Modern.az

Deputat lahıclılarla görüşdü (FOTOLAR)

Deputat lahıclılarla görüşdü (FOTOLAR)

8 İyul 2011, 10:30

İyulun 7-də Milli Məclisin deputatı Novruz Aslanov İsmayıllı rayonunun qədim yaşayış məskənlərindən biri olan Lahıc qəsəbəsində seçiciləri qəbul edib. Qəbul rayon İcra Hakimiyyətinin başçısı, onun aparatı və yerli hökumət strukturlarının rəhbərləri ilə birgə keçirilib. Qəbulda deputat Ərəstun Cavadov  da iştirak edib.

Rayon İcra Hakimiyyətinin başçısı bildirib ki, İsmayıllıda sosial-iqtisadi inkişaf istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir.
Deputat Novruz Aslanov öz nitqində sakinlərin rifahının yüksəldilməsinə xidmət edən belə tədbirlərin respublikanın bütün rayon və şəhərlərində həyata keçirildiyini vurğulayıb və dövlətin bu sahənin inkişafına önəm verdiyini diqqətə çatdırıb.    

Müraciət edənlər əsasən qəsəbədə təbii qaz, içməli su və körpünün çəkilişinə, bəndin quraşdırılmasına, həmçinin yeni məktəb və xəstəxananın inşasına köməklik göstərilməsini xahiş ediblər.
Deputat N.Aslanovun qərargahından verilən məlumata görə, məktəb və xəstəxananın inşası müvafiq qaydada dövlət proqramına salınıb. Bu barədə deputat əlaqədar nazirliklərə müraciət edib. İçməli su məsələsi Yaponiya Səfirliyinin dəstəyi ilə quraşdırılır. Sel sularının qarşısını almaq məqsədilə Lahıc qəsəbəsinin Girdiman çayı boyu ərazilərdə bəndqurma işləri aparılıb. Lakin, son günlərdə güclü yağıntılar səbəbindən həmin bəndin bir hissəsini sel yuyub aparıb. Hazırda bəndinbərpası işlərinin aparılması üçün müvafiq addımlar atılır.

Digər qaldırılan məsələlərə  dair əlaqədar təşkilatlara müraciətlər edilməsi nəzərdə tutulub.

“Məlumat üçün bildirək ki, bu görüş kəndlərdə Novruz Aslanovun keçirdiyi sayca 5-ci dir. Bundan öncə İsmayıllı rayonunun Diyallı, Hacıhətəmli, İvanovka və Aşağı Zərnava kəndlərində də belə görüşlər  keçirilmişdir. Bu görüşlər də  rayon rəhbərliyi ilə birgə baş tutmuşdur”-deyə deputatın qərargahından Modern.az-a bildirilib.





Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?