Modern.az

Ermənistan bu ilin sonuna qədər Kəlbəcəri azad edə bilər

Ermənistan bu ilin sonuna qədər Kəlbəcəri azad edə bilər

23 Noyabr 2009, 13:30

Ermənistanın işğal altında saxladığı 7 rayondan biri olan Kəlbəcərdən bu ilin sonuna qədər geri çəkilə biləcəyi ilə bağlı məlumat yayılıb.
Türkiyənin Haberler.com saytının məlumatına görə, noyabrın 22-də Almaniyanın Münhen şəhərində iki ölkə prezidentinin görüşündə Ermənistan tərəfi bildirib ki, həm Azərbaycanın mövqeyini yumşaltmaq, həm də Türkiyə hökumətinin sərhədlərin açılmasına dəstəyini qorumaq üçün Dağlıq Qarabağ ətrafında işğal altında saxladığı yeddi rayondan biri olan Kəlbəcərdən bu ilin sonuna qədər çəkilə bilər.
Qeyd edək ki, İlham Əliyevlə Serj Sarkisyanın sonuncu görüşündə hər iki ölkənin xarici işlər nazirləri, ATƏT-in Minsk Qrupunun həmsədrləri, ATƏT-in fəaliyyət olan sədrinin şəxsi nümayəndəsi Anji Kasprşik iştirak edib.
Azərbaycan Prezidenti görüşdən öncə demişdi: “Bu görüş danışıqlar prosesində həlledici rol oynamalıdır. Çünki bu il bir neçə dəfə görüşlər oldu, onların heç bir nəticəsi olmadı. Əgər bu görüş nəticəsiz qalsa, onda danışıqlara ümidlərimiz tükənəcək. Danışıqlara ümidimiz tükənsə, o zaman bizim başqa yolumuz qalmır. Biz buna da hazır olmalıyıq".

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir