Modern.az

Suriyadakı partlayışda ölü sayı 30-a çatdı - Yenilənib

Suriyadakı partlayışda ölü sayı 30-a çatdı - Yenilənib

7 Yanvar 2018, 23:57

Suriyada törədilən partlayış nəticəsində ölənlərin sayı artıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, İdlib şəhərində ardıcıl dörd partlayış baş verib. Minalanmış avtomobillərin partladılması nəticəsində 30 nəfər ölüb, 70 nəfər yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib.

Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

 

22:46

 

Suriyada partlayış törədilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, partlayış İdlib şəhərində baş verib. Şəhərdə minalanmış avtomobilin partladılması nəticəsində 18 nəfər ölüb.

 

Hadisə ilə bağlı məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?