Modern.az

ATƏT PA-nın sədri Bahar Muradovanın qaldırdığı məsələnin tezliklə həllini vəd edib

ATƏT PA-nın sədri Bahar Muradovanın qaldırdığı məsələnin tezliklə həllini vəd edib

Parlament

7 İyul 2011, 18:25

ATƏT Parlament Assambleyasının yay sessiyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ qaldırılıb. (AzərTAc)
Serbiyanın paytaxtı Belqradda ATƏT Parlament Assambleyasının yay sessiyası davam edir.  Sessiyada iştirak edən Azərbaycan parlament nümayəndə heyəti Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələ qaldırıb. Sessiya çərçivəsində assambleyanın daimi komitəsinin iclası keçirilib. İclasda assambleyanın maliyyə məsələlərinə, üzv dövlətlərin üzvlük haqlarına, 2011-2012-ci illər üçün büdcəsinə baxılıb. Assambleyanın baş katibi Spenser Oliver çıxışında beynəlxalq katibliyin işindən danışıb, təşkilatın seçkiləri müşahidə missiyalarında təmsil olunan deputatların sayının ildən ilə artdığını bildirib. 
Makedoniya, Qazaxıstan və Türkiyədə keçirilən seçkilərdə müşahidə missiyalarının rəhbərlərinin hesabatları dinlənilib və müzakirələr aparılıb. Qadın və kişi bərabərliyinin təmin olunması ilə bağlı sənədin layihəsinin ümumi iclasda müzakirəyə çıxarılması təklif edilib. 
Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova assambleya sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə yeni xüsusi nümayəndəsinin təyinatı məsələsini qaldırıb. Assambleya sədri Petros Eftemiu bu məsələnin yaxın vaxtlarda həll ediləcəyini bildirib. Assambleyanın ümumi iclasında ATƏT-in fəaliyyətdə olan sədri çıxış edərək regiona səfərindən, görüşlərindən danışıb,  Dağlıq Qarabağ münaqişənin hələ də həll olunmadığından təəssüf hissi keçirdiyini, problemin həlli istiqamətində fəaliyyətini davam etdirəcəyini bildirib. 
Məsələ ilə bağlı Bahar Muradovanın sualına cavab olaraq sədr bildirib ki, Azərbaycan və Ermənistan özləri ayrı-ayrılıqda Minsk qrupunun fəaliyyətinə qiymət verməlidirlər. Qrup çoxlu təkliflər irəli sürüb və irəli sürməkdə davam edir. Hər iki ölkənin təkliflərə reaksiyaları təhlil olunmalıdı. 
Müzakirələrdə çıxış edən Milli Məclisin deputatı Azay Quliyev həmsədrlərin assambleya qarşısında çıxış etməsi mümkünlüyü məsələsini qaldırıb, Ermənistanın hər zaman danışıqları pozmaq cəhdlərini tənqid edib və buna qiymət verilməsinin vacibliyini vurğulayıb. 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!