Modern.az

Bu il Azərbaycanda keçiriləcək dünya və Avropa çempionatları – SİYAHI

Bu il Azərbaycanda keçiriləcək dünya və Avropa çempionatları – SİYAHI

8 Yanvar 2018, 13:43

2017-ci il Azərbaycan idmanı üçün əlamətdar olub. Azərbaycan idmançıları 2017-ci ildə 234 beynəlxalq yarış, o cümlədən dünya və Avropa çempionlarında iştirak ediblər.

 

Bəs 2018-ci ildə Azərbaycan hansısa idman yarışlarına ev sahibliyi edəcəkmi?

 

Gənclər və İdman Nazirliyindən Modern.az-a verilən məlumata görə, 2018-ci ildə Azərbaycanda bəzi yarışların keçirilməsi planlaşdırılır.

 

Belə ki, cüdo və kopoero üzrə dünya çempionatının Bakıda keçirilməsi gözlənilir.  Martın 15-18 tarixlərində gimnastika üzrə dünya kuboku, aprelin 12-15 tarixləri arasında batut gimnastika üzrə Avropa çempionatı, 27-29 aprel tarixlərində isə bədii gimnastika üzrə dünya kuboku keçiriləcək.

 

Həmçinin, 22-23 iyul tarixləri arasında yeniyetmələrin olimpiya oyunlarında idman gimnastikası üzrə təsnifat xarakterli yarışlar keçiriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir