Modern.az

Prezident 5 min nəfəri vətəndaşlıqdan məhrum edib

Prezident 5 min nəfəri vətəndaşlıqdan məhrum edib

7 Yanvar 2018, 20:39

Ötən il 5 mindən artıq insan Ukrayna vətəndaşlığından məhrum edilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının administrasiyası yayıb.

 

Məlumata görə, 2017-ci ildə prezident Pyotr Poroşenkonun vətəndaşlığın dayandırılması haqqında fərmanları ilə 4296 nəfər vətəndaşlıqdan çıxarılıb, 47 nəfər vətəndaşlığını itirib.

 

Eyni zamanda ötən il cəmi 957 nəfərə bu ölkənin vətəndaşlığı verilib.

 

Qeyd edək ki, 1991-ci ildən Ukrayna əhalisi 9,5 milyon nəfər azalıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir