Modern.az

Prezident sərəncam verdi: Bakıda müasir İdman-Konsert Kompleksi tikiləcək

Prezident sərəncam verdi: Bakıda müasir İdman-Konsert Kompleksi tikiləcək

7 İyul 2011, 18:41

Prezident İlham Əliyev Bakı şəhərində müasir İdman-Konsert Kompleksinin inşa edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilib ki, Bakı şəhərində beynəlxalq standartlara cavab verən müasir İdman-Konsert Kompleksi inşa ediləcək.
 
 Kompleksin layihələndirilmə və tikinti işlərində sifarişçi funksiyaları, habelə obyektin inşası prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilib. 
Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə Kompleksin yaradılması üçün torpaq sahəsinin müəyyən edilməsini və ayrılmasını təmin etməlidir.
Kompleksin tikintisi üçün müvafiq sahədə təcrübəsi olan şirkətlərlə danışıqlar əsasında seçilmiş podratçı ilə birbaşa müqavilənin bağlanması, eləcə də peşəkar beynəlxalq məsləhətçi cəlb edilməklə müqavilənin icrası ilə bağlı layihə idarəetməsi həyata keçiriləcək. 

Nazirlər Kabineti Kompleksin tikintisinin maliyyələşdirilməsi ilə bağlı bir ay müddətində müvafiq tədbirlər görməli, bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.


Modern.az
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı