Modern.az

Xaricə gedərkən bu qadağaları MÜTLƏQ NƏZƏRƏ ALIN

Xaricə gedərkən bu qadağaları MÜTLƏQ NƏZƏRƏ ALIN

Aktual

6 Yanvar 2018, 20:43

Qanunlara riayət, mövcud qaydalara əməl etmək insan üçün olduqca vacib şərtdir və yaxşı haldır. Ancaq dünyanın bir sıra ölkələrində elə qadağalar mövcuddur ki, insan əvvəlcədən bunlar haqqında məlumatlı olmasa böyük cərimələr ödəməyə məhkumdur. Odur ki, planlaşdırdığınız xarici səfərlər zamanı əvvəlcədən həmin ölkələrin qayda-qanunu ilə tanış olmağı unutmayın.

 

Modern.az saytı bu yazıda xarici ölkələrdəki qeyri-adi qadağalar haqqında yazını təqdim edir.

 

İtaliya ağlasığmaz qadağaları ilə Avropada liderlik edən ölkələrdən biri sayıla bilər. Bu ölkənin Eboli şəhərində avtomobildə öpüşmək qadağandır. Bu qadağanı pozanları 500 avro cərimə gözləyir. Martinsikuroda isə məsələ daha qəlizdir. Burda sekslə məşğul olan zaman azacıq da olsa səs-küy yaranarsa, cütlüyü 1500 avro cərimə gözləyir.

 

Avstraliyada bazar günləri günortadan sonra ictimai yerlərdə çəhrayı şalvarda olmaq qadağandır. Bu ölkənin qəribə qadağalarından biri də odur ki, istər evdə, istərsə də digər yerlərdə elektrik lampalarını yalnız ixtisaslı elektriklər dəyişdirə bilər. Əks təqdirdə qaydanı pozanlar cərimələnir.

 

Almaniyada avtobanlarda avtomobili saxlamaq qadağan edilib. Əgər hətta, yanacaq qurtarıbsa. Buna görə avtomobil sahibi 100 avro cərimə edilir. Amma nədənsə, almanlar bu cərimə ilə yanaşı, belə vəziyyətdən çıxış yolunu düşünməyiblər.

 

Qadağalarla bağlı Sinqapurda da vəziyyət çox maraqlıdır. Bu ölkədə ictimai tualetdən istifadə etdikdən sonra suyu buraxmırsansa 500 dollar cərimə ödəməli olursan.

 

İrlandiyada kişiləri cəriməyə sala biləcək ənənə 11-ci əsrdən bu günə qədər davam edir. Fevralın 29-da qadınlar kişilərə sevgilərini təklif etmək hüququna malikdir. Əgər kişi bundan imtina edərsə, o, həmin xanıma cərimə ödəməyə borcludur.

 

Polşanın paytaxtı Varşavada metronun perronunda və pillələrində qaçmaq qadağan olunub. Bu qaydanı pozan sərnişinlər 25 avro həcmində cərimə olunurlar.

 

İspaniyada cimərliklərdəki duşlardan təyinatına görə istifadə etməyənləri 750 avro cərimə gözləyir. Hətta bu duşların altında bir alma yudunsa belə cəriməni ödəməlisən.

 

2011-ci ildə Malayziya hökuməti sarı rəngli geyimlərə qadağa qoyub. Ayaqqabı iplərindən başlamış baş geyimlərinə qədər. Belə ki, sarı rəng bu ölkənin fəal müxalifətçilərinin rəng seçimi olub.

 

İsraildə də qadağalar ürəkaçan deyil. Bu ölkədə bazar günü burnunu qurdalayanlar məsuliyyətə cəlb oluna bilərlər.

 

Xarici ölkələrə ezamiyyətə, yaxud istirahətə gedəndə bunları nəzərə alın ki, vətənə cibiboş qayıtmayasınız.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı