Modern.az

Azərbaycanda fermerlər müflisləşə bilər

Azərbaycanda fermerlər müflisləşə bilər

Ölkə

7 İyul 2011, 16:53


Hər il olduğu kimi cari mövsümdə də fermerlər kənd təsərrüfatı məhsulları, eləcə də taxıl  yığımı ilə bağlı problemlər yaşamaqdadırlar. Belə ki, bəzi bölgələrdə dizel yanacağı qıtlığı və qiymətininbahalaşması zəmilərin biçimini ləngidib. Verilən məlumatlara görə, fermerlərdən biçim üçün hər hektara 100 manat pul istənilir. Halbuki, keçən il bu rəqəm 30 manata olub.Bu arada xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyi cari ildə məhsuldarlığın keçən ilə nisbətən artıq olacağını bildirir: artımın isə 500 min (2,5 milyon ton )ton təşkil edəcəyi proqnozlaşdırılır. Yaranmış vəziyyət 2011-ci il üçün artım yox, məhsuladrlığın aşağı düşməsinin müşahidə ediləcəyini söyləməyə əsas verir.

Onu da qeyd edək ki, cari il üçün Azərbaycanda 945 min hektar sahədə taxıl məhsulları əkilib. Bunun da 660 min hektarı ərzaq buğdasıdır. Ötən il ölkədə təxminən 2 mln. tona yaxın taxıl istehsal olunub.

İqtisadçı-ekspert Vüqar Bayramov  bir sıra rayonlarda məhsul yığımı ilə bağlı problemlər yaşandığını  bildirir: “Xaçmaz, Masallı, Cəlilabad, Sabirabad eləcə də bir sıra rayonlarda, o cümlədən Naxçıvanda  məhsullar tarlalarda çürüyür. Bunun səbəbi də fermerlərin istehsal etdikləri məhsulu bazara çıxarmalarında yaşadıqları problemlər və  məhsulun bazar qiyməti ilə istehsal xərci arasındakı fərlə bağlıdır: Regionlarda fermerlər istehsal etdikləri məhsulları maya dəyərindən aşağı qiymətə satmağa məcburdurlar. Hansıki, belə hal onların indiki mövsümdən gəlir əldə etməsinə imkan vermir. Aqrar sektorda məhsulun yığılması və bazara çıxarılması ilə bağlı baş verən son proseslər ciddi narahatçılıq doğurur”.  

Mütəxəssisin sözlərinə görə, fermer təsərrüfatlarının iqtisadi vəziyyəti daha ağırlaşa bilər: “Mövcud situasiya 2012-ci ildə Azərbaycanın kənd təsərrüfatı məhsullarının istehsalına təsir göstərə, müqayisəli üstünlüyə malik olan aqrar sektora marağı azalda bilər. Nəticədə  kənd təsərrüfatı və ərzaq məhsulları üzrə idxaldan asılılıq artar. Aqrar sektorda müşahidə edilən problemlərin, eləcə də  növbəti illərdə məhsul istehsalının azalmasının qarşısını almaq üçün  hökümətin prosesə müdaxilə etməsi, konkret addımlar atması vacibdir. Əvvəla fermerlərin bazara birbaşa çıxış imkanları təmin edilməlidir. Təəssüf ki, vasitəçilər vasitəsilə məhsullarını satmaları  onların gəlir əldə etməsinə şərait yaratmır. Prosesdən 3-cü tərəf yararlanır”.

Məhsulların paytaxt bazarlarına gətirilməsində bürokratik əngəllərə toxunan iqtisadçı bu kimi halların  aradan qaldırılmasını vacib sayır: “Kənd təsərrüfatı məhsullarının qonşu ölkələrə ixracı stimullaşdırılmalı, bu istiqamətdə süni maneələr aradan qaldırılmalıdır. Qonşu ölkələrdə ixrac şirkətləri hökümətdən vergi güzəştləri və ya daha böyük məbləğdə subsidiyalar alırlar. Eyni prinsipin Azərbaycanda da tətbiqinə ehtiyac var. İxracla məşğul olan fermerlərə verilən subsidiyaların həcmi artırılmalıdır”.    

Aqrar sektorda kompleks addımları vacib sayan ekspert  əks halda qarşıdakı illərdə kənd təsərrüfatı məhsulları böhranının yaranması, idxaldan asılılığın artması, fermerlərin müflis olması kimi problemləri istisna etmir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!