Modern.az

Rusiya NATO-nu  qorxuya saldı - təyyarələr həyəcan siqnalına qalxıb

Rusiya NATO-nu  qorxuya saldı - təyyarələr həyəcan siqnalına qalxıb

Dünya

8 Yanvar 2018, 15:17

NATO Rusiya sualtı gəmilərinin sayının artmasından narahatlıq keçirir. Rusiya sualtı gəmilərinin fəaliyyəti Atlantik okeanda və Aralıq dənizində fəallaşıb – NATO-nu narahat edən əsas məqamlardan biri də budur.

 

Modern.az saytının xəbərinə görə, beynəlxalq KİV-lər yazıb ki, bu fəallıq soyuq müharibə vaxtlarından sonra maksimal səviyyəyə çatıb.

 

Bu isə dəniz yollarında təhlükəsizlik, sualtı infrastrukturun mühafizəsini gündəmə gətirib. NATO da bu istiqamətdə mövqelərini möhkəmləndirməyə başlayıb.

 

“Rusiya hərbi dəniz gücünü həyata keçirir, bu, xüsusən sualtı gəmilərlə bağlıdır”. Bunu ötən ilin sonunda NATO-nun baş katibi Yens Stoltenberq demişdi.

 

Onun sözlərinə görə, Rusiya 2014-cü ildən sonra 13 sualtı gəmini silahlandırıb. “Sualtı gəmilərin fəallığı soyuq müharibədən sonra özünün rekord səviyyəsinə çatıb” –Stoltenberq belə demişdi.

 

Əslində Rusiya sualtı gəmilərindən qorxu o zamandan başlamışdı ki, Rusiya Xəzər və Aralıq dənizlərindən İŞİD mövqelərini vurmuşdu.

 

Rusiya sualtı gəmiləri daim mövqelərini dəyişməklə məşğuldur. ABŞ, Böyük Britaniya və İspaniyanın təyyarələri bu gedişatı izləyiblər. Lakin ekspertlər güman edir ki, Rusiya köhnə sualtı gəmilərini modernləşdirib və bu baxımdan onların izlənilməsi olduqca mürəkkəb olub.

 

Hərbi sahə üzrə ixtisaslaşan KİV-lərin yazdığına görə ötən ilin noyabrında və dekabrında Amerika təyyarələrinə Rusiya sualtı gəmilərinə görə həyəcan verilib. 

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi