Modern.az

AZAL dayandı, baş məşqçi istefa verdi, "Qarabağ" isə davam edəcək

AZAL dayandı, baş məşqçi istefa verdi, "Qarabağ" isə davam edəcək

8 İyul 2011, 08:43

İyulun 7-də Avroliqanın birinci təsnifat mərhələsinin cavab görüşləri keçirilib. Bu mərhələdə iki təmsilçimiz - "Qarabağ" və AZAL klubları oynayıblar.

"Qarabağ" Litvanın "Banqa" komandasını öz meydanında qəbul edib. AZAL isə Belarusda "Minsk"in qonağı olub.
"Qarabağ" ilk görüşdə olduğu kimi, yenə böyük hesabla qalib gəlib. Amma bu dəfə 4:0 yox, 3:0 hesablı qələbə qeydə alınıb. Növbəti mərhələdə Ağdam komandasının rəqibi "Streymur" (Farer adaları) olacaq.

Bakıda baş tutan ilk görüşdə rəqibinə qalib gələ bilməyən (1:1) AZAL isə Belarusda məğlubiyyətlə üzləşib – 1:2. Bununla da Nazim Süleymanovun komandası elə birinci mərhələdə mübarizəni dayandırmalı olub. 

Qeyd edək ki, ikinci təsnifat mərhələsinin ilk görüşləri iyulun 14-də, cavab qarşılaşmaları isə ayın 21-də keçiriləcək.


"Minsk" – AZAL - 2:1
Qollar:
Yevgeni Loşankov, 5 (1:0). Denis Saşenko, 10 (2:0). Zohair Benuahi, 66 (2:1)
Qırmızı vərəqə: Usim Nduka, 46 (AZAL)
Hakimlər: Angel Angelov, Nikolay Angelov, Ventsislav Qavrilov, Aleksandar Kostadinov
(Bolqarıstan).
(İlk oyun – 1:1)

Minsk"in start heyəti: Simas Skinderis, İqor Voronkov, Aleksandr Saçivko, Andrey Razin (k), Dmitri Şeqrikoviç, Denis Saşenko, Yevgeni Loşankov, Artyom Rəhmanov, Nikolay Zenko, Nikolay Osipoviç, Taina Soro 

AZAL-ın start heyəti: Cahangir Həsənzadə, Hüseyn Axundov, Aqil Nəbiyev, Robert Petrov, Usim Nduka, Mənsur Limani, Viktor İbekoyi, Tərlan Xəlilov, Zohair Benuahi, Nuqzar Kvirtiya, Enyo Krastovçev
 
***

"Qarabağ" - "Banqa" - 3:0
Qollar:
Admir Teli, 29 (1:0), Rəşad Sadiqov, 35 (2:0). Ansi Aqolli, 76 (3:0)
Hakimlər: Yuri Mojarovski, Aleksandr Voytyuk, Mikola Levko, Vitali Romanov (hamısı Ukrayna).
(İlk oyun – 4:0)
 
"Qarabağ"ın start heyəti: 1. Fərhad Vəliyev, 5. Maksim Medvedev, 6. Rəşad Sadiqov (k), 7. Namiq Yusifov, 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov, 17. Vüqar Nadirov, 22. Əfran İsmayılov, 24. Admir Teli, 25. Ansi Aqolli, 77. Georgi Adamiya

"Banqa"nın start heyəti: 1. Paulius Poçyus, 2. Deyvidas Padaygis, 5. Karolis Urbaitis, 7. Rimvidas Qrudis, 9. Andrius Lipskis (k), 10. Mikas Kura, 15. Gitis Qaulis, 19. İqnas Baqdonas, 21. İrmantas Zelmikas, 37. Mindauqas Bitinas, 40. Andrey Usaçov, 88. Marius Kazlauskas.

A
ZAL klubunun baş məşqçisi Nazim Süleymanov oyundan sonra istefa verib.
Süleymanov növbəti mərhələyə keçə bilməmələrinin məsuliyyətini öz üzərinə götürüb: "Belə nəticə gözləmirdim. Bu futboldur, kim səhv edirsə, o da uduzur. İkinci hissədə 10 oyunçu ilə daha yaxşı oynadıq. Futbolçularıma dedim ki, narahat olmasınlar. İlyarım işlədiyim komandaya uğurlar arzulayıram. Mən günahkaram, ona görə də gedirəm. İstefa verdiyimi klub rəhbərliyinə və oyunçularıma demişəm".

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi