Modern.az

Miqrantları daşıyan gəmi batdı

Miqrantları daşıyan gəmi batdı

8 Yanvar 2018, 22:11

Miqrantları daşıyan daha bir gəmi batıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Liviya sahillərində qeydə alınıb. Hadisə zamanı gəmidə təxminən 150 miqrant olub.

Qayığın qəzaya uğraması nəticəsində ən azı 8 miqrant ölüb. Həmçinin, qadın və azyaşlı uşaqlar daxil olmaqla azı 50 nəfər itkin düşüb.

Beynəlxalq Miqrasiya təşkilatının hesablamalarına görə, 2017-cı ildə Avropaya 171 min miqrant daxil olub. Onların əksəriyyəti Afrika qitəsinin təmsilçisidir (Eritreya, Qvineya, Kot-Divuar və Qambiya). Ötən il 3 mindən çox insan qeyri-qanuni yolla Avropaya keçməyə cəhd edərkən Aralıq dənizində həyatını itirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir