Modern.az

Borçalı qubernatorunun müavini: "Gördük vəziyyət nəzarətdən çıxır, Qafqaz Müsəlmanları İdarəsi isə susur..."

Borçalı qubernatorunun müavini: "Gördük vəziyyət nəzarətdən çıxır, Qafqaz Müsəlmanları İdarəsi isə susur..."

Qarabağ

7 İyul 2011, 18:49

"Borçalı" İctimai Birliyinin Bakıdakı ofisində Gürcüstanın Borçalı (Kvemo-Kartli) qubernatorunun müavini Hüseyn Yusifov, Marneuli Bələdiyyə Sədri İsfəndiyar Kərimov, Marneuli İcra Hakimiyyətinin sədr müavini Heydər Musayev və Kənd Təsərrüfatı Nazirliyinin müşaviri Emin Ocaqverdiyevin “Borçalı” Birliyinin rəhbərliyi və bir sıra ziyalıları  ilə görüşü keçirilib. 

Modern.az-ın məlumatına görə, görüşdə Gürcüstanda son zamanlar baş verən dini islahatlar, 1991-1992-ci illərdə dəyişdirimiş türk kənd adları, Borçalıda kadr çatışmamazlığı, torpaq problemi, 26 iyul 2011-ci il tarixində Dmanisi rayonun Armudlu yaylağında təşkil olunacaq Elat Mədəniyəti günü tədbiri və  digər məsələlərlə bağlı müzakirələr olub.

“Borçalı” İctimai Birliyinin Sədri Zəlimxan Məmmədli son zamanlar Gürcüstanda dini sahədə xeyli xoşagəlməz hadisələrin baş verdiyini vurğulayıb. O, iki ölkə arasında ziddiyətlərin yaranmasını məqsədyönlü şəkildə təşkil edən qüvvələrin olduğunu və bunların məkrli siyasətinə qarşı səbrlə mübarizə aparmaq lazım olduğunu qeyd edib. Bu məsələdə həyəcanlı bəyənatlar verməyin yanlış addım olduğunu, bunun 2 ölkə arasında münasibətlərə ləkə gətirəcəyini vurğulayıb və bu  istiqamətdə problemlərin qarşılıqlı dialoq şəklində həll olunmasına nail olmağın zəruriliyiyni qeyd edib.

Daha sonra Zəlimxan Məmmədli 26 iyul 2011-ci il tarixində təşkil olunacaq Elat Mədəniyyəti günü tədbirinin əhəmiyyətini qeyd edib və bu tədbirin keçirilmsi ilə bağlı Gürcüstanın Prezident aparatı səviyyəsində rəsmi razılıq aldıqlarını qeyd edib.

Hüseyn Yusifov bu yaxınlarda Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) yaradılması səbəblərinə aydınlıq gətirib. Deyib ki, “əhalisinin 80-85 faizini  azərbaycanlılar təşkil edən Marneuli Zaqafqaziya yeqovistlərinin mərkəzinə çevrilmişdi. Gördük vəziyyət nəzarətdən çıxır, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) isə səs çıxmır. Buna laqeyd qalmaq olmazdı”.

Tədbirdə iştirak edən digər çıxışçılarda Gürcüstanda gedən demokratik islahatların həm iqtisadi, həm siyasi, həm dini istiqamətdə Gürcüstanda yaşayan azərbaycanlılarının mənafeyinə xidmət etdiyini vuğulaylblar. Və bu il təşkil olunacaq III Elat Mədəniyyəti tədbirinin yüksək səviyyədə təşkil olunması üçün bütün mümkün imkanlardan istifadə edəcəklərini qeyd ediblər.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır