Modern.az

Misirdə prezident seçkilərinin vaxtı açıqlandı

Misirdə prezident seçkilərinin vaxtı açıqlandı

8 Yanvar 2018, 22:23

Misirdə növbəti prezident seçkiləri martın sonunda keçiriləcək. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin seçkilər üzrə milli komissiyasının rəhbəri Ləşin İbrahim məlumat yayıb.

 

Onun sözlərinə görə, ölkə xaricində seçkilər martın 16-18-də, ölkə daxilində isə martın 26-dan 28-dək keçiriləcək. Seçkilərin nəticələri aprelin 2-də məlum olacaq. 

 

Namizədlərin heç biri lazımi sayda səs toplamasa, seçkilərin ikinci turu 24-26 apreldə baş tutacaq.

 

Hazırkı dövlət başçısı Əbdül Fəttah əs-Sisi 2014-cü ilin mayında prezident postuna seçilib, iyunun 8-də isə səlahiyyətlərinin icrasına başlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir