Modern.az

Aylıq məvacibinizi ən çox nəyə xərcləyirsiniz...

Aylıq məvacibinizi ən çox nəyə xərcləyirsiniz...

9 Yanvar 2018, 12:04

Ərzaq və qeyri-ərzaq malları bahalaşdıqca, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri qalxdıqca, yaşayış da çətinləşir. Vətəndaşlar hər gün artan qiymətlərin fonunda ailə büdcəsinə daxil olan vəsaiti elə idarə etməlidirlər ki, ayı başa vura bilsinlər. Təbii ki, bu qayğılar yüksək gəlir əldə edənləri bir o qədər də düşündürmür. Amma mütləq çoxluq sadalanan çətinliklərlə üz-üzədir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ilin sonlarında ərzaq məhsulları 17,1 faiz, qeyri-ərzaq malları 12,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər 9,6 faiz bahalaşıb.

Azərbaycanda minimum aylıq əməkhaqqının məbləği 2018-ci il yanvarın 1-dən 130 manat müəyyən edilib. Rəsmi məlumatlarda muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqının hazırda 525 manat olduğu bildirilir.  

Maraqlıdır, Azərbaycanda vətəndaş aylıq məvacibini daha çox nəyə xərcləyir? Bəzən deyirlər ki, bizdə istehlak mədəniyyəti hələ də tam formalaşmayıb, bir çox hallarda lazımsız şeylər alırıq və bu səbəbdən də ailənin aylıq büdcəsi arada itib-batır.

Modern.az saytının növbəti sorğusu da elə bu mövzudadır: Aylıq məvacibinizi ən çox nəyə xərcləyirsiniz?

Oxuculardan xahiş olunur ki, Modern.az-ın əsas səhifəsindəki sağdan aşağıdakı sorğu panelindəki cavablara baxıb, səs versinlər.

Aylıq məvacibinizi ən çox nəyə xərcləyirsiniz?


- Ərzağa
- Geyimə
- Müalicəyə
- Əyləncəyə
- Təhsilə
- İstirahətə
- Kitaba
- Rüşvətə
- Kommunal xidmət haqlarına
- Digər şeylərə

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir