Modern.az

İranın sabiq prezidentinin həbs səbəbi - Yenilənib

İranın sabiq prezidentinin həbs səbəbi - Yenilənib

7 Yanvar 2018, 20:21

İranın eks-prezidenti Mahmud Əhmədinejadın həbsinin bəzi təfərrüatları məlum olub. Modern.az Virtualaz.org-a istinadən xəbər verir ki, keçmiş prezidenti ölkədə iğtişaşları qızışdırmaqda ittiham edərək Şiraz şəhərinə səfəri zamanı həbs ediblər. Hələlik İran hakimiyyəti Əhmədinejadın həbsini təsdiq etməyib. Habelə keçmiş prezidentin həbsinin hansı tarixdə baş verdiyi də məlum deyil.

 

Bununla belə Tehrandakı mənbələr bildirir ki, Əhmədinejadı Şirazda Ali dini lider Əli Xameneyinin şəxsi razılığı və göstərişi ilə həbs ediblər. Həbsdə əsas səbəb kimi keçmiş prezidentin yanvarın 4-də Buşəhrdə etirazçılar qarşısında çıxışı göstərilir. Həmin çıxışında Əhmədinejad bildirib ki, “bəzi yüksək vəzifəli məmurlar” insanların problemlərindən uzaq düşüb və cəmiyyətdəki real vəziyyətdən bixəbərdir. “İran bu gün təsərrüfatsızlıqdan ziyan çəkir, iqtisadi resursların qıtlığından deyil”-keçmiş prezident bildirib.

 

Əhmədinejadın çıxışında dediyi kimi prezident Həsən Ruhaninin hökumətinin üzvləri mütləq hakimiyyətin onlara məxsus olduğunu düşür, insanları isə heç nə qanmayan vecsiz, kütbeyin cəmiyyətin fərdləri hesab edir. Onun sözlərinə görə, insanlar hökumətdən narazıdır, çünki hökumət ictimai rifahı öz inhisarına alıb və tənqidi qəbul etmir, özünü və öz hərəkətlərini haqq kriteriyası sayır.

 

Mənbələrin bildirdiyinə görə İran hakimiyyəti Əhmədinejadın bu nitqini ölkədə iğtişaşları qızışdırmaq cəhdi hesab edib. Ehtimal olunur ki, Əhmədinejadı saxlayandan sonra ev dustağı ediblər.

 

Xatırladaq ki, bundan əvvəl İnqilab Keşikçiləri Korpusunun komandanı ölkədəki etirazların arxasında “bir keçmiş yüksək vəzifəlinin dayandığını” bildirmişdi. Ehtimal edilirdi ki, bununla məhz Əhmədinejad nəzərdə tutulur.

 

14:18

 

İranın sabiq prezidenti Mahmud Əhmədinejad ölkədə keçirilən hökumət əleyhinə aksiyalara dəstək verdiyi üçün saxlanılıb.

 

Modern.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə "Al-Quds Al-Arabi" qəzeti Tehrandakı mənbəyə istinadən məlumat yayıb.

 

Qəzet yazıb ki, M. Əhmədinejad Şiraza səfəri zamanı İranın ali dini rəhbəri Əli Xamneyinin göstərişi ilə saxlanılıb. M. Əhmədinejad ötən cümə axşamı Buşəhrdə aksiyaçılar qarşısında çıxışında deyib ki, bəzi məmurlar insanların problemlərindən uzaqdır və cəmiyyətdəki real vəziyyət barədə məlumatsızdırlar. M. Əhmədinejad insanların hazırkı hakimiyyətdən narazı olduğunu, hakimiyyətin resursları inhisara aldığını vurğulayıb.

 

Rəsmi Tehran hələ məsələyə rəsmi şərh verməyib. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi