.

 

Xalq arasında belə bir söz var – soyuqlama və ya soyuqdəymə. Bu elmi dildəki “iltihab”  sözünə uyğun gəlir. Əslində elmi dildəki hər hansı bir terminin xalq arasında bir analoqunun olması çox yaxşı haldır. Belə ki hər hansı xəstəliyi xəstəyə və yaxınlarına izah etməyə çox yardımçı olur. Amma əgər soyuqlama sözünü iltihab əvəzinə işlədiriksə, yerində işlətmək daha yaxşı olar. Yəni oldu-olmadı xəstəyə “səndə soyuqlama var”demək olmaz. Bundan da betəri, hər belə xəstəyə antibiotik yazıb, evə göndərmək düzgün deyil”.

 

Beləliklə, bir neçə məqamda səhv edə bilərik:

 

1. İltihab yox ikən soyuqlama diaqnozu qoymaqda
2. İltihab mikrob tərəfindən törədilməmişkən antibiotiklə müalicə etməkdə
3. Antibiotiki yanlış seçməklə və istifadə qaydalarına riayət etməməklə.

 

“Soyuqlama mövzusunun sonunda – sözün kökündə soyuq dayansa da, iltihablar soyuqla əlaqədar olmur. Hətta tam tərsi, bir çox iltihabi xəstəliklərdə soyuqla müalicədən istifadə edirik”-həkim bildirib.

 

Rəşad Sultan antibiotikin ziyanları barədə danışarkən qeyd edib ki, həkim olaraq ilkin məqsədləri öncə zərər verməməkdir:

 

“Nəinki hər hansı bir əməliyyat edərkən, hətta bir həb belə təyin edərkən ancaq və ancaq xəstənin ehtiyacı olan, ona faydalı olduğu elm tərəfindən sübut olunmuş müalicə tətbiq etmək lazımdır.

 

Çünki hər müdaxilənin və müalicənin bir riski, bir zərəri vardır. Ancaq faydası zərərindən artıq olan müalicə xəstə üçün yerinə düşür. Əvvəlcə onu qeyd edim ki, antibiotik deyib, vahiməyə düşmək lazım deyil. Hər dərman qrupunda ola bilən zərərlər, eyni zamanda öz qrupuna xas olan problemlər törədə bilir. Amma yerində müalicə  əlbəttə ki, bizim həmişə dadımıza çatır. Ümumi olaraq qeyd edək ki, qlobal baxımdan ən böyük problem yersiz istifadə nəticəsində antibiotikə dirəniş göstərən mikrob növlərinin artması və yeni xəstəliklərin artıq köhnə dərmanlarla müalicəsinin problem təşkil etməsidir”.

 

Həkim deyir ki, insanların bu dərman qruplarından necə gəldi istifadə etməmələri üçün dərmanlar yalnız reseptlə verilməlidir:

 

“Xalq arasında sanitar maarifi aparılmalıdır və mediada işıqlandırılmalıdır.
Həkimlər bu məsələdə təşviq edilməlidir. Bir çox hallarda xəstəliyin mikrob tərəfindən törədildiyi tibbi müayinə üsulları ilə sübut edilmədən antibiotik yazılmasına qadağa qoyulmalıdır.

 

Antibiotiklərlə müalicədə pilləli sistem olmalıdır, dar spektrlilərdən geniş təsir spektrinə malik dərmanlara addım-addım keçilməlidir. Dərhal geniş spektrli antibiotiklərə əl atmaq məhdudlaşdırılmalıdır”.

 

Müsahibimiz həkimlərin niyə tez-tez antibiotik yazmağa yönəldiyinin səbəblərini də açıqlayıb:

 

“Ən ideal variant – törədicinin aşkar edilməsidir. Bunun üçün müvafiq müayinə metodları var. Buna spesifik müalicə deyilir. Bəzi hallarda biz analiz nəticəsini gözləmədən təcili müalicəyə başlayırıq – bu isə empirik müalicə adlanır. Bütün hallarda elmə, sübuta əsaslanan tibbin qayda qanunlarına əməl etsək, xəstələri lazımsız müalicədən, bəşəriyyəti isə rezistent mikroblardan qorumuş olarıq. Yəni həmişə olduğu kimi, yenə də elm və elmin praktikaya tətbiqinə gəlib çıxırıq.

 

Bir səbəb işi şansa buraxmamaqdır. Məsələn, tipik, klassik bir hadisə danışım. Bu uşaq həkimlərinin ən çox rastlaşdığı bir vəziyyətdir. Uşaq qrip olub, qızdırması 39 dərəcədir. Savadlı bir pediatr müayinə edir, yuxarı tənəffüs yollarının virus xəstəliyi diaqnozu qoyur. Törədici virus olduğuna görə, virusa dərman təsir etmədiyinə görə antibiotik yazmır. Amma temperaturun yüksək olmasından qorxuya düşən valideyn həkimə təzyiq edir, ya da özbaşına uşağa antibiotik içirdir. Yaxud həkim situasiyanı qaranti altına almaq üçün hər ehtimala qarşı antibiotik təyin edir. “Hər ehtimala qarşı” sübutuna əsaslanmaq tibbin ən çox nifrət etdiyi deyimdir. Müasir tibbdə bütün müalicə və müayinələr protokollaşdırılıb. Hər ehtimala qarşı hansısa müayinə və ya müalicə ediləcəksə, o da elmdə qeyd olunub. Əgər bir həkim diaqnoz qoya bilmirsə, qoyduğu diaqnoza güvənmirsə, o həkimə nə ehtiyac var ki, xəstə özü aptekdən bütün dərmanları alıb, hər ehtimala qarşı hamısını birdən qəbul edə bilər.

 

Bir digər faktor ən böyük problem – qlobal problem olan antibiotiklərə rezistent mikrob nəsillərinin artmasıdır. İş burasındadır ki, bu, bəşəri problemdir. Fərdi məsələ ortaya çıxanda, yəni kiminsə uşağı, kiminsə pasiyenti 39 dərəcə ilə yananda heç kim bəşəriyyəti düşünmür. Hələ bizim kimi fərdiyyətçi cəmiyyətlər heç düşünmür. Ona görə də bəşəri problemlər bəşəri strukturlar tərəfindən tənzim olunmalıdır. Ümumdünya Səhiyyə Təşkilatından tutmuş dövlətlərin müvafiq rəsmi orqanlarına qədər bu məsələlərə nəzarət etməlidirlər.

 

Tibb tələbələri arasında belə bir lətifə var. İmtahana hazırlaşan bir tələbə üzünü həkimlərə və xəstələrə tutub deyir: “Yalvarıram, boş yerə antibiotik istifadə etməyin, rezistent mikroblar artır, yeni antibiotiklər icad etməyə məcbur olurlar, biz də adını əzbərləyə bilmirik, imtahanda yaddan çıxır”.

 

Nyu-Yorkdakı  “Xərçənglə mübarizə”  Mərkəzində araşdırmaçılar tərəfindən aparılan 2 tədqiqat 857 xəstəni əhatə edir. Bu ümümilikdə qan və qan iliyi xərçəngi ilə baş etməyə yönələn bir müalicə üsuludur. Bu vəziyyətlərdə infeksiyaları önləmək və ya müalicə etmək üçün antibiotiklər verilir. Ancaq tədqiqatçılar antibiotik tiplərinə bağlı olaraq insan vücudunun fərqli reaksiya göstərdiyini təsbit ediblər.

 

Ən işlək 122 antibiotik test edilib. Özəlliklə “Piperasilin və Tazobaktam” “İmipenem və Silastatin”  kombinasiyasının həyati təhlükə yarada biləcəyi aşkarlanıb. İnsanların bağırsaq mikrorqanizmlərində ortaya çıxan bu antibiotiklərin vücudun immunitet sisteminə zərər verdiyi ortaya çıxıb. Araşdırmaçılar siçanlar üzərində eyni testləri edəndə də bənzər nəticələr əldə ediblər.

 

Almaniyada “Molekulyar Tibb Mərkəzi”də bir komandanın  apardığı ikinci araşdırma siçanlar üzərində aparılıb. Araşdırmaçılar antibiotik verdikləri siçanların beyin hüceyrələrinin inkişafında ləngimə olduğunu təsbit ediblər. Siçanlara antibiotik verilməsi dayandıqdan sonra beyinləri normal olaraq işləməyə başlayıb.

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Bu ölkədə fövqəladə vəziyyət rejiminin fəaliyyəti genişləndirilib
22.09.2018, 08:56

Bu ölkədə fövqəladə vəziyyət rejiminin fəaliyyəti genişləndirilib

ABŞ-da "Florens" qasırğasının qurbanlarının sayı 43-ə çatıb
22.09.2018, 08:51

ABŞ-da "Florens" qasırğasının qurbanlarının sayı 43-ə çatıb

Tramp BMT-nin İranla bağlı iclasına sədrlik edəcək
22.09.2018, 00:59

Tramp BMT-nin İranla bağlı iclasına sədrlik edəcək

Törətmədiyi cinayətə görə 27 il cəza çəkən şəxs azadlığa çıxdı
22.09.2018, 00:43

Törətmədiyi cinayətə görə 27 il cəza çəkən şəxs azadlığa çıxdı

Hərbi təyyarə qəzaya uğradı: 2 ölü
22.09.2018, 00:22

Hərbi təyyarə qəzaya uğradı: 2 ölü

Türkiyə ordusu bir həftədə  56 terrorçu zərərsizləşdirdi
22.09.2018, 00:04

Türkiyə ordusu bir həftədə  56 terrorçu zərərsizləşdirdi

Sumqayıtda kişi özünü damdan atmaq istədi, amma ...
21.09.2018, 23:51

Sumqayıtda kişi özünü damdan atmaq istədi, amma ...

Jirinovski terrorçuları maliyyələşdirməkdə ittiham olunur
21.09.2018, 23:39

Jirinovski terrorçuları maliyyələşdirməkdə ittiham olunur

Xanımlar Putinə belə mane oldu - VİDEO
21.09.2018, 23:23

Xanımlar Putinə belə mane oldu - VİDEO

Şəmkirdə 18 yaşlı qız intihar etdi
21.09.2018, 23:11

Şəmkirdə 18 yaşlı qız intihar etdi

Şeyx Azərbaycan-Küveyt mənəvi əlaqələrini müzakirə etdi
21.09.2018, 22:57

Şeyx Azərbaycan-Küveyt mənəvi əlaqələrini müzakirə etdi

Bərə qəzasında ölənlərin sayı 136-ya çatdı: 4 günlük matəm
21.09.2018, 22:42

Bərə qəzasında ölənlərin sayı 136-ya çatdı: 4 günlük matəm

Azərbaycanda əməliyyat edilən xəstələrin sayı 3 dəfəyədək artıb
21.09.2018, 22:23

Azərbaycanda əməliyyat edilən xəstələrin sayı 3 dəfəyədək artıb

Nazir azərbaycanlı abituriyentlərin problemini nəzarətə götürdü
21.09.2018, 22:07

Nazir azərbaycanlı abituriyentlərin problemini nəzarətə götürdü

Türkiyə Almaniya ilə münasibətləri normallaşdırır
21.09.2018, 21:46

Türkiyə Almaniya ilə münasibətləri normallaşdırır

Qurban Qurbanov FİFA-nın tədbirindən imtina etdi
21.09.2018, 21:23

Qurban Qurbanov FİFA-nın tədbirindən imtina etdi

Göylər kəndində yeni tibb məntəqəsi açıldı
21.09.2018, 21:09

Göylər kəndində yeni tibb məntəqəsi açıldı

Qubada taxta sexinin sahibi cərimələndi
21.09.2018, 20:57

Qubada taxta sexinin sahibi cərimələndi

Bakıda Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin Forumu keçiriləcək
21.09.2018, 20:43

Bakıda Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin Forumu keçiriləcək

Bakıda NATO təlimləri - FOTOLAR
21.09.2018, 20:30

Bakıda NATO təlimləri - FOTOLAR

Ədliyyə naziri Ağstafada vətəndaşların şikayətlərini dinlədi
21.09.2018, 20:16

Ədliyyə naziri Ağstafada vətəndaşların şikayətlərini dinlədi

Liviyadakı toqquşmalarda 11 dinc sakin öldürüldü   
21.09.2018, 20:04

Liviyadakı toqquşmalarda 11 dinc sakin öldürüldü  

III Avropa Oyunlarına ev sahibliyi üçün namizədlərin qəbuluna start verilib
21.09.2018, 19:57

III Avropa Oyunlarına ev sahibliyi üçün namizədlərin qəbuluna start verilib

“Anadroid”də səhv tapanlara 3 milyon dollardan çox mükafat verilib
21.09.2018, 19:45

“Anadroid”də səhv tapanlara 3 milyon dollardan çox mükafat verilib

Bakıda daha bir ilk: bacı-qardaş dünya çempionu oldu
21.09.2018, 19:35

Bakıda daha bir ilk: bacı-qardaş dünya çempionu oldu

Avropa Liqasında ilk turun ən yaxşıları  - Foto
21.09.2018, 19:24

Avropa Liqasında ilk turun ən yaxşıları - Foto

Mərkəzi Bank dolların məzənnəsi barədə
21.09.2018, 19:14

Mərkəzi Bank dolların məzənnəsi barədə

Rihanna Barbadosun səfiri oldu
21.09.2018, 19:04

Rihanna Barbadosun səfiri oldu

Türkiyə prezidenti ABŞ-a gedir
21.09.2018, 18:53

Türkiyə prezidenti ABŞ-a gedir

Mars ekspedisiyasının bütün üzvləri əzabla öləcəklər - HESABAT
21.09.2018, 18:42

Mars ekspedisiyasının bütün üzvləri əzabla öləcəklər - HESABAT

Böyük summativ qiymətləndirmələr yalnız bu siniflərdə keçiriləcək - RƏSMİ
21.09.2018, 18:33

Böyük summativ qiymətləndirmələr yalnız bu siniflərdə keçiriləcək - RƏSMİ

Konstitusiya Məhkəməsi xarici valyuta ilə götürülən kreditlərlə bağlı qərarını açıqlayıb
21.09.2018, 18:22

Konstitusiya Məhkəməsi xarici valyuta ilə götürülən kreditlərlə bağlı qərarını açıqlayıb

Dövlət Turizm Agentliyi Aparatının işçilərinin say həddi müəyyənləşib
21.09.2018, 18:13

Dövlət Turizm Agentliyi Aparatının işçilərinin say həddi müəyyənləşib

UNEC-in rektoru prezident təqaüdçüləri ilə görüşüb - FOTO
21.09.2018, 18:01

UNEC-in rektoru prezident təqaüdçüləri ilə görüşüb - FOTO

Rezidenturaya boş qalan yerlərə qəbulun nəticələri açıqlandı   
21.09.2018, 17:53

Rezidenturaya boş qalan yerlərə qəbulun nəticələri açıqlandı  

ARXİV